Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər Təhsil » AzTU 20 ноября 2019 2019-cu il noyabrın 20-də Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüblər.Nümayəndələr tələbələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni Akselerasiya Proqramı haqqında geniş məlumat veriblər.Görüşdə universitetlər arasında ilk olaraq AzTU-da yaradılacaq Barama Texniki Universitet Mərkəzi haqqında da fikir mübadiləsi aparılıb və biznes ideyaları olan gənclərlə əməkdaşlıq perspektivləri müzakirə edilib.Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell” şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılıb. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların həyata keçməsinə kömək edir. Barama ideyası olan gənclərə kompüter, internet və təlimlərlə bağlı müxtəlif məsləhət, o cümlədən texniki dəstək təqdim edir.Sonda Agentliyin nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.