AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq genişlənir Təhsil » AzTU 6 ноября 2019 2019-cu il Noyabrın 1-də Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (UDDNU) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor Elton Məmmədov və Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov UDDNU da olublar.ZiM.Az xəbər verir ki, görüşdə UDDNU-nun rektoru, professor Sergey Panchenko ilə bir sıra strateji məsələlər, o cümlədən AZƏRBAYCAN-UKRAYNA MƏDƏNİYYƏT VƏ TƏHSİL MƏRKƏZİNİN yaradılması məsələsi müzakirə olunub və ilkin razılıq əldə edilib.Mərkəzin yaradılmasında məqsəd Azərbaycan və Ukrayna tələbələri arasında sıx əlaqələrin qurulması, çoxmillətli tələbə mühitində mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi, mədəniyyət və təhsil layihələrinin birgə həyata keçirilməsi, şəxsiyyətin inkişafı üçün şəraitin yaradılması, tələbələrin, işçilərin və universitet müəllimlərinin mədəni fəaliyyətlərinin təşkilində mədəni-təhsil səviyyəsinin artırılmasıdır.Görüşdə Mərkəzin işinin əsas istiqamətləri də müəyyən edilib:1) UDDNU-nun Azərbaycanın ali təhsil müəssisələri, elm, təhsil və mədəniyyət müəssisələri ilə səmərəli akademik əlaqələrinin qurulması və inkişafı;2) Azərbaycan-Ukrayna təhsil proqramlarının təbliği, akademik mübadilə, qrant və elmi tədqiqat sahəsində ikitərəfli layihələrin həyata keçirilməsi;3) Azərbaycan və Ukrayna universitetlərinin reklam və məlumat sərgilərinin keçirilməsində köməklik göstərməsi;4) tələbələr, doktorantlar, müəllimlər, elm adamları üçün mədəni və idman tədbirlərinin təşkili;Professor Elton Məmmədov və Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov UDDNU-nun rektoru professor Sergey Pançenkoya “Prezident İlham Əliyev. Zirvə görüşləri” kitabını, həmçinin gələcək Mərkəz üçün Azərbaycan Respublikası haqqında maarifləndirici və təbliği materialları təqdim edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.