AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri Təhsil » AzTU 16 октября 2019 “Ağıllı Ev” layihəsi başa çatdırılmışdır Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və texnologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Milli Qəhrəman Çingiz Qurbanov adına Tələbə İxtiraçılar Klubunda “Günəş enerjisindən qidalanan “Ağıllı Ev” layihəsi üzərində iş başa çatdırılmışdır. Klubun rəhbəri, Elm və İnnovasiyalar Departamentin metroloji xidmət qrupunun mühəndisi İslam Hüseynov ZiM.Az-a bildirmişdir ki, tələbə Fərid Həsənovun müəllifi olduğu bu layihədən çox mənzilli yaşayış binalarında alternativ enerji kimi istifadə edilə və işıqlandırma sistemi məsafədən idarə oluna bilər.Layihəyə Bakı şəhərindən, ölkəmizin müxtəlif regionlarından böyük maraq göstərilir. Portativ soyuducu və qızdırıcı hazırlanmışdırAzərbaycan Texniki Universitetinində “Portativ soyuducu və qızdırıcı cihaz" üzərində tədqiqat işi yekunlaşmaq üzrədir. AzTU-nun Tələbə İxtiraçılar Klubundan ZiM.Az-a bildirmişlər ki, “Univesal daşınabilən” “soyuducu və qızdırıcı cihaz”ın müəllifi Universitetin tələbəsi Murad Qurbanovdur. Onun sözlərinə görə, yeni cihazdan Azərbaycanın avtomobil nəqliyyatı vasitələrində geniş istifadə edilə bilər. Yeni ixtira yaxın vaxtlarda lisensiya və ixtira sənədi almaq üçün müvaffiq təşkilata təqdim ediləcəkdir. Məsafədən idarə olunan peyk antena sistemi yaradılmışdırAzərbaycan Texniki Universitetinin Xüsusi Texnika və texnologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Milli Qəhrəman Çingiz Qurbanov adına Tələbə İxtiraçılar Klubunun rəhbəri, Elm və İnnovasiyalar Departamentin metroloji xidmət qrupunun mühəndisi İslam Hüseynov ZiM.Az-a bildirmişdir ki, Universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin tələbəsi Etibar Əliyevin müəllifi olduğu “Məsafədən idarə olunan peyk antena sistemi” adlı yeni layihə baradə xəbəri peyk antenaları istifadəçiləri maraqla qarşılamışlar. Bu yenilik ölkəmizin hər yerində geniş tətbiq edilə bilər. Kiçik ölçülü “Optik lifli rabitə sisteminin modeli” hazırlanmışdırAzərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin Tələbə İxtiraçılar klubunda kiçik ölçülü “Optik lifli rabitə sistemin modeli” yaradılmışdır. Tələbələrin hazırladıqları yeni rabitə modeli kiçik ölçülü olması və yığcamlığı ilə əvvəlkilərdən fərqlənir. Azərbaycan Respublikasının daxili rabitə sistemlərində belə rabitə vasitələrinə təlabat çoxdur. “Optik lifli rabitə sisteminin modeli”nə yiyələnmək istəyənlər Azərbaycan Texniki Universitetinə müraciət edə bilərlər. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.