AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qazanıb AzTU, QHT 8 октября 2019 2019-cu il Oktyabrın 8-də Bakı Konqres Mərkəzində “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. ZiM.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə uğurlu dövlət siyasətinin təmin edildiyini diqqətə çatdırıb. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclər siyasətinin prioritet istiqamətlərdən olduğunu və ölkə başçısının bu sahəyə xüsusi diqqət ayırdığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan gəncliyi ölkə prezidentinin qayğısı ilə tam əhatə olunub və Dövlət Agentliyi ilə birgə həyata keçirilən “GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardandır.Daha sonra Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, həmçinin gənc liderlər - Türkan Şahvələdli, Sənan Cəfərov, Ülviyyə Bayramova çıxış ediblər.Bildirilib ki, “GəncLİK” proqramı, o cümlədən müxtəlif istiqamətlərdəki digər layihələr gənclərin hərtərəfli inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verir.Cari ilin oktyabr-dekabr aylarını əhatə edəcək Proqramın yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq. Sonra gənclər 2 ay ərzində profilə uyğun olaraq aparıcı şirkətlər, beynəlxalq təşkilatlarda və innovativ idarəetmə üsulları tətbiq edilən yerli qurumların rəhbər şəxslərinin yanında təcrübə keçəcəklər. “GəncLİK” Proqramı üçün daxil olan 1000 müraciətdən yalnız seçim meyarlarına uyğun gələn 321 gənc növbəti mərhələdə test imtahanında iştirak şansı qazanıb. Test imtahanı, videomüraciət və müsahibə mərhələlərini isə cəmi 30 gənc uğurla başa vuraraq “GəncLİK” Proqramında iştirak hüququ əldə edib. Qeyd edək ki, həmin qalib gənclərin sırasında Azərbaycan Texniki Universiteti (AzTU) GVİİM-in rəhbəri Vüqar Əliyev də var.Tədbirdə gənc liderlərə dair videoçarx da nümayiş olunub və seçilən gənclərə iştirakçı paketləri təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.P.S.:“GəncLİK” Proqramında iştirak hüququ qazan Azərbaycan Texniki Universiteti (AzTU) GVİİM-in rəhbəri Vüqar Əliyevi ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!.. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.