Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
31 iyul 2019-cu il tarixli sərəncamı ilə
iqtisad elmləri doktoru, əməkdar elm xadimi,
professor Vilayət Məmməd oğlu Vəliyev
Azərbaycan Texniki Universitetinin
rektoru təyin edilib.

Vilayət Məmməd oğlu Vəliyev
- 1960-cı il
martın 28-də anadan olub.

1978-ci ildə Sumqayıt şəhəri 49 saylı
texniki-peşə məktəbini bitirib;

1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib;

1983-2003-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsində çalışıb, 2003-cü ildən, AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra, 2011-ci ilədək (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda “Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyib;

1985-1989-cu illərdə DNQYPİ-nin aspiranturasında təhsil alıb və 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 - “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb;

1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında müvafiq olaraq UNOCAL və PENNZOIL şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb;

1994-cü ildən ABŞ-ın Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvüdür, 2017-ci ildə İdarə Heyətinin üzvü və 2018-ci ildə regional məsələlər üzrə Vitse prezidenti seçilib;

1995-1999-cu illərdə DNQYPİ-nin doktoranturasında əyani təhsil alıb;

1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb;

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb;

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) dissertasiya işini müdafiə edərək, 08.00.13 - “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alıb;

2013-cü ildə 5302.01 - “Ekonometriya, iqtisadi statistika” ixtisası (əvvəlki 08.00.13 - “İqtisadiyyatın riyazi və instrumental üsulları”) üzrə professor elmi adını alıb;

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb;

2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən N.02.016 (sonradan FD.02.016) Dissertasiya Şurasının üzvü və şuranın 08.00.13 - “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə Seminarın sədri kimi fəaliyyət göstərib.

2009-2019-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

90-cı illərin əvvəllərindən başlayaraq indiyədək ARDNŞ, BP, UNOCAL, PENNZOIL və digər beynəlxalq neft şirkətlərinin regionda neft-qaz ehtiyatlarının axtarış-kəşfiyyatı, işlənilməsi, istifadəsi və nəqlinin müxtəlif məsələləri, o cümlədən texniki-iqtisadi və kommersiya qiymətləndirmələri, perspektiv inkişaf planları və proqnozları, informasiya bazalarının yaradılması və qərarların qəbulu mexanizm və modellərinin işlənilməsi üzrə çoxsaylı tədqiqat işləri və xidmət layihələri yerinə yetirir;

2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatlarının dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlii istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirir;

2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır;
V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri, AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü, İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalının baş redaktoru, “Azərbaycan Neft Təsərrüfatı” (Azərbaycan), “İqtisadiyyat və sosiologiya” (Moldova), “İnformasiya cəmiyyəti problemləri” (Azərbaycan), “İqtisadiyyat və idarəetmə” (Rusiya) jurnallarının redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 31 iyul 2019-cu il tarixindən
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.

Biz də "ZiM.Az" və "Zirve.İnfo"-nun yaradıcı heyəti adından
iqtisad elmləri doktoru, əməkdar elm xadimi,
professor Vilayət Məmməd oğlu Vəliyevi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi münasibətilə
ürəkdən təbrik edir, ona yeni və şərəfli vəzifəsində, eləcə də,
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yubileyiniz mübarək, hörmətli professor Vilayət Vəliyev!..

Yubileyiniz mübarək, hörmətli professor Vilayət Vəliyev!..

Əsas xəbər, AzTU, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus, İqtisadiyyat
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU
AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU
Rəy yazın: