“Azərkosmos” ASC-nin nümayəndələri ilə Azərbaycan Texniki Universitetində olublar Təhsil » AzTU 28 февраля 2019 AzTU-da coğrafi informasiya sistemlərindən və peyk təsvirindən istifadə imkanları müzakirə edilib2019-cu il Fevralın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən “Azərkosmos” ASC-nin nümayəndələri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup professor-müəllim heyəti arasında görüş keçirilib. ZiM.Az xəbər verir ki,AzTU-nun prorektoru, professor İsa Xəlilov qonaqları salamlayaraq görüş haqqında məlumat verib. Prorektor bildirib ki, ölkəmizin kosmik sənaye sahəsində son illər əldə etdiyi uğurlar, o cümlədən müşahidə peyklərinə sahib olmamız coğrafi informasiya sistemlərindən və peyk təsvirindən istifadə imkanlarımızı genişləndirib. Prorektor qeyd edib ki, bu görüşlər peyk sənayesi üçün vacib ixtisasların müəyyən edilməsinə, tədrisin bu istiqamətdə qurulmasına və ümumilikdə bu sahəyə uyğun təhsil mexanizminin yaranmasına müsbət təsir göstərəcək. “Azərikosmos” ASC-nin departament rəhbəri Nail Mərdanov “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda yer alan təhsillə bağlı hədəflərdən danışıb. Daha sonra “Azərkosmos” ASC-nin nümayəndəsi Aqil Əhmədov təqdimatla çıxış edərək peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə vacib xidmətlər göstərilməsindən və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resursları haqqında geniş məlumat verib. Sonda maraq doğruna məqamlarla bağlı suallar səsləndirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.Maral SULTANQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.