AzTU-nun İctimai Şurasının üzvləri imtahan prosesini izləyiblər Təhsil » AzTU 17 января 2019 2018-ci il Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri qış semestrinin imtahan sessiyasının gedişini izləyiblər.ZiM.AZ xəbər verir ki, universitetin rektor əvəzi, professor Xalıq Yahudov AzTU-da imtahanların həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini bildirib.Qeyd olunub ki, təhsil müəssisəsində əvvəllər yalnız “Xüsusi texnika və texnologiya” fakültəsinin, “SABAH” qruplarının tələbələri və magistrantlar yazılı imtahan verirdi. Lakin hazırda I, II və III kurslarda oxuyan bütün tələbələr imtahanları yazılı şəkildə verirlər. AzTU-da imtahanlarla bağlı reallaşdırılan bütün proseslər “Elektron universitet portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətdə saxlanılır, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir.Professor X.Yahudov diqqətə çatdırıb ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə qərargah və apellyasiya komissiyası təşkil olunub. Qiymətləndirmədən narazı qalan tələbələrin apellyasiya komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait yaradılıb. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.Eyni zamanda, universitetdə imtahan prosesinin müşahidə edilməsi hər həftəsonu valideynlərin iştirakı təmin olunur. İmtahan sessiyası dövründə şənbə günləri “Açıq qapı” keçirilir.Məlumat verilib ki, AzTU-da qış imtahan sessiyasında 8 min 519 tələbə iştirak edir. İmtahanların keçirilməsində şəffaflığın təmin olunması üçün universitetin tədris-köməkçi heyətindən 105 nəfər nəzarətçi-koordinator sessiyaya səfərbər edilib.Təhsil ekspertləri, media nümayəndələri və valideynlər qış semestrinin imtahan sessiyasının gedişi ilə yaxından tanış olublar. Sonra onlar universitetin Heydər Əliyev Mərkəzində fikirlərini bölüşüb, imtahanların şəffaf və obyektiv şəkildə təşkil olunduğunu bildiriblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.