AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958) AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı 30 декабря 2018 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..Azərbaycan Texniki Universitetinin "Radiotexnika və rabitə" fakültəsinin dekanı, dosent Əhməd Məmmədov Məmmədov Əhməd Adil oğlu - 1958-ci ildə qədim Qarayazıdakı (indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı) Kosalı kəndində dünyaya göz açıb.1966-cı ildə Kosalı kənd orta məktəbini gümüş medalla bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki - Azərbaycan Texniki Universiteti) “Radiotexnika” ixtisasına daxil olub və 1972-ci ildə tam kursu bitirərək radio mühəndisi ixtisasına yiyələnib.1968-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Ümumi və nəzəri elektrotexnika” kafedrasında laborant, laboratoriya müdiri vəzifələrində çalışıb. 1972–1974-cü illərdə Semipalatinsk şəhərində Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1979-cu ildə müsabiqə yolu ilə “Ümumi və nəzəri radiotexnika” (indiki – “Radiotexnika və televiziya sistemləri”) kafedrasının assistenti vəzifəsinə, 1986-cı ildə isə baş müəllim vəzifəsinə seçilib.1988-2001-ci illər ərzində “Radiotexnika” fakultəsinin dekan müavini vəzifəsində çalışıb, 1993-1994-cü illərdə “Radiotexnika” fakultəsinin dekanı vəzifəsini icra edib. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb. 2007-ci ildən “Radiotexnika” kafedrasının, hal-hazırda isə “Rabitə şəbəkələri və kommutasiya sistemləri” kafedrasının dosentidir. 2017-ci ildən Radiotexnika və Rabitə fakültəsinin dekanıdır.120-dən çox elmi-metodiki işlərin, o cümlədən 2 dərsliyin, 9 dərs vəsaitinin və 21 tədris-metodiki vəsaitlərinin müəllifidir. 2006-cı ildən 2017-ci ilin oktyabr ayına qədər ictimai əsaslarla AzTU Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.Dosent Əhməd Məmmədov 2011-ci ildə AzTU-nun 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 4 övlad atasıdır.Biz də ZiM.Az-ın yaradıcı heyəti adından Azərbaycan Texniki Universitetinin "Radiotexnika və rabitə" fakültəsinin dekanı, tanınmış alim, texnika elmləri namizədi, çox hörmətli dosent Əhməd Adil oğlu Məmmədovu31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.