AzTU-nun dosenti ƏLLƏZ ƏLİYEV (1966) AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid 30 декабря 2018 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..Azərbaycan Texniki Universitetinin"Avtomobil daşımaları və yol hərəkətinin təşkili" kafedrasının dosentiƏlləz Hacıəhməd oğlu Əliyev Əliyev Əlləz Hacıəhməd oğlu - 20 iyul 1966-cı ildə qədim Borçalı mahalının Başkeçid rayonunda (indiki Gürcüstan Respublikasının Dmanisi rayonunda) Aşağı Oruzman kəndində dünyaya göz açıb.1990-cı ildə Azərbaycan Politexnik institutunun (indiki AzTU-nun) Avtonəqliyyat fakültəsininin «Yol hərəkətinin təşkili» ixtisasını fərqlənmə diplomu ilə bitirib.Sonra Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasında qiyabi aspiranturasında (ixtisas – 05.05.03 – Təkərli və tırtıllı maşınlar) təhsilini davam etdirib.2007–ci ildə "Müxtəlif istismar şəraitlərində avtomobillərin dəyanətliliyinin kompleks tədqiqi" mövzusunda yazdığı dissertasiya işini Azərbaycan Dövlət Aqrar Universitetində uğurla müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə, bir neçə il sonra isə dosent elmi adına layiq görülüb.Dosent Əlləz Əliyev hazırda AzTU-nun "Avtomobil daşımaları və yol hərəkətinin təşkili" kafedrasında "Avtomobil yolları", "Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyi" və s. fənlərdən mühazirə, məşğələ və laboratoriya dərslərini aparır, kurs layihəsi və işlərinə, eləcə də magistr dissertasiyalarına və buraxılış işlərinə də rəhbərlik edir. Müxtəlif istismar şəraitində avtomobillərin dayanıqlığının və idarə olunmasının riyazi modellərinin işlənməsi üzrə elmi-nəzəri işlər aparır və elmi-praktiki işləri yerinə yetirir. Nəqliyyat fakültəsinin Elmi Şurasının və Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının iclaslarında yaxından iştirak edir.O, eyni zamanda, Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasında yerinə yetirilən "Avtomobil nəqliyyatında daşımaların təşkili və idarə edilməsi və yol hərəkətinin təşkili" mövzusunda dövlət büdcəli elmi-tədqiqat işinin yerinə yetirilməsində də fəali iştirak edir.Biz də Azərbaycan Texniki Universitetinin "Avtomobil daşımaları və yol hərəkətinin təşkili" kafedrasının dosentiçox hörmətli alim Əlləz Hacıəhməd oğlu Əliyevi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AzP.S.:Dosent Əlləz Əliyevin kitabları:Bayramov R.P., Cəfərov T.R., Cahangirov A.Ə., Əliyev Ə.H. «Yol hərəkətinin təşkili» fənnindən kurs layihəsinin yerinə yetirilməsi üçün metodiki göstərişlər. AzTU, Bakı, 1997. -38 səh.Bayramov R.P., Cəfərov R.M., Əliyev Ə.H., Daşdəmirov F.S. «Avtomobil yolları» fənninin tədrisinə dair metodik vəsait. AzTU, Bakı, 2004. -35 səh.Tağızadə Ə.H., Məmmədov Y.Ə, Cəfərov T.R. Əliyev Ə.H. «Avtomobil nəqliyyatı vasitələrinin istismar xüsusiyyət-ləri nəzəriyyəsi və hesabatı» fənnindən kurs layihələrinin və laboratoriya işlərinin yerinə yetirilməsi üçün praktikum. Dərs vəsaiti. «Təhsil» NPM, Bakı, 2010. -57 səh.Əliyev Ə.H., Cəfərov R.M. “Avtomobil yolları” fənni üzrə kurs işinin yerinə yetirilməsi üçün metodiki vəsait. “Tİ-MEDİA” şirkətinin mətbəəsi, Bakı, 2012. -46 səh.Əliyev Ə.H. Avtomobil yollarının nəqliyyat-istismar keyfiyyəti. Dərs vəsaiti. AzTU-nun mətbəəsi, Bakı, 2013. -77 səh.Daşdəmirov F.S., Əliyev Ə.H., Şərifov A.C. “Yükləmə-boşaltma vasitələri” fənnindən kurs işinin yerinə yetirilməsi üçün metodik metodik göstərişlər. AzTU-nun mətbəəsi, Bakı, 2014. -27 səh.Dosent Əlləz Əliyevin Elmi məqalələri:Əliyev Ə.H. Döngələrdə hərəkət edən avtomobilin aşmaya qarşı dəyanətliliyinin araşdırılması. Nəzəri və tətbiqi mexanika. Ali məkəblərarası elmi-texniki jurnal, III cild, №1, Bakı, «Elm» nəşriyyatı, 2008.Panaliyev Ə.V., Əliyev Ə.H. Yol-nəqliyyat hadisələri nəticəsində avtonəqliyyat vasitələrinə və ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi. Nəzəri və tətbiqi mexanika. Ali məktəblərarası elmi-texniki jurnal, IV cild, № 2, Bakı, «Elm» nəşriyyatı, 2009.Əliyev Ə.H. Avtomobilin idarə olunmasının sükan idarəsinin xarakteristikalarından asılılığı. Elmi Əsərlər, XXI buraxılış, AAHDM, Bakı, 2012.Əliyev Ə.H. Avtomobilin dönmə bucağının sükan çarxının dönməsindən asılılığı. Elmi Əsərlər, XXI buraxılış, AAHDM, Bakı, 2012.Əliyev Ə.H., Cəfərov T.R. Müxtəlif istismar amillərinin avtomobilin dəyanətliliyinə təsiri. Elmi Əsərlər, VIII cild, №1, II hissə, AzTU, Bakı, 2012. Əliyev Ə.H. Yüklü avtomobilin aşmaya qarşı dayanıqlığının riyazi modellərinin işlənməsinə dair. Nəzəri və tətbiqi mexanika. Ali məktəblərarası elmi-texniki jurnal, № 1, “Elm” nəşriyyatı, Bakı, 2015. və s.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.