AzTU Elmi Şurasının növbəti iclası olub Təhsil » AzTU 1 ноября 2018 2018-ci il oktyabrın 31-də Azərbaycan Texniki Universiteti (AzTU) Elmi Şurasının növbəti iclası keçirilib.AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov iclasın gündəliyi ilə iştirakçıları tanış edib.Sonra universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovun “AzTU-da beynəlxalq əməkdaşlığın vəziyyəti və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.Məruzə maraqla dinlənilib və müzakirə edilərək qənaətbəxş hesab olunub.Daha conra universitetin İnzibati-təsərrüfat işləri üzrə prorektoru, dosent Abuzər Mirzəliyevin “AzTU-da qış mövsümünə hazırlığın vəziyyəti” haqqında məlumatı dinlənilib və müzakirə edilərək qənaətbəxş hesab olunub.Elmi Şuranın katibi, professor Ziyafət Kərimov kafedralarda boş olan professor vəzifələrini tutmaq və dosent elmi adını almaq üçün Ali Attestasiya Komissiyasına sənədləri təqdim olunan namizədləri elan edib. İştirakçılar namizədlərə açıq və gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.Daha sonra digər məsələlər müzakirə edilib və müəyyən qərarlar qəbul edilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.