AzTU-nun 4 tələbəsinə adlı təqaüd verilib Təhsil » AzTU 14 марта 2018 Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə universitetin 4 nəfər dərs əlaçısı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülüb. Adlı təqaüdə layiq görülən Pünhan Aslanzadə “Elektrotexnika və energetika”, Rühanə Müseyibova “Metallurgiya”, Ülvüyyə Alqayeva “Maşınqayırma”, Cavid Əsədullayev isə “Avtomatika və kompyuter texnikası” fakültələrinin SABAH qrupları tələbələridir. Yuxarıda adları qeyd edilən dərs əlaçıları həmçinin, AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəal tələbə adına layiq görülüblər.Biz də adlı təqaüdə layiq görülən əlaçı tələbələri ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.