AzTU Elmi Şurasının növbəti iclası olub Təhsil » AzTU 2 марта 2018 2018-ci il Fevralın 28-də Azərbaycan Texniki Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov əvvəlcə universitetin müəllimlərindən “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov və həmin kafedranın professoru Əlipaşa Əliyevin təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunduqlarını bildirib və döş nişanlarını onlara təqdim edib. Xalıq Yahudov onları Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji fəaliyyətlərinin yüksək qiymətləndirilməsi və doğum günləri münasibəti ilə təbrik edib, onlara gənc nəslin tərbiyə edilməsində yeni-yeni uğurlar arzulayıb.Daha sonra universitetin Tədris hissəsinin müdiri, dosent Zəkay Şayevin “2017-2018-ci ilin qış imtahan nəticələri”, universitetin Elm və texnika üzrə prorektoru, Münaqişə Komissiyasının sədri, professor İlham Pirməmmədovun “Münaqişə Komissiyasında imtahan sesiyasında baxılan ərizələrin nəticələri” və İnzibati-təsərrüfat işləri üzrə prorektor, dosent Abuzər Mirzəliyevin “2017-ci ildə AzTU-nun maliyyə-təsərrüfat fəaliyyəti” mövzularında hesabat məruzələri dinlənilib və müzakirələr aparılaraq səsvermə yolu ilə müəyyən qərarlar qəbul edilib.Sonra “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Ramil Quliyev və “Xüsusi texnologiyalar və avadanlıqlar” kafedrasının dosenti Şövqi Əsədovun dosent elmi adını almaq üçün sənədlərini Ali Attestasiya Komissiyasına (AAK) göndərmək barədə müzakirələr aparılıb və səsvermənin nəticəsi olaraq müvafiq qərar qəbul edilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.