AzTU-da qış imtahan sessiyasına hazırlıq işləri müzakirə olunub Təhsil » AzTU 26 декабря 2017 2017-ci il Dekabrın 26-da Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasına hazırlıqla əlaqəli dekan və kafedra müdirləri ilə görüşüb.Prof. Xalıq Yahudov qış sessiyasında imtahanların keçirilməsi qaydalarından və xüsusilə yazılı imtahanların təşkili ilə əlaqəli görülən işlərdən danışıb.Daha sonra universitetin Tədris hissəsinin müdiri dos. Zəkay Şayev imtahanların təşkili ilə bağlı iştirakçılara geniş məlumat verib. Z.Şayev bildirib ki, 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasında yazılı formada, yeni metodika ilə keçiriləcək imtahanlarda 3526 tələbə iştirak edəcək. İmtahanların 73%-i yazılı, 27%-i test üsulu ilə keçirilməsi nəzərdə tutulur. Qeyd olunub ki, imtahan zamanı yarana biləcək münaqişələrin aradan qaldırılması üçün rektorun əmri ilə imtahan sessiyası başlananadək tərkibi 5 nəfərdən az olmamaq şərti ilə Münaqişə (Apelyasiya) Komissiyası yaradılacaq. Münaqişə (Apelyasiya) Komissiyasının ilkin yoxlamaların nəticələrinə düzəliş etmək səlahiyyəti olacaq.İclasda rektor hər bir kafedraya imtahan biletlərinə düşən sualların tərtibində diqqətli olmaları və imtahanların şəffaf keçirilməsi üçün müvafiq göstəriş və tapşırıqlarını verib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.