Qumru quşu haqqında nəğmə! AzTU, Poeziya 20 октября 2015 Müqəddəsdən, müqəddəsdir-Bir həyatdır, Qumru quşu!Dünya qədər əbədidir-Kainatdır, Qumru quşu!Duruşu sirr, yerişi sirr,Baxışı sirr, ötüşü sirr,Bir-birilə öpüşü sirr,Məhəbbətdir, Qumru quşu!O heç vaxt tək görünməz,Görüşdümü tərk edilməz,Bu sevgiyə şək edilməz,Sədaqətdir, Qumru quşu!Deyirlər quş timsalında,İlahinin bu dünyada“Mələk” adlı elçisi var!Bəlkə “Mələk” timsalında,Göndərib çüt qumrular?Bəlkə elə cüt gəzməyiO anladıb insanlara?Yuva qurub, evtikməyiÖyrədibdir adamlara -Bu dünyanı quranlara?Bəlkə həzin xoş səsiyləMahnı demək həvəsiyləGöndərilib yerə Qumru?Nəğmə ilə, nəfəs ilə,Yeni-yeni xoş səs iləÖmrü verməz yelə Qumru!Bəs görəsən nədən beləSinə gəlib əsən yeləCüt balalar gətirərəkHaray salır eldən-elə?Yer üzünün tanrı quşu,Çox sevimli Qumru quşu!Ey insanlar! Bilin bunu,Başa düşün Siz Qumrunu!Yaranmışlar yaşatmalıÖz nəslini-öz yurdunuYaranmışlar yandırmalıOcağın sönmüş odunu!Bax bununçün Qumru quşu-Bu dünyanın Tanrı quşu,Tab gətirib qətiyyətəDözüb minbir əziyyətə,Öz nəslini artıracaqQoşulublar ülviyyətə!Qoşulublar ülviyyətə!Cüməli Kərim oğlu QƏNIYEV,AzTU-nun fizika kafedrasının dosenti,Texnika üzrə fəlsəfə doktoru. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.