İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie AzTU-da tələbələrlə görüşüb AzTU, Dünya 7 декабря 2017 2017-ci il Dekabrın 7-də İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb. Görüşdə AzTU-nun prorektoru, professor İsa Xəlilov səfiri tələbələrə təqdim edib və İndoneziya Respublikası haqqında qısa məlumat verib.Sonra səfir Husnan Bey Fananie İndoneziya Respublikasının tarixi, mədəniyyəti, təhsili və iqtisadiyyatı haqqında tələbələrə ətraflı məlumat verib. O, Azərbaycanda olduğu qısa vaxtda bu ölkəni artıq yaxşı tanıdığını və sevdiyini bildirib. Azərbaycan mədəniyyəti, elmi, ictimai-siyasi həyatı ilə uşaqlıq yaşlarından maraqlandığını deyən səfir ümummilli lider Heydər Əliyevin fəaliyyətini daima yaxından izlədiyini vurğulayıb. Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün çox böyük işlər gördüyünü qeyd edən səfir, xüsusilə gənclərə dövlət qayğısının yüksək olduğunu bildirib.Universitetin böyük maddi-texniki bazası olduğunu deyən səfir Husnan Bey Fananieindoneziyalı gənclərin AzTU-ya göndərilməsi istiqamətində işlər görəcəyini bildirib.Tədbirdə İndoneziyanın mədəniyyətini və paytaxtı Cakarta şəhərini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Səfir üzərində İndoneziyanın rəsmi simvolu əks olunan plaketi universitetə hədiyyə edib.Sonda səfir tələbələrlə birlikdə İndoneziya milli müsiqisini və dünyada məşhur olan “Azərbaycan” mahnısını ifa edib.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.