AzTU Elmi Şurasının növbəti iclası olub Təhsil » AzTU 5 июля 2017 2017-ci il İyulun 5-də Azərbaycan Texniki Universiteti Elmi Şurasının növbəti iclası keçirilib.AzTU-nun rektor əvəzi Xalıq Yahudov əvvəlcə iclasın gündəliyi ilə iştirakçıları tanış edib.Daha sonra Xalıq Yahudov 2016-2017-ci tədris ilində AzTU-nun fəaliyyəti və perspektiv inkişafı haqqında məruzə ilə çıxış edib. Məruzədə rektor ötən tədris ilinin uğurlarından danışaraq bu il AzTU-nun magistratura pilləsinə 89% qəbulu xüsusi vurğulayıb.Sonra Elmi Şuranın katibi Ziyafət Kərimov “Riyaziyyat” və “Fizika” kafedralarında boş olan professor vəzifələrini tutmaq üçün Əkbər Əliyev və Naxçıvan Səfərovun namizədliyi və dosent elmi adı almaq üçün “Xarici dillər” kafedrasının müəllimi Nüşabə İsgəndərovanın sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi haqqında məlumat verib. İclas iştirakçıları gizli səsvermə yolu ilə namizədlərə öz münasibətlərini bildiriblər.İclasda AzTU-nun Elmi Şurasının 2017-2018-ci tədris ilinin birinci yarısı üçün iş planı və magistraturanın yeni tədris planları səsvermə yolu ilə təsdiqlənib. “Riyaziyyat” kafedrasının adının dəyişdirilərək “Ümumi və tətbiqi riyaziyyat” və “Maşın hissələri” kafedrasının adının dəyişdirilərək “Maşınların konstruksiya edilməsi” adlandırılması səsvermə yolu ilə təsdiq edilib.“Xüsusi texnologiyalar və avadanlıqlar” kafedrasının professoru Əli Sadıxovun kafedrada professor-məsləhətçi vəzifəsinə keçirilməsi haqqında qərar da müzakirə olunaraq qəbul edilib.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.