Daha bir universitetdə əməkhaqları artırıldı Təhsil » AzTU 24 февраля 2017 Bu günlərdə Azərbaycan Texniki Universitetində (AzTU) əməkhaqları Elmi Şuranın qərarı ilə minimum 50 AZN artırılıb. ZiM.Az xəbər verir ki, AzTU əməkdaşlardan bəzilərinin maaşı 100 AZN-ə kimi yüksəldilib ki, bu da universitet rəhbərliyinin işində müvəffəqiyyət qazanan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlı olub.Ölkənin sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən qərar 700-ə yaxın əməkdaşa şamil edilib.Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.