AzTU-da I kurs tələbələrinin kollokviumlarının nəticələri müzakirə olunub

AzTU-da I kurs tələbələrinin kollokviumlarının nəticələri müzakirə olunub AzTU-da I kurs tələbələrinin kollokviumlarının nəticələri müzakirə olunub AzTU-da I kurs tələbələrinin kollokviumlarının nəticələri müzakirə olunub Azərbaycan Texniki Universitetində (AzTU) dekan və kafedra müdirlərinin iştirakı ilə
I kollokviumların (aralıq imtahanlar) nəticələrinin müzakirə olunması üçün iclas keçirilib.


AzTU-dan ZiM.Az-a
bildiriblər ki,
iclası giriş sözü ilə açan rektor əvəzi Xalıq Yahudov
I kollokviumların uğurla başa vurulduğunu deyib. O, qeyd edib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təşkil olunan kollokviumlar mərkəzləşdirilmiş şəkildə keçirilib. Rektor əvəzi bildirib ki, kollokviumlar hər semestr 3 dəfə təşkil olunacaq.

Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Zakay Şayev iclas iştirakçılarını nəticələrlə
tanış edib.
Tədris hissəsinin müdiri bildirib ki, I kollokviumların nəticələrinə əsasən müvəffəqiyyət faizinə görə
ən yüksək göstərici “Mühəndis biznesi və menecment”, “Xüsusi texnika və texnologiya” fakültələrində olub.
Bu sıralamada ən aşağı nəticələri isə “Maşınqayırma” və “Metallurgiya” fakültələri göstərib.

Zakay Şayev iclas iştirakçılarını həmçinin kafedralar üzrə olan nəticələrlə də tanış edib.

İclasda müzakirə olunan digər məsələlərdən biri də növbəti kollokviumun keçirilməsi olub.
Tədris hissəsinin müdiri məlumat verib ki, təsdiq olunan müvafiq sərəncama əsasən 22 – 30 noyabr tarixində II, 19 – 27 dekabr tarixində isə III kollokviumlar keçiriləcək.
Həmçinin, o da əlavə olunub ki, artıq II kollokviumun keçirilməsi üçün bütün hazırlıqlar başa çatdırılıb.

Universitet Elmi Şurasının 2016/2017–ci tədris ilinin PAYIZ semestrində birinci kurs tələbələri üçün sessiya imtahanlarının yazılı formada keçirilməsi qərarının icrasını və tələbələrin yazılı imtahan formasına hazırlıqlarını təmin etmək məqsədi ilə keçirilən kollokviumların tədris prosesində müsbət impulslar yaradacağı gözlənilir. Budan əlavə bu yolla tələbələrə fikirlərini qısa və aydın şəkildə çatdırmaq vərdişləri də aşılanır.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: