AzTU-da MƏZUN GÜNÜ

AzTU-da MƏZUN GÜNÜ AzTU-da MƏZUN GÜNÜ AzTU-da MƏZUN GÜNÜ AzTU-da MƏZUN GÜNÜAzTU-da MƏZUN GÜNÜ İyunun 24-də Azərbaycan Texniki Universitetinin (AzTU-nun) həyətində
açıq havada məzun günü təntənəli şəkildə qeyd olunub.


AzTU-dan “Ziya” qəzetinin Baş redaktoru Müşfiq BORÇALI ZiM.Az-a bildirib ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə təzə-tər gül-çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə Milli Məclisdən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Müdafiə Sənayesi Nazirliyindən, Nəqliyyat Nazirliyindən, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən və digər təşkilatlardan qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov açaraq universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, cari tədris ilində universiteti 1861 nəfər məzun bitirir ki, onların da 1521 nəfəri bakalavr, 181 nəfəri magistrantdır. Qalan 141 nəfər isə ğtən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində təhsil alan tələbələrin 18 nəfəri xarici ölkə vətəndaşıdır.

Professor Havar Məmmədov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Rektor müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Rektor Universitetin builki məzunları arasında Xüsusi texnika və texnologiya fakültəsindən də məzunların olduğunu bildirib. Bu fakültənin yeni yaranmasına baxmayaraq böyük uğurlara nail olduğunu diqqətə çatdıran professor Havar Məmmədov ilk buraxılış məzunlarının sayının 70 nəfər olduğunu deyib. Həmin məzunların Müdafiə Sənayesi Kompleksinin zavodlarının işində dönüş yaradacaqları, Azərbaycanın müdafiə sənayesinə böyük töhfələr verəcəkləri vurğulanıb.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov məhz AzTU-nun məzunu olduğunu, neçə illərdir ki, bu universitetlə əməkdaşlıq etdiyini və oğlunun da bu il məhz AzTU-nun maqistraturasını bitirdiyindən qürur duyduğunu söyləyib.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 40 il əvvəl məhz bu ali məktəbi bitirdiyini xatırlayıb. AzTU-nun ötən müddət ərzində şərəfli bir inkişaf yolu keçdiyini vurğulayıb.

Milli Məclisin deputatı, AzTU-nun kafedra müdiri, professor Rüfət QuliyevMüdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, professor Rafoq Hüseynov artıq 30 ildir ki, bu ali təhsil ocağında çalşmalarını qürurla söyləyiblər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, BDU-nun prorektoru, professor Sani Hacıyev və başqaları çıxış edərək demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin yüksəliş mərhələsində olduğunu nəzərə çatdırıblar. Qeyd olunub ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər. Natiqlər ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, müəllimlərin səmərəli əməyini yüksək qiymətləndirib, məzunları təbrik ediblər.

Valideynlər adından məzun Əsmər Nəbiyevanın anası - 1 saylı klinik xəstəxananın şöbə müdiri Natavan Nəbiyeva çıxış edərək AzTU-nun müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib. N.Nəbiyeva məzunları təbrik edib, onlara bitirdikləri ali təhsil müəssisəsinin və doğma Vətənimizin adını hər zaman uca tutmağı, ölkəmizin inkişafı naminə çalışmağı arzulayıb.

Tələbələr adından Xüsusi texnika və texnologiya fakültəsinin məzunu Zaur SoltanovMaşınqayırma fakültəsinin məzunu Nərminə Abdullayeva və b. onlara elmin əsaslarını öyrədən müəllimlərə minnətdarlıqlarını bildiriblər.

Universiteti bu il “əla” qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.

Universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda xatirə foto-şəkillər çəkilib.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: