AzTU-nun professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən istirahət gününü Nabran İstirahət Mərkəzində keçiriblər Təhsil » AzTU 11 мая 2016 Mayın 7-də Azərbaycan Texniki Universitetinin bir qrup professor-müəllim heyəti, əməkdaşları və tələbələri Universitetin Nabranda yerləşən İstirahət Mərkəzində dincəliblər.Müəllim və tələbələr ötən istirahət gününü təbiətin qoynunda keçirərək, Nabranın yaşıl meşələrini, Xəzərin sahillərini gəzmiş, musiqi qruplarının ifasında şən mahnılar dinləyərək rəqs ediblər və xoş təəssüratlarla şəhərə qayıdıblar. Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi bu səfər xoş xatirə kimi yaddaşlarda qalacaqdır.AzTU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov bildirib ki, hər yay aylarında Universitetin professor-müəllim və tələbə heyəti həmin bazanın xidmətlərindən müntəzəm olaraq istifadə edir.Yaşanan bu gözəl günə görə müəllim və tələbələr Universitet rəhbərliyinə təşəkkür ediblər.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.