AzTU-nun "Xüsusi texnika və texnoıogiya" fakültəsinin tələbələri kurs işlərini vaxtından əvvəl müdafiə etdilər Təhsil » AzTU 29 апреля 2016 Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin IV kurs tələbələri Əhmədov Aqil, Cəfərov Taleh, Familzadə Ülvi, Cabbarlı Cabbar və Abbasov Sabir “Silah istehsalı avadanlığı” fənni üzrə kurs işlərini vaxtından xeyli əvvəl müdafiə ediblər. Tədris işləri üzrə prorektor Xalıq Yahudovun da iştirak etdiyi müdafiə zamanı yüksək bilik nümayiş etdirən 5 tələbə hətta öz müəllimlərini belə təcübləndirib.“Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı Ramiz Hüseynov bildirib ki, müdafiə şurasının yekdil rəyi ilə tələbələrə ən yüksək qiymət verilib.Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin “Xüsusi texnika və texnologiya” fakültəsi 2012-ci ildə yaradılıb. Müdafiə Sənayesi Nazirliyi ilə sıx əməkdaşlıq edən fakültənin tələbələrindən 19-u əla qiymətlərlə oxuyur. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.