AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir

AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir Cahid İlham oğlu Mikayılov 1990-cı il iyunun 10-da tarixində Oğuz rayonunda anadan olmuş, 2007-ci ildə Bakı şəhəri, Binəqədi rayonundakı 244 nömrəli orta məktəbi bitirmiş, eyni ildə Azərbaycan Texniki Unversitesinin Elektrotexnika və Energetika fakültəsinə daxil olmuş, 2011-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirərək, “İstilik energetikası maşın və qurğuları” istiqamətinin “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə texnika və texnologiya bakalavrı akademik dərəcəsinə və mühəndis-energetik ixtisasına yiyələnmişdir. Təhsil aldığı dövr ərzində ixtisas olimpiyadasında birinci yer tutduğuna və tələbə elmi-texniki konfranslarında nümunəvi çıxışlarına görə diplomlarla təltif olunmuşdur.

AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir 2010-cu ildə Amerika Dövlət Departamentinin dəstəyi ilə təşkil olunan, dünyanın müxtəlif ölkələrindən olan tələbələrə yay tətili ərzində ABŞ-a səyahət, mədəniyyətlərarası əlaqələri gücləndirmək, həmyaşıdları ilə fikir mübadilələrinin aparılması ilə dünya görüşünü artırmaq və ingilis dilini təkmilləşdirmək imkanları verən “Work and Travel” adlı tələbə mübadilə proqramında iştirak hüququ əldə etmiş və proqram çərçivəsində 3 ay müddətində Amerika Birləşmiş Ştatlarında ezamiyyətdə olmuşdur.

2013-cü ilin mart ayından etibarən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində aparıcı məsləhətçi vəzifəsində çalışır. Çalışdığı dövr ərzində Moldova, Çin Xaql Respublikası, Yaponiya kimi ölkələrdə təşkil edilmiş bir neçə beynəlxalq seminar və təlim kurslarında iştirak edərək ixtisas biliklərini artırmışdır.

26 fevral - 2 may 2014-cü il tarixləri arasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən təşkil olunmuş “Fotovoltaik elektrik istehsalı texnologiyası” adlı təlim kursunda iştirak etmək üçün Kitakyuşu şəhərində ezamiyyətdə olduğu müddətdə Yaponiyada bərpa olunan energetika, xüsusən də günəş energetikası sahəsində görülmüş işlərlə, aparılan tədqiqat işləri ilə tanış olmuşdur. Azərbaycanla yanaşı, İraq, Tacikistan, Pakistan, Banqladeş, İordaniya, Trinidad və Tobaqo, Uruqvay və s. ölkələrin nümayəndələrinin də iştirak etdiyi təlim kursunun əsas mövzusu fotovoltaik texnologiyası ilə tanışlıq, bu texnologiyanın tətbiqi və inkişafı, fotoelementlərin növləri və onlardan istifadə perspektivləri, istifadə olunmuş batareyaların yenidən bərpa olunması, günəş fotovoltaik stansiyalarının növləri, onların dizayn edilməsi, stansiyalara baxış və texniki xidmətin göstərilməsi, texniki xidmət zamanı istifadə olunan avadanlıqlar və bu avadanlıqların istifadə qaydaları, günəş panellərinin evlərin damında quraşdırılması və konstruksiyasının növləri, elektromobillərin günəş panelləri ilə qarşılıqlı istifadəsi, enerjidən səmərəli istifadə, Yaponiyanın enerjiyə qənaət siyasəti, enerji idarəetmə standartları, enerji idarə sistemi, Yaponiyada “micro grid” anlayışı və s. əhatə etmişdir.
AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir Həmçinin kurs müddətində Kyuşu Texnologiya İnstitutu, Kyuşu Universiteti, Kyoto Eko-enerji Tədris Mərkəzi və başqa tədris və tədqiqat mərkəzlərinin laboratoriyaları, “Hokuto” GES, “Hibiki” GES və s. günəş elektrik stansiyalarına, “Genkai” AES-a təşkil olunmuş səfərlər zamanı onların müasir texnologiyaları, enerjidən səmərəli istifadə sahəsində son dövrlərdə aparılan tədqiqat işləri ilə tanış olmuşdur.

Çalışdığı dövr ərzində C.Mikayılova Dövlət Agentliyinin müvafiq əmri ilə təşəkkür elan edilmiş, 19 oktyabr 2015-ci il tarixində Respublikanın energetika və sənaye kompleksinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

2015-ci ildə C.Mikayılovun Azərbaycanda bərpa olunan enerji sahəsində görülmüş işlər haqqında təbliğat və təşviqat, həmçinin enerji effektivliyi, dayanıqlı enerji, əsasən də günəş enerjisindən istifadə perspektivləri və yolları barəsində cəmiyyətin məlumatlandırılması məqsədi ilə hazırladığı “Günəş enerjisindən istifadə və enerjiyə qənaət sahəsində təbliğat və məlumatlandırma” adlı layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən Azərbaycanda sosial və iqtisadi inkişafa dəstək məqsədi ilə Yaponiyada təlimlərdə iştirak etmiş məzunlar üçün elan edilən "Kiçik Qrant Layihələri" müsabiqəsində qalib gəlmişdir və layihə çərçivəsində 12 adda maarifləndirici çap və promo məhsulları hazırlanaraq məktəb şagirdləri arasında paylanmış və onlara sahə üzrə ətraflı məlumat verilmişdir.
AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir Cari ilin fevral ayında İctimai Siyasət İnstitutu tərəfindən dövlət qurumları, universitetlər, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri və özəl şirkətlərin dəstəyiylə, hər bir sahədə innovasiyaların tətbiqi vasitəsi ilə böyük problemlərə kiçik, praktiki həll yanaşmaları gətirməklə ölkəmizin real inkişafı, vətəndaşlarımızın rifahının təmini prosesində təkcə dövlət qurumları və böyük şirkətlərin yox, hər bir vətəndaşın iştirakının stimullaşdırılması məqsədi ilə təşkil olunmuş “I Sosial İnnovasiya Müsabiqəsi” adlı layihədə iştirak etmiş C.Mikayılovun həmmüəllif olaraq hazırladığı “İstifadə edilmiş avtomobil şinlərinin və digər rezin məmulatlarının təkrar emalı ilə yüksək keyfiyyətli rezin qırıntılarının hazırlanması” adlı layihə 300-dən çox layihə içərisindən final mərhələsinə keçərək üçüncü yerə layiq görülmüşdur.

Hazırda Azərbaycan Texniki Universitetində Bərpa olunan enerji mənbələri ixtisası üzrə magistr təhsilini davam etdirən C.Mikayılov Çin Xalq Respublikasının Ticarət Nazirliyinin təşkilatçılığı ilə, Makroiqtisadi Tədqiqat Akademiyasında təşkil olunmuş “İnkişafda olan ölkələr üçün enerji siyasəti və dəyişiklik" adlı seminarda iştirak etmək üçün 05.04.2016-cı il tarixindən 21.04.2016-cı il tarixinədək Çin Xalq Respublikasının Pekin şəhərində ezamiyyətdə olmuşdur.
Təşkil olunan seminarda Azərbaycanla yanaşı Pakistan, Qırğızıstan, Livan, İraq, Banqladeş, Zambiya, Malavi, Ruanda, Qana və Misir kimi 11 ölkədən 30-a yaxın nümayəndə iştirak etmişlər.

AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir Səfər zamanı seminarın gündəliyinə uyğun olaraq, Çində energetika sahəsində qarşılaşılan problemlər, ətraf mühitin çirklənməsinin qarşısının alınması istiqamətində atılmış addımlar və s. haqda məlumatlar, həmçinin prof. Bo Zanqın “Çinin enerji siyasəti və enerji inqilabı”, tədqiqatçı, fəlsəfə doktoru Faruq Xanın “Bərpa olunan enerji mənbələri” adlı təqdimatları dinlənilmiş, bərpa olunan və ənənəvi enerji mənbələrinin müqayisəsi, iqlim dəyişikliyinə təsir göstərən təbii və süni amillərin ətraflı təhlili və seminar iştirakçılarının təmsil etdikləri ölkələrdə qarşılaşılan müvafiq problemlərlə bağlı müzakirələr aparılmışdır.

Bundan başqa, seminar müddətində Çinin “Milli İşıqlandırma Test Mərkəzi”nə (NLTC) səfər təşkil olunmuş, Mərkəzin əməkdaşı xanım Jinq Vanqın səmərəli işıqlandırma haqqında maraqlı məruzəsi dinlənilmiş və ayrı-ayrı laboratoriyalarda aparılan tədqiqat və test-sınaq işləri ilə tanış olunmuşdur.

Eyni zamanda “Sirkulyar İqtisadi Sənaye Parkı”na səfər təşkil edilmiş, Sənaye Parkında yerləşən “Tullantıların Emalı Zavodu”nun iş prinsipi, habelə məişət tullantılarının toplanması, emalı və utilizasiya texnikası ilə bağlı ətraflı məlumat verilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.

AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir Daha sonra Nanjinq şəhərində yerləşən polad istehsalı zavoduna səfər təşkil olunmuş, zavodun iş prinsipi barədə iştirakçılara ətraflı məlumat verilmiş, “Nisco” şirkətinin nümayəndələri cənab Mou Xionbinq, Huanq Yixin və Qin Yonq tərəfindən şirkətin fəaliyyəti, temiz enerjidən istifadə və enerjiyəqənaət siyasəti, həmçinin xarici ölkələrlə əmakdaşlığa dair təqdimat nümayiş olunmuşdur.

Seminar müddətində verilmiş imkandan səmərəli istifadə edən C.Mikayılov təlim iştirakçılarını Azərbaycanda mövcud alternativ və bərpa olunan enerji mənbələri, onlardan istifadə perspektivləri, bu sahədə görülmüş işlərlə tanış etmək məqsədi ilə təqdimatla çıxış etmişdir.

Təlim kursunun sonunda kursu müvəffəqiyyətlə başa vurduğu üçün C.Mikayılova Çin Xalq Respublikasının Ticarət Nazirliyi və Makroiqtisadi Tədqiqat Akademiyası, Milli İnkişaf və İslahat Komissiyası tərəfindən sertifikat təqdim edilmişdir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU
AzTU-da vorkşop keçirilib

AzTU-da vorkşop keçirilib

AzTU
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
Aqrar Universitet “UI GreenMetric” təşkilatına üzv qəbul edilib!

Aqrar Universitet “UI GreenMetric” təşkilatına üzv qəbul edilib!

GDU
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU
AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU
AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

AzTU
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

Regionlar, Köşə yazılar
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
Professor NİYAZİ HƏSƏNOV:

Professor NİYAZİ HƏSƏNOV: "Dünyanın yaşıl olması planetimizin bütün sakin ...

İqtisadiyyat, Köşə yazılar
“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika  ...

“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika ...

Elmi Məqalələr, AzTU
AzTU doktoranturaya sənəd qəbulu elan edir

AzTU doktoranturaya sənəd qəbulu elan edir

AzTU, Elanlar
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Regionlar, Köşə yazılar
AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri

AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri

AzTU
AzTU-da Elm Gününə həsr olunan seminar keçirilib

AzTU-da Elm Gününə həsr olunan seminar keçirilib

AzTU
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

AzTU
“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilm ...

“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilm ...

AzTU
Rəy yazın: