TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!.. AzTU, Təbriklər 1 марта 2016 Azərbaycan Texniki Universitetinin Tədris hissəsinin müdiri,texnika elmləri namizədi, dosent Zəkay Şaban oğlu Şayev - 60 ÇOX HÖRMƏTLİ ZAKƏY MÜƏLLİMİ ANADAN OLMASININ 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRİK! ONA UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI, ŞƏXSİ HƏYATINDA, ELMİ, PEDAQOJİ VƏ İCTİMAİ FƏALİYYƏTİNDƏ YENİ-YENİ UĞURLAR ARZULAYIRIQ!...Müşfiq BORÇALI. Zəkay Şaban oğlu Şayev - 1956–ci ilin fevral ayının 26-da Bakı şəhərində dünyaya göz açıb. 1963–cü ildə Bakı şəhərinin Yasamal rayonundakı 175 saylı orta ümumtəhsil məktəbinin birinci sinfinə gedib. 1973–cü ildə həmin məktəbi bitirərək, Ç.İldrım aına Azərbaycan Politxnik İnsitutunun (indiki AzTU-nun) mexanika fakültəsinin “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasının birinci kursuna qəbul olub. İnstitutda təhsil aldığı zamanı, 1975-ci ildən 1978-ci ilə dək “Mexanika” fakültəsinin komsomol katibi vəzifəsində işləyib. Lenin təqaüdçüsü olub. 1978–ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, Təhsil Nazirliyinin təyinatı ilə gənc mütəxəssis kimi Azərbaycan Politexnik İnstitutunun “Nəzəri mexanika” kafedrasına baş laborant vəzifəsinə işə göndərilib. 1979–1981–ci illərində İnstitutun Tələbə Həmkarlar Komitəsinin sədri vəzifəsinə seçilib. 1980–ci ildə müsabiqə yolu ilə AzPİ-nin “Nəzəri mexanika” kafedrasına assistent vəzifəsinə seçilib. 1980–1986-ci illərdə “Nəzəri mexanika” kafedrasında assistent; 1986-1994-cü illərdə baş muəllim; 1994–cü ildən hal-hazıra dək dosent vəzifələrində işləyir. 1988–ci ildə Kalinin Politexnik İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiya işini müdafiə edərək “texnika elmləri namizədi” ilmi dərəcəsinə layiq görülüb. 1998–ci ildən dosent elmi adını alıb. 46 (qırx altı) elmi məqalənin, o cümlədən 1 (bir) dərs vəsaitinin, 5(beş) metodik göstərişin və “Nəzəri mexanika” fənnindən proqramı hazırlayan müəlliflərdən biriyəm. 1989–ci ildən 2000–ci ilə dək əvvəl “mexanika”, sonra isə “avtomexanika” fakültəsinin tədris işləri üzrə dekan müavini, 2007–2011–ci illərdə rektorun köməkçisi vəzifəsində işləyib.2011–ci ildən bu günə dək Universitetin tədris hissəsinin müdiri vəzifəsində çalışır. 2011–ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Martın 2-də Azərbaycan Texniki Universiteti Elmi Şurasının növbəti iclasında AzTU-nun rektoru, professor Havar Məmmədov AzTU-nun Tədris hissəsinin müdiri, dosent Zəkay Şayevi anadan olmasının 60 illik Yubileyi münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır. REDAKSİYAMIZIN ARXİVİNDƏN:AzTU-nun 60 illik Yubileyində. 23 noyabr 2011-ci il.AzTU THK-nin sədri - Samirə Quliyeva, AzTU-nun prorektoru - İsa Xelilov, AzTU-nun Mətbuat şöbəsinin müdiri - Müşfiq Borçalı, Tədris şobəsinin müdiri - dosent Zəkay Şayev və Yasamal rayonu İcra Hakimiyyətinin başçısı - İbrahim Mehdiyev... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.