İlin ən böyük müjdəsi - Qələbədir!

İlin ən böyük müjdəsi - Qələbədir! Qalib xalq olaraq gürurumuz yerə göyə sığmaz hala gəlmişdir.
Bu sevinci bizə yaşadan Cənab Ali Baş Komandanımız İlham Əliyevin azad olunmuş əzəli və əbədi Azərbaycan torpağlarına, hər şəfəri bizlərə bu ilhamı bəxş edir.
Nə qədər gözəldir dünya, arenasında öz sözünü demiş bir cəsarət sahibinin, tarix yazan bir sərkərdənin hər səfərini izləmək.
"Dəmir yumruq" adı altında keçirilən əməliyyatlar bizi doğma Şuşamıza, Ağdamımıza, Fizulimizə, Zəngilanımıza və diqər baş tacımız olan torpağlrımıza qaytardı.
Xocavəndi 30 ildir yuxularımızda arzu edirdik, bu gun isə Ali Baş Komandanımız Xocavənddə gürur dolu duruşu ilə düşmənə dağ çəkir.
Bu gün azad olunmuş torpağlarımızda böyük guruculuq işləri gedir.


Ölkə başçımızın da qeyd etdiyi kimi Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır.
Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi.
Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Bunu döyüşlərdən sonra hərbcilərimizin də dilindən çox eşidirik. O hərbçilərimiz ki 30 illik həsrətə 44 gündə son verdilər.

Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzi olacaqdır. Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi.
Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək.
Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir.

Qalib ölkənin azad vətəndaşı olaraq gürur dolu anlar yaşamaqdayıq.

Hərdən düşünürəm ki, 44 günlük Vətən savaşının ən böyük motivasiyası Milli Birlik nümayişimiz oldu.
Xalqımız bir yumruq halına gəldi, hərbi birliyimiz milli birliyimizlə birləşdi.
Və nəticə etibarilə qalibiyyət əldə etdik.

İlin ən böyük müjdəsi - Qələbədir! Var olsun Qalib Ölkəmiz!
Var olsun bizə bu sevinci bəxş edən
Ali Baş Komandanımız!
Var olsun Müzəffər Ordumuz!
Var olsun Milli Birliyimiz!

Nəhayət Şirinova,
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Günel Səmədova:

Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Məktəblər
Ruhunuz qarşısında baş əyiririk

Ruhunuz qarşısında baş əyiririk

ADPU, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

Qarabağ, Biologiya və tibb elmləri
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

Regionlar, Köşə yazılar
Fatma Yıldırım:

Fatma Yıldırım: "Prezidentin Xankəndidə Novruz tonqalını alovlandırması ta ...

Milli Məclis
İgid döyüşçü İmran Həsənov

İgid döyüşçü İmran Həsənov

Qarabağ
Azərbaycan alimləri Qarabağ Elmi-Tədqiqat Bazasının bərpa olunmasına görə M ...

Azərbaycan alimləri Qarabağ Elmi-Tədqiqat Bazasının bərpa olunmasına görə M ...

Biologiya və tibb elmləri
Ölkənin  aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

YAP, Regionlar, ADPU
Xankəndi paradı vasitəsilə  suverenliyimizin bərpasını  bütün dünyaya nümay ...

Xankəndi paradı vasitəsilə suverenliyimizin bərpasını bütün dünyaya nümay ...

Zalqa, Köşə yazılar
“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar

"OT ÖZ KÖKÜ ÜSTƏ BİTƏR"

Köşə yazılar
Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmi ...

Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmi ...

Gürcüstan, Köşə yazılar
ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

"Şərqin səsi", "Elm və Təhsil"
Heydər Əliyev irsinin layiqli davamçısı

Heydər Əliyev irsinin layiqli davamçısı

ADPU, Köşə yazılar
Mənim Prezidentim! Mənim Liderim!

Mənim Prezidentim! Mənim Liderim!

Digər ali məktəblər, Köşə yazılar
VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

Qarabağ, "Elm və Təhsil"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr - Zəfər gü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr - Zəfər gü ...

Biologiya və tibb elmləri
Rəy yazın: