ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu!

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu! Uğur səninlə olsun, ADPU Quba filialı!..

Qədim, qədimliyi qədər ali, aliliyi qədər füsunkar şimal paytaxtımız olan Qubamızın ictimai-siyasi, mədəni həyatında xüsusi rolu olan yeganə ali təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Univetsitetinin Quba filialından və bu təhsil ocağında görülən işlər, yeniliklər, daimi uğurlar və Dövlət Təhsil siyasətini dəstəkləyən addımlardan bəhs etmək istəyirik bu gün sizə.

Mənim üçün bu məkan haqqında danışmaq və yazmaq olduğca qürurverici, sevincli, rahat və həm də olduğca məsuliyyətlidir.

Ona görə şərəflidir ki, mən cəmiyyətə ilk addımlatımı bu məkanda atmaga başladım, fikirləşmədiyim gədər uğurlara sahib oldum. Və ona görə məsuliyyətli və çətindir ki, mən məhz bu məkanda fəaliyyətimi davam etdirir və yeni uğur addlmlarımı və yeni layihələrini burda genişləndirmək və inkişaf etdirmək iqtitarındayam.

ADPU Quba filialı mən deyərdim ki, nəinki ölkəmizdə hətta beynəlxalq təhsil ocaqları ilə rəqabətə girə bilən bir təhsil strategiyasına malikdir və günü-gündən inkişaf xətti üzrə irəliləyir.


ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu! Hazırda hörmətli dosent Yusif Alıyevin rəhbərlik etdiyi Filialımızda respublikamızın 29 rayonundan olan
845 nəfər tələbə bakalavr pilləsi üzrə təhsil alır.


ADPU Quba filialında 9 ixtisas üzrə – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat müəllimliyi, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi, Təhsildə sosial-psixoloji ixidmət, Məktəbəqədər təhsil, Sosial iş ixtisasları üzrə 83 nəfər professor-müəllim heyəti təhsil verir.
Bundan başqa 43 nəfər tədris köməkçi, 20 nəfər isə xidmətedici heyət də Filialda tədrisin, təlim-tərbiyə, abadlıq işlərinin həyata keçirilməsinə xidmət edir.

ADPU-nun Quba filialında 15 sentyabr 2018-ci ildə həyata keçirilən struktur dəyişikliyi zamanı filialın idarəetmə strukturuna Elmi Şura, direktor, tədris və tərbiyə üzrə direktor müavinləri, direktor köməkçisi, dekanlıq, kafedralar və digər struktur bölmələri daxil edilmişdir.
Pedaqoji fakültənin tərkibində Təbiət fənləri və onun tədrisi metodikası kafedrası, Ədəbiyyat və dillər kafedrası, Pedaqoji və ictimai fənlər kafedrası fəaliyyət göstərir.
Həmçinin filialda Tədris şöbəsi, Keyfiyyətin təminatı şöbəsi, İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsi, Mühasibatlıq şöbəsi, Ümumi şöbə, Kitabxana şöbəsi, İnzibati təsərrüfat şöbəsi və Təcrübə və məzunlarla iş üzrə rəhbər fəaliyyət göstərir.
2021-2022-ci tədris ilində Filialda tələbə qəbulu proqnozu 240 nəfərdən 310 nəfərə qaldırılmışdır.
Bütün ixtisaslar üzrə təhsil haqqı 1800 manatdır.
Filialın 2,5 hektar ərazisində 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxana, 300 kvadratmetr tikili altında müasir standartlara cavab verən yeməkxana binası və geniş idman meydançasının olması da Quba filialının geniş maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksinə – kampusa malik olduğunu göstərir.
Həmçinin filialda 190 nəfərlik Böyük akt zalı, 80 nəfərlik Kiçik akt zalı, Heydər Əliyev Məktəb-lektoriyası, Böyük Kompyuter Mərkəzi, ağıllı lövhələrlə təchiz olunmuş 10 auditoriya fəaliyyət göstərir.
Filialın bütün kompyuterləri sürətli fiber-optik internet şəbəkəsinə qoşulub.
2019-cu ilin noyabr ayının 27-də Azərbaycan Milli Elimlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və ADPU-nun Quba filialı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Mövcud pandemiya dönəmində Ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADPU-nun Quba filialı universitetlə televiziya əlaqələrindən yararlanaraq efir vasitəsilə mühazirələrin yayımını həyata keçirmişdir. Belə ki, Şimal regionunda yayımlanan “Qafqaz” TV ilə filial arasında razılaşma əldə edilərək martın 18-dən etibarən “Telemühazirə” adlı dərs-verilişin yayımına başlanılmışdır. Bu günədək davam edən “Telemühazirə”lərdə filialın 12 müəllimi 60-dək mühazirəni efir vasitəsilə tələbələrə çatdırmışdır. Filial haqqında geniş videoçarx hazırlanmışdır.

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu! Şimal bölgəsində ali təhsilin tarixi Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1943-cü ildə fəaliyyətə başlamış və 1953-cü ilədək fəaliyyət göstərmiş, 4 fakültə 9 kafedradan ibarət, 350 tələbənin təhsil aldığı iki illik Quba Müəllimlər İnstitutunun tarixi ilə başlayır.

25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Quba şəhərində Azərbaycan Dövlət İncəsənət Universitetinin (ADİU) Quba filialı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır. Quba Müəllimlər İnstitutunun varisi olan ADPU-nun Quba filialı özünün 30 illik yubileyini yaşayır.

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu! Önəmli tarixi keçmişə malik, ölkəmizin Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirərək 2000-dən çox məzun buraxmışdır. Filialın məzunları sırasında 32 nəfər Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, torpaqlarımızın azad olunması uğrunda iştirak etmişdir. Həmçinin filialın onlarca məzunu müxtəlif nazirlik və komitələrin tərkibində mühüm vəzifələr tutaraq ölkəmizin inkişafı naminə uğurlu fəaliyyət göstərirlər.

Hər il filiala qəbul olan tələbələrin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərində də irəliləyişlər müşahidə olunur. Belə ki, 500-dən artıq bal toplayaraq Quba filialını seçən tələbələrin sayı əvvəlki illərə nisbətən xeyli artmışdır. Filialda 845 tələbədən 162 tələbə dövlət təqaüdü, 93 tələbə əlavə təqaüd, 12 tələbə “Gələcəyin müəllimi” məqsədli təqaüdü alır. Həmçinin bu təqaüdlərlə yanaşı Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilmişdir ki, tələbələrin təhsildə fərqlənmələri üçün stimul yaratmışdır. Filialda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən biri kimi fənn olimpiadalarının keçirilməsini misal göstərmək olar. Təhsilini başa vurub magistratura pilləsinə qəbul olan tələbələrin sayı 2020-ci ildə 10 nəfər olmuşdur ki, bu da filial tarixində ilk rekord idi.
Bundan başqa, MİQ imtahanlarında onlarca məzunumuz 50-dən yüksək bal toplayaraq müəllim adını qazanmışdır.

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu! Artıq filialda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə magistr hazırlığını həyata keçirmək üçün kadr potensialına malik qüvvə mövcuddur.
Həmçinin bölgədəki multikultural və tolerantlıq dəyərlərinin daha geniş şəkildə yayılmasını, etnik və dini rəngarəngliyi nəzərə alaraq filialda “Multikulturalizm” mərkəzinin yaradılması və Şimal bölgəsinin maddi-mədəniyyət nümunələrinin beynəlxalq səviyyədə təbliğ edilməsi də planlaşdırılıb.
Filialın perspektiv planları sistemli şəkildə “Strateji İnkişaf Planı”nda və ondan doğan “Qısa, orta, uzunmüddətli inkişaf hədəfləri” adlı sənəddə konkret şəkildə qeyd edilmişdir.

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu! ADPU-nun Quba filialında imtahan prosesi mümkün qədər şəffaf, operativ və ədalətli formada həyata keçirilir. Təhsil Nazirliyi yanında İctimai Şura olaraq imtahan prosesinin gedişindən tutmu filialda aparılan yenidənqurma işlərinin bilavasitə canlı şahidi olmuşuq.
Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diaqo Dövlət Universitetinin Gürcüstan bölümünün, Şimali Kıprıs Türk Cümhuriyyətinin Girne Amerikan Universitetinin, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının iştirakçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda onlayn beynəlxalq seminar böyük maraq doğurmuşdur.

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu! Bəli, ADPU Quba filialı günü-gündən yüksələn xətt üzrə inkişaf edir. Filialımızın rəhbəri, dosent hörmətli Yusif Alıyevin apardığı uğurlu inkişaf yolu ümid edirik ki, yaxın zamanda bizi Quba Dövlət Universitetinə aparacaq.
Bu yolda universitetimizin bütün professor, müəllim və texniki heyəti səfərbərdir.

Uğur səninlə olsun, ADPU Quba filialı!



Nəhayət ŞİRİNOVA,
ADPU Quba filialının əməkdaşı,
İctimaiyyətçi


ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qubada Kitab bağışlama günü qeyd olunub

Qubada Kitab bağışlama günü qeyd olunub

Regionlar, ADPU
Quba filialının qabaqcıl müəllimləri təltif edilib

Quba filialının qabaqcıl müəllimləri təltif edilib

ADPU, Təbriklər
ADPU Quba filialında

ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasim ...

ADPU
ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU
MDB PAA DİMBİ Bakı filialı AzTU-da maarifləndirici tədbir keçirib

MDB PAA DİMBİ Bakı filialı AzTU-da maarifləndirici tədbir keçirib

AzTU, QHT
Quba vikipediyaçılara ev sahibliyi etdi

Quba vikipediyaçılara ev sahibliyi etdi

Regionlar, QHT
MDB PAA DİMBİ Bakı filialı BSU ilə birlikdə “Demokratik dövlətin inkişafınd ...

MDB PAA DİMBİ Bakı filialı BSU ilə birlikdə “Demokratik dövlətin inkişafınd ...

BSU, MEDİA
ADPU: 90 ilin işığında

ADPU: 90 ilin işığında

ADPU
Şərəfli həyat yolu - Qələmşah İdrisov

Şərəfli həyat yolu - Qələmşah İdrisov

ADPU, "XXI əsrin Ziyalıları"
Ölkənin  aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

YAP, Regionlar, ADPU
ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU
MDB PAA DİMBİ Bakı filialı “ Demokratik islahatların həyata keçirilməsində  ...

MDB PAA DİMBİ Bakı filialı “ Demokratik islahatların həyata keçirilməsində ...

Milli Məclis
AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb

AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb

Milli Məclis, AzTU

"Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakül ...

AzTU
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə, AzTU
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
Həmişə öndə olan insan - Nəhayət Şirinova

Həmişə öndə olan insan - Nəhayət Şirinova

ADPU, Turan
Lerikdə demokratik islahatlar haqqında seminar keçirmişdir

Lerikdə demokratik islahatlar haqqında seminar keçirmişdir

Regionlar, Siyasət
Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Nazirlik, MEDİA
“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəs ...

AzTU
Rəy yazın: