ADPU-da "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.

ADPU-da  "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib. ADPU-da  "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.

Noyabr ayının 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kür - Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ADPU-nun təşkilati dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin ADPU-dakı abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını ifadə ediblər, sonra Heydər Əliyev Muzeyində xalqımızın bu böyük oğlunun həyat və fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər və sənədlərlə tanış olublar.
Daha sonra tədbir çərçivəsində Heydər Əliyev məktəbinin lektoriyasında "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, bu gün xalqımızın dahi oğlu, böyük zəka sahibi, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümü tamam olur. Rektor bu böyük və əlamətdar tarixi gün münasibətlə görüş iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, tarix, zaman baxımından 24 il elə də böyük bir müddət deyil. Lakin bu müddət ərzində xalqımız həm YAP-ın yaradıcısı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin, həm də Ulu Öndərimizin müdrik dövlətçilik kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində böyük uğur və nailiyyətlər qazanmışdır. Bu gün öz sıralarında təxminən 700 minə yaxın məsləkdaşı birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. YAP monolit partiyadır, cəmiyyətimizin avanqardıdır, qüdrətli siyasi qüvvədir.

Rektor Cəfər Cəfərov qeyd edib ki, dahi öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası ölkəmizin ərazisində yaşayan bütün xalqları və milli azlıqları Azərbaycanın ümumi inkişafı naminə fəaliyyətə yönəldən, ölkəmizi işıqlı gələcəyə aparan bir ideologiyadır. Ulu Öndər deyirdi: «Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» Ulu öndər Heydər Əliyev Azərbaycançılığı belə səciyyələndirmişdir: «Azərbaycançılıq öz mili mənsubiyyətini qoruyub-saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər insanın inkişafının təmin olunması deməkdir».

Görüşün moderatoru, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu, "Kür-Xəzər" Xeyriyyə İB-nin sədri, Milli QHT Forumunun İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü, layihə rəhbəri Akif Kərimov, YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov, TGT-nin sədri Cavid Hüseynov, Filologiya fakültəsinin üçüncü tədris ilinin tələbəsi Cəmilə Məhərrəmova ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası, eləcə də dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənc nəslə aşılanması, gənclərdə Vətənə, xalqa, millətə sədaqət və məhəbbət ruhunun yüksəldilməsi ilə bağlı maraqlı və məzmunlu çıxışlar ediblər.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bakı məktəblərində

Bakı məktəblərində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyal ...

Məktəblər, QHT
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin  görüşü keçirilib

Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib

Kolleclər, QHT

"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb

QHT
“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab  ...

“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab ...

Azərbaycan
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
AzTU-da

AzTU-da "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisid ...

Əsas xəbər, AzTU
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mö ...

Gəncə, Digər ali məktəblər
ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU
AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
Zahid Qaralovun

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimat ...

YAP, Azərbaycan, Borçalı, Başkeçid
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Rəy yazın: