ADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib ADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib ADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib ADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilibADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib Oktyabr ayının 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib.

ADPU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli‎ ZiM.Az-a bildirib ki, tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə-gəncləri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev oktyabr ayının 11-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması öz əksini tapıb. Hazırda respublikamızda və bir çox xarici ölkələrdə dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Rektor bu mühüm və əlamətdar tarixi gün münasibətilə hamını təbrik edib, cansağlığı, həyatda və təhsil sahəsində uğurlar arzulayıb.

Rektor Cəfər Cəfərov çıxışı zamanı deyib ki, bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı keçirdiyimiz bu tədbirdə yaxın tarixi keçmişimizə geniş nəzər salmaq və həmin dövrdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə obyektiv qiymət vermək məqsədəuyğundur. Çünki tarix bizim mənəvi istinadgahımız, bu günümüzlə gələcəyimiz arasında bir körpüdür. Bu baxımdan XX əsr xalqımızın, millətimizin tarixində xüsusi yer tutur. Ötən əsrdə xalqımız iki dəfə öz müstəqilliyinə qovuşmuşdur. Lakin ötən yüzilliyin əvvəllərində əldə etdiyimiz müstəqilliyi müxtəlif səbəblər üzündən itirməli olmuşuq. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə etdiyimiz müstəqillik daxili çəkişmələr, xarici hərbi müdaxilə və beynəlxalq siyasi dəstəyin olmaması səbəbindən əlimizdən alınmışdır. Nəticədə, xalqımız böyük bir tarixi dövr ərzində öz milli dövlətçiliyindən məhrum olunmuşdur. Lakin xalqımız azadlıq və istiqlal duyğusunu, milli dövlətçilik ideyasını həmişə öz varlığında yaşamışdır. Xalqımızın milli istiqlal arzusu yazıçılarımızın, şairlərimizin, sənət adamlarımızın əsərlərində yaşamış və ictimai-siyasi fikrimizin əsas istiqamətlərindən biri olmuşdur. Vətənpərvər ziyalılarımız kommunist rejiminin bütün qadağa və məhdudiyyətlərinə baxmayaraq, bacardıqları qədər milli azadlıq ideyasını yaşatmış, xalqımız arasında yaymış və təbliğ etmişlər.
Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində xalqımız yenidən öz istiqlalı uğrunda mübarizəyə qalxdı. Sovetlər Birliyinin süqutu və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar başlayan və zaman-zaman genişlənən milli-azadlıq hərəkatı müstəqil dövlətimizin yaranmasında böyük rol oynadı. Qeyd edək ki, xalqımızın bu mücadiləsi böyük qurbanlarla, faciələrlə üzləşməli olurdu. Mərkəzi hakimiyyətin imperiyanı qoruyub saxlamaq iddialarından əl çəkmək istəməməsi xalqımızın azadlıq mübarizəsinə başlıca əngəl idi. Azərbaycana qarşı əsassız ərazi iddiaları işə salınmışdı. Digər tərəfdən, 1988-ci ilin dekabr ayında əzəli Türk torpaqları sayılan Qərbi Azərbaycandan 250 mindən çox soydaşımızın öz tarixi ata-baba yurdlarından deportasiya edilməsi də xalqımızı cəzalandırmaq və milli-azadlıq mücadiləmizin qarşısını almaq məqsədini güdürdü. Azərbaycanlılar eyni zamanda Dağlıq Qarabağda da zorla öz doğma yurdlarından didərgin salınır, qətlə yetirilir, onların əmlakı talan edilir, evləri yandırılırdı. Bir sözlə, mərkəzi hakimiyyət ermənilərin əli ilə xalqımıza qarşı olmazın cinayətlər törədirdi. Xalqımız əslində faktiki olaraq təklənilmiş vəziyyətə salınmışdı. Buna cavab olaraq, xalqımız küçə və meydanlara axışaraq, tapdalanmış hüquqlarının bərpasını tələb etdi. Lakin xalqımız tamamilə başqa bir faciəli hadisə ilə üzləşməli oldu: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı 20 Yanvar faciəsi törədildi. Bu qətliamın törədilməsində də başlıca məqsəd yenə də xalqımızın azadlıq ruhunu öldürmək idi. Lakin bütün baş verən bu haqsızlıqlara, faciələrə baxmayaraq, xalqımız öz müstəqilliyinə doğru addım-addım irəlliləməkdə davam edirdi. Beləliklə, əvvəlcə 1991-ci il avqustun 30-da parlamentdə «Azərbaycan Respublikasının dövlət suverenliyi haqqında Bəyannamə» qəbul edildi, bir qədər sonra isə, yəni 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bu Aktın qəbul edilməsi mühüm tarixi-siyasi hadisə idi və həmin gün tariximizə dövlət müstəqilliymizin bərpası günü kimi daxil oldu. Bu mühüm tarixi sənədin qəbul edilməsi ilə xalqımız uzun illərdən bəri arzusunda olduğu azadlığına qovuşdu. Yeni yaranan müstəqil Azərbaycan dövləti özünün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bəyan edərək onun bayrağını, gerbini, himnini dövlət atributları kimi qəbul etdi. Azərbaycanın dövlət müstəqilliyi dünyanın bir çox ölkələri tərəfindən tanındı və ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara üzv qəbul edildi.
Lakin həmin dövrdə respublikamıza rəhbərlik edən şəxslərin siyasi səriştəsizliyi, milli maraq və mənafelərdən çox uzaqda dayanmaları, bəzi hallarda isə hətta bu maraqlara xəyanət etmələri Azərbaycanın əsl müstəqil dövlət kimi yaşamasına imkan vermirdi. Əslində, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» ilkin mərhələdə yalnız quru kağız olaraq qalırdı. Baxmayaraq ki, bu Aktın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi hüquqi cəhətdən rəsmiləşdirilmişdi və ölkəmizin müstəqilliyi artıq dünyanın bəzi dövlətləri tərəfindən tanınmışdı, lakin o dövrün hakimiyyəti 1991-ci il dekabrın 29-da müstəqilliklə bağlı referendum da keçirdi. Əslində, bu referenduma heç bir ehtiyac yox idi. Azərbaycan yenə də kənardan idarə edilirdi. Yəni həmin dövrdə Azərbaycanın müstəqilliyi formal, nominal xarakter daşıyırdı. Belə ki, dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında qurulmurdu, birtərəfli xarici siyasi kurs yürüdülürdü. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, özbaşnalıq hökm sürürdü. Azərbaycanın dövlət büdcəsi yox idi. İşğalçı Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində müstəqilliyimizin ilk illərində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan artıq soydaşımız öz doğma ata-baba yurdundan didərgin düşmüşdü. Həmçinin Azərbaycanın hər tərəfindən baş qaldıran separatçılıq meyilləri müstəqil dövlətimiz üçün ciddi təhlükə mənbəyi idi. Elə buna görə də 1991-1993-cü illər xalqımızın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox zərərli meyil və təzahürlərin yarandığı bir dövr kimi səciyyələndirilə bilər. Yalnız ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın çox böyük istəyi və inadlı tələbi ilə yenidən respublikamızda hakimiyyətə qayıtdıqdan sonra öz böyük siyasi uzaqgörənliyi, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində ölkəmizin formal, nominal müstəqilliyinin həqiqi müstəqilliyə, faktiki müstəqilliyə çevrilməsini təmin etdi, ölkədə müasir dünyamızın reallıqlarını nəzərə alan yeni siyasi kurs formalaşdı.
Böyük qürur hissi ilə deyə bilərik ki, ulu öndərimiz Heydər Əliyevin elmi əsaslara söykənən müdrik siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev həyatımızın bütün sahələrinin, xüsusilə də, iqtisadiyyatın sürətli inkişafını təmin etmişdir. Son illər iqtisadiyyatımız 3 dəfə artıb.
2014-cü il sentyabr ayının 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin keçirilməsi də böyük beynəlxalq hadisədir. Cənab Prezidentin qeyd etdiyi kimi, əgər “Əsrin müqaviləsi” XX əsrin müqaviləsi idisə, “Cənub” qaz dəhlizi XXI əsrin layihəsidir. Bu layihə də öz növbəsində Azərbaycana böyük iqtisadi imkanlar açmışdır. Ölkəmiz iqtisadi cəhətdən müstəqildir və bu da dövlətimizə müstəqil xarici siyasət yürütməyə imkan verir.
Azərbaycan son illər beynəlxalq siyasi münasibətlər sistemində də öz layiqli yerini tutmuşdur. Belə ki, Azərbaycan 2011-ci il oktyabr ayının 24-də 155 ölkənin yüksək etimadı və böyük siyasi dəstəyi ilə dünyanın ən nüfuzlu və mötəbər beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, Azərbaycanın böyük siyasi-diplomatik uğurudur.
Son illər Azərbaycan möhtəşəm beynəlxalq tədbirlərin, sivilizasiyalararası dialoqların keçirildiyi bir məkana çevrilmişdir. Azərbaycan dünya miqyasında sayılıb-seçilən, yüksək beynəlxalq siyasi nüfuza malik olan bir ölkədir. Azərbaycan multikulturalizm və tolerantlıq baxımından bütün dünya üçün layiqli bir örnəkdir.
Rektor qeyd edib ki, bu il sentyabr ayının 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirildi. Azad, ədalətli, şəffaf və demokratik keçirilən referendumda xalqımız öz siyasi iradəsini ortaya qoydu. Aparılan siyasi, iqtisadi, sosial və hüquqi islahatların davamı kimi qiymətləndirilən Konstitusiya islahatları ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da yaxşılaşdırılmasına, milli maraqlarımızın qorunmasına, dövlətçiliyimizin gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşməsinə müsbət təsir edəcəkdir.
Ölkəmizdə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edilib. Respublikamızda təhsil sahəsində bir sıra layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük xidmətlər göstərir.
Hazırda ölkəmiz yeni dövrün astanasındadır. Bu dövr bizim qarşımızda böyük və məsuliyyətli vəzifələr qoyur. Biz təhsil sahəsində fəaliyyətimizi gücləndirməli, yüksək səviyyəli pedaqoji kadrların hazırlanması üçün əzmlə çalışmalıyıq.

Tədbirdə Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov “Əsrə bərabər iyirmi beş il. Tarixi yolun mərhələləri” mövzusunda məruzə ilə, həmin kafedranın müəllimi Taleh Cəfərov “Müstəqillik illərində vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda, ADPU-nun doktorantı Xalidə İbrahimova isə “ADPU müstəqillik illərində” mövzusunda çıxışlar ediblər.
Məruzə və çıxışlarda tarixlə müasir dövr arasında paralellər aparılıb, Azərbaycanın iyirmi beş il ərzində bütün sahələrdə böyük və zəngin inkişaf yolu keçdiyi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının, siyasi plüralizmin, söz və ifadə azadlığının təmin edilməsi sahəsində qazandığı uğurlar, o cümlədən ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan ADPU-nun bu quruculuq və inkişaf prosesində fəal iştirak etdiyi vurğulanıb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olun ...

Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olun ...

Diaspora
AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
ADPU-da

ADPU-da "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla təl ...

ADPU, QHT
AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir ke ...

Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir ke ...

BMU
17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ

17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ

Azərbaycan, Regionlar
ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU
12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

Azərbaycan, Regionlar, Tarix, Hüquq
Müstəqillik yollarında: Liderlik missiyası

Müstəqillik yollarında: Liderlik missiyası

Naxçıvan
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU
Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Köşə yazılar
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

AzTU
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

YAP, Gənclik
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Rəy yazın: