9-cu “Təhsil” və “Karyera” sərgiləri Təhsil 9 октября 2015 Bakıda “Təhsil” və “Karyera” sərgiləri keçirilirOktyabrın 9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 9-cu Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri öz işinə başlayıb.Tədbirin açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri iştirak ediblər.Mərasimdə çıxış edən Ceyhun Bayramov qeyd edib ki, təhsilin iqtisadi həyatdakı rolu müasir dövrün əsas çağırışlarından biridir. Belə ki, təhsil həm insanların bilik və bacarıqlarını artırılmasında, həm də onların uğurlu gələcəyə hazırlanmasında müstəsna rol oynayır.Nazir müavini bu sərginin müxtəlif təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinə töhfə verəcəyini, təhsilverən və təhsilalanlar üçün əlavə imkanlar yaradacağını deyib.İşə bu gün başlayan Beynəlxalq “Təhsil” sərgisində dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edir. İştirakçılar arasında Azərbaycan, ABŞ, BƏƏ, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, eləcə də kolleclər, tədris-təlim kursları, habelə dövlət təşkilatları və müəssisələri var. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, akademik S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, Milli Tədqiqat Texnoloji Universiteti “MİSiS”, N.P.Oqaryov adına Mordoviya Dövlət Milli Tədqiqat Universiteti, Polşanın Avro-Regional İqtisadiyyat Universiteti sərgidə ilk dəfədir iştirak edir.İştirakçıların böyük marağına səbəb olan Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün nəzərdə tutduğu plan və proqramlar haqqında geniş məlumatlar təqdim edilir.Sərgi çərçivəsində Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və “Caspian Event Organisers” MMC-nin direktoru Bəhruz Hidayətzadə əməkdaşlıq memorandumu imzalayıblar. Təhsil nazirinin müavini Ceyhun Bayramovun iştirakı ilə imzalanan memorandum Müştəriyə Yönəlmə Proqramının həyata keçirilməsinə əlavə imkanlar yaratmaq və proqramın effektiv icrasına dəstək olmaqdır. Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi Müştəriyə Yönəlmə Proqramı pilot olaraq Azərbaycan Texnologiya Universitetində reallaşdırılır. Proqramın əsas hədəfi ali təhsil müəssisələrini müştəri yönümlü fəaliyyətə təşviq etməkdır.İki gün davam edəcək sərgiyə təhsil ictimaiyyəti böyük maraq göstərir. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.