Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!.... 25 октября 2023 1687 100 1 2 3 4 5 "Qəhramanlar can verir yurdu yaşatmaq üçün."Belə qəhrəman oğullardan biri, Əfqan Hüseyn oğlu Axundov - 16 fevral 2000-ci ildə Salyan rayonunda anadan olmuşdur. 2006-cı ildə Salyan rayon 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Azərbaycan Dənizçilik Kollecinə daxil olmuşdur. Atası ağır xəstə olduğu üçün həm oxuyur, həm də işləyərək ailəsinə kömək edirdi. Bir müddət sonra atasını itirən Əfqanın çiyinlərinə daha böyük yük düşür. Lakin anası ona hər şeyin yaxşı olacağını deyirdi. Çünki Əfqanın necə ailəsinə bağlı və məsuliyyətli olduğunu bilirdi. 2019-cu ildə təhsilini başa vuran Əfqan Axundov hərbi xidmətə yollanır. Orta məktəbdə oxuyan zaman müəllimlərin, sinif yoldaşlarının, qohumların, qonşuların rəğbətini qazanmış Əfqan, hərbi xidmət borcunu şərəflə yerinə yetirdiyi zaman da sevimli əsgər kimi komandirlərin və dostlarının da hörmətin qazanmışdı. Mənfur düşmənlərin başladığı müharibə zamanı hər bir vətən oğlu kimi silaha sarıldı Əfqan Axundov. Torpaqların müdafiəsinə qalxdı vətən dardadır deyə. Dünyada hər şey gözəldir, lakin müqəddəs duyğu vətəni özünunkü olduğu üçün sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib, yolunda canından belə keçməyə hazır idi Əfqan. Hər dəfə anası ilə danışarkən səsində bir qürur vardı, özünə güvən vardı. Hər şeyin yaxşı olduğunu, tezliklə qələbə qazanacaqlarını deyirdi.Axrıncı dəfə anası ilə 15 oktyabr 2020-ci ildə danışan Əfqanın “Can ana, hər şey əladı, mənimlə fəxr edəcəksən!” - sözləri onun son səsi olub. 16 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı qəhramanlıqla şəhidlik zirvəsinə ucalıb.Əfqan Axundov 29 oktyabr 2020-cildə Salyan rayon Arbatan kəndində Şəhidlər xiyabanında dəfn olunub.Əfqan Hüseyn oğlu Axundov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.Ailənin sevinci,Evlərinin bəzəyi,Əfqan adı gələndəAnanın üzü gülür.Fəxarətlə anırıq,Ürəklərdə qəm,kədər.Vətənə sədaqətliSuqovuşan Fatehin.Ananın qucağından,Doğma bildin Vətəni.Al bayrağa büküldünAy menim Əfqan balam.Üç il tamam olduSənsizlik yaman oldu.Anan dərddən qocaldıŞəhidlik payın oldu.Oğullarımız Ana kimi sevdiyimiz vətən torpaqları uğrunda gözlərini belə qırpmadan silaha sarıldılar.Əfqan Axundov da anasından, atasının əmanəti olan bacısından çox vətəni sevdi. Vətən torpaqları uğrunda canını fəda etdi.Doğma Qarabağa sancıldı bayraq.Vermədin yağıya bir qarış torpaq.Canınla, qanınla sən tarix yazdın,Ey mənim qəhraman igid Əfqanım.Xoşgül ana qürurla danışır ki, qələbə müjdəsini eşidəndə ürəyimdən bir istək keçdi: oğlumun döyüşdüyü və şəhidlik zirvəsinə ucaldığı yerləri ziyarət etmək istədim. Mən Əfqanla fəxr edirəm, çox sevinirəm ki, oğlum vətən torpağı uğrunda gedən döyüşlərdə şücaətlə döyüşüb, düşmənə ağır zərbələr vurub, Onlara layiqli dərs verib. Uşaqlıqdan arzusunda olduğu vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olub.Ruhun şad olsun, canını fəda etdiyin doğma Qarabağda üçrəngli Azərbaycan bayrağı dalğalanır.Vətən xalqı igid oğulları ilə qürur duyur. Onlar Zəfər tarixini - qəhramanlıq dastanı qızıl hərflərlə yazmaqla Vətənin bölünməzliyini öz imzaları ilə bir daha təsdiq ediblər,Bir ölər min dirilərik!Raziyə RZAYEVA,AYB və AJB-nin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.