Pərvanə Salmanqızı: "XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİDLƏR" ŞƏHİDLƏRİMİZ, Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!.... 27 сентября 2021 265 XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİDLƏRŞəhadət neçə gözəldir,Cənnət qoxuludur,Şəhidlik zirvəsi,Xatirələrdə yaşayan şəhidlər.Tarixə qızıl hərflərlə,Yazılar şəhidlər,Qəlbimizdə, dualarımızda,Xatirələrdə yaşayan şəhidlər.Qanları, canları bahasına,Zəfər çalan şəhidlər,Qanıyla tarix yazan,Xatirələrdə yaşayan şəhidlər.Şəhid üçün ağlayanın,Gözündən yaş axar,Jalə kimi, dür kimi,Xatirələrdə yaşayan şəhidlər.Qanlı güllərdə ağlayır,Qəbrin üstündə şəhidim,Anan lay-lay çalır, rahat uyu sən,Xatirələrdə yaşayan şəhidlər.Vətən üçün iftixardı,İbrətamiz, şəhidlər,Şəadətiniz mübarək,Xatirələrdə yaşayan şəhidlər.Nə qədər şəhidlərimiz var,Ruhunuz şad olsun,Qara torpağı, Vətən edən şəhidlər,Xatirələrdə yaşayan şəhidlər.İmam Hüseynin, gözünün nuru,Əbəlfəzdir şəhidlər,Şəhidin qanıdır, hürriyyət ağacını suvaran,Xatirələrdə yaşayan şəhidlər.31.12.2020ŞƏHİDLƏRAna bircə oğlunu,Göndərmişdi əsgərə,Xəbər gözləyirdi balasından,Gözünün ağı-qarasından.Gözləri yol çəkirdi,Görəsən balam hardadır,Neyləyir indi?Bircə səsini eşidə bilsəydim balamın.Köks ötürüb dərindən,Gözün dikdi yollara,Süzülürdü göz yaşı,Ananın yanağından.Elə bu an komandir,Yaxınlaşdı anaya,Gözlərindən yaş axır,Solmuş ana çöhrəsi.Komandir çaşıb qalıb,Qəhərlənmiş boğazı,Sözləri düyünlənmiş,Titrədi dil-dodağı.Ananın qarşısında,Gözünü yerə dikib,"Başın sağ olsun"Ana,Oğlun şəhid olubdu.Yox bala səf salırsan,Oğlum əsgərlikdədir,Vətənin keşiyində,Azadlığı qoruyur.Birdən gözü sataşdı,Qapıdakı tabuta,Ana nalə çəkib,Hönkür-hönkür ağladı.Balamın əvəzinə,Məni alaydın qoynuna,Balam, nə gün gördü ki?Çox tez aldın, ay Allah.Barı möhlət versəydin,Balama toy edərdim,Balamın qoxusunu,Balasınan alardım.Çərxi dönsün fələyin,Neçə qıydı balama,Bala dərdinə indi,Neçə dözüm,ay Allah.Şahid dursun Əbəlfəz;Azadlıq uğrunda,Şəhid olan balama.Şəadəti mübarək əsgərimin, ay Allah.13.02.2021Sönmüş şəhid nəfəsi varÇiçəklənən torpağımın,Hər dağında,Hər daşında,Sönmüş şəhid nəfəsi var.Şəhidləri ölmüş saymayın,Yaşadın şəhidləri!Hər ananın,bacının duasında,Hər dünyaya gələn, körpənin qəlbində.Yaşadın şəhidləri!Hər dil açan, körpənin sözündə.Hər ayaq açan, körpənin ayaq izində.Bu torpağın altında, sönmüş şəhid nəfəsi var.Yaşadın şəhidləri!Şəhidlərcün ağlamayın,Qürürla ayağınızı basdıgınız,Torpağın altında, sönmüş şəhid nəfəsi var.Siz rahat gəzəsiniz,Qorxmadan,çəkinmədən,Torpağı azad etmiş,Sönmüş şəhid nəfəsi var.Hər torpağa ayağını basanda unutma!Torpağın altında, sönmüş nəfəs var.Arzuları yarım qalan,Ümidləri qırılan,Vətən torpağına, qanı tökülən.Vətəni Vətən edən.Sönmüş şəhid nəfəsi var.09.12.2020 Geniral Polad Həşimov(Hörmətlə anırıq)Biri vardı,adı zirvələrdə.Biri vardı baxdığı,Yuksəkliklər sevinirdi.Geniral Polad Həşimov.Biri vardı qəlbi,Özünən böyük,Hər kəsin qəlbində yaşayan.Geniral Polad Həşimov.Biri vardı sapoqları,Toz içində öndə gedən,Əsgərlərə atalıq edən.Geniral Polad Həşimov.Biri vardı gəlişi,Düşmənləri qorxudan,Vətənin Qəhrəman oğlu.Geniral Polad Həşimov.Biri vardı kinoda deyil,Real Qəhrəman olan,Şadətə ucalan.Geniral Polad Həşimov.Biri vardı qanıyla,Göylərə ucalan,Qanıyla zəfər calan.Geniral Polad Həşimov.06.11.2020Pərvanə SalmanqızıZiM.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.