Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020) ŞƏHİDLƏRİMİZ, Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!.... 2 августа 2021 378 Şəhid Səlimxan Vüqar oğlu Bayramov - 13 iyul 1998-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Əslən qədim Qarayazıdan, indiki Gürcüstanın Qardabani rayonundakı Qaracalar kəndindəndir. (Atası - Bayramov Vüqar Səlimxan oğlu, Anası - Bayramova Rahilə Fariz qızı).S.V.Bayramov 2005-2015-ci illərdə Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəbində təhsil alib. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan, 2015-2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub.Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, 2019-cu il oktyabrın 28-də Sumqayıt şəhərindən vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır. Qusardakı hərbi hisssələrin birində xidmətə başlayır. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan, zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə, hamının sevgisini qazanır.27 sentyabr 2020-ci ildə isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanıb, Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak edib. 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından postu almış və həmin posta oz doğma şəhəri Sumqayıtın adın vermişdir. Səlimxan Vüqar oğlu Bayramov 19 oktyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Allah rəhmət eləsin. P.S. :Səlimxan Vüqar oğlu Bayramov ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" (15.12.2020), "Cəsur döyüşçü" (18.12.2020), “Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” (25.12.2020) medalları ilə təltif olunub. * * *VƏTƏN MÜHARİBƏSI ŞƏHİDİNIN XATİRƏSİGÜRCÜSTANIN QARDABANİ RAYONUNDA ƏBƏDİLƏŞDİRİLİB Vətən müharibəsi şəhidi əslən Gürcüstandan olan Səlimxan Bayramovun xatirəsi Qardabani rayonunun Qaracalar kəndində əbədiləşdirilib. 13 iyul 2021-ci ildə kənddə Səlimxan Bayramovun xatirə bulağının açılışı olub. ZiM.Az xəbər verir ki, şəhidin doğum günündə keçirilən mərasimdə onun qohumları, dostları və kənd sakinləri iştirak ediblər.Çıxış edənlər bildiriblər ki, Gürcüstanda doğulan, burada və başqa ölkələrdə yaşayan azərbaycanlılar daim tarixi Vətənləri Azərbaycanla nəfəs alırlar. Vətən müharibəsində şəhid olan bütün qəhrəmanların xatirəsi daim qəlblərdə yaşayacaq. Anası və atasının nənəsi Qardabani rayonunun Qaracalar kəndindən olan Bayramov Səlimxan Vüqar oğlu 1998-ci il iyulun 13-də Sumqayıt şəhərində dünyaya göz açıb. O, 2015-2019-cu illərdə Gürcüstan Texniki Universitetində təhsil alıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə şücaət göstərən Səlimxan Bayramov oktyabrın 19-da şəhidlik zirvəsinə ucalıb.İgid döyüşçü Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.