Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020) ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 2 августа 2021 96 Alı Nofəl oğlu Həsənli - 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstanın Dmanisi rayonundakı) Dəllər kəndindən idi və ailənin yeganə oğlu idi.Alı Həsənli - 1 sentyabr 2001-ci ildə Bakı şəhərinin Nizami rayonundakı Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. 2016-cı ilin 20 iyulda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçib. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2018-ci ilin dekabr ayından etibarən SOCAR-ın Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb. 2020-ci il sentyabrında SHXÇDX-nin Bakı şəhəri Nizami rayonu şöbəsinə ərizə yazaraq könüllü olaraq Vətənin müdfiəsinə yollanmaq istədiyini bildirib. Sentyabrın 21-də yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qoşulub.2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə və Cəbrayıl istiqamətində gedən döyüşlərdə rayonlarının azadlığı uğrunda mübarizədə xüsusi rəşadət göstərib. Alı Həsənli 20 oktyabr 2020-ci ildə Vətən Müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.Allah rəhmət eləsin.P.S.:.Alı Həsənli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.