AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib ŞƏHİDLƏRİMİZ, AzTU 19 января 2021 92 Qanlı 20 Yanvar faciəsindən 31 il ötür. Faciənin ildönümündə Azərbaycan Texniki Universitetində (AzTU) anım tədbiri keçirilib.Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun prorektoru İsa Xəlilov o qanlı gecədə yaşananlar barədə məlumat verib. Bildirib ki, keçmiş sovet dövlətinin hərb maşınlarının yanvarın 20-də xalqımızın başına gətirdiyi faciə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. 20 yanvar faciəsi nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Qeyd olunub ki, 1990-cı ildə Bakıda 20 Yanvar və ondan əvvəl baş vermiş faciələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti nəticəsi idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən soyqırımlar və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin davamı idi. Lakin haqq nazilər amma üzülməz deyiblər. Ötən il Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun apardığı 44 günlük müharibədə əldə olunan Şanlı Qələbə işğalçılara yerini göstərdi. Artıq Azərbaycan öz gücünü dünyaya sübut etdi.Anım tədbiri İctimai fənlər kafedrasıın müdiri Şikar Qasımov, professor Eyyub Kərimov və 4-cü kurs tələbəsi Zakir Quliyevin çıxışları ilə davam edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.