GETDİN SAVAŞA, ORXAN ŞƏHİDLƏRİMİZ, Qarabağ, Müsabiqə 8 января 2021 184 GETDİN SAVAŞA, ORXANQusar rayonun Həsənqala kəndinin şəhidiOrxan Qədim oğlu İsmayılova ithafÖlkənin başı üstün qara buludlar aldı,Düşmən tapdağı altda yurdlar çarəsiz qaldı,Vətən yağıya haram, yurdaşına halaldı,Dözmədin içimizdə daim dərd daşa, Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Könlümüzdən ahımız dikəlmişdi Allaha,Ümidimiz yox idi hər açılan sabaha,İlahi dərgahında batmamaqçın günaha,Cəhd elədin qürurun dəyməsin daşa, Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Ey Vətən fədaisi, can etdin yurda fəda,Dilimizdə olubdu şəhid adı mübtəda,Tükətdi könlümüzü otuz ildi qan-qada,Qəlbi əsir etmədin heç vaxt təlaşa, Orxan, Silahına sarılıb getdin savaşa, Orxan.Ey şəhidim, şəhidlik taleyində var imiş,Dinimiz şəhidliyi ən uca məqam demiş,İlahi dərgahına yetmək üçün kam demiş,Kamın yetişdi yəqin mübarək başa Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Körpənin məsum üzün cəmi bir gecə gördün,O südəmər oğlunu yuxunda necə gördün?!Şəri əl-qolu bağlı basılmış küncə gördün,Qəhrəmanlıq biçilib, fəqət gənc yaşa Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Ananın gözü yaşlı məzarına can deyir,Yarın qəbir daşına qəm dolu hicran deyir,Yanır itginə Vətən, aləm həyəcan deyir,Dikələ can ahımız şərə sarmaşa, Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Ruhuna ərz edirəm qanın yerdə qalmadı,İşğal bitdi, Şəhidim, yurd namərdə qalmadı,Zəfər marşı çalınır, millət dərdə qalmadı,Yetdin şəhadətinə, dedin: El yaşa, Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Ey ana qucağından yurda düşən oğullar,Vətən sevən qadınlar mərd igidlər doğurlar,Qəhrəmanlar hər zaman şərin köksün boğurlar,Sən bütün bacılarçın döndün qardaşa, Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Ey şəhidim, gülüzlü ruhuna salam olsun,Yaralı candan qopan ahına salam olsun,Dilimizdə yurd eşqi müqəddəs kəlam olsun!Zəfərmizin sədası düşüb dağ-daşa, Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Səsimiz batmayacaq, boğulmayacaq daha,Ah-naləmiz aləmə dağılmayacaq daha,Bilirəm bir də səndən doğulmayacaq daha,Övladının adında daima yaşa Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.Şadiman nəzmə çəkir adını qürur ilə,Qəbri nurlu şəhidim, adın yaraşır dilə,Boş yerə doğulmadın ocağına, nəsilə,Həkk olub şəhidliyin dilsiz başdaşa, Orxan,Silahına sarılıb getdin savaşa, Orxan.30.12.2020 ZƏFƏRMİZƏ ŞÜBHƏ ETMƏZəfərmizə şübhə etmə,İçdə, çöldə olan düşmən.Dilindəki sözlər boşdur,Nə deyirsən yalan düşmən.Ordumuz haqq davasında,Əyilməzlik havasında,Gəzmə özgə yuvasında,Gəzdin oldun talan düşmən.Bu torpağa sən gəlmə-yad,Çıxarmısan yalançı ad,Yurdlarımız olub azad,Yolun üstə dalan düşmən.Heç vaxt olmub yurdun-yuvan,Başdan getmir hiylə havan,Əsgərimiz tutdu divan,Ayaq altda qalan düşmən.Qazi-Şəhid uğurudu,Haqqın yolu doğurudu,Sənin adın oğurudu,Olacaqsan nalan düşmən.Zəfərimiz səs dünyaya,Qalib olduq düşdün vaya,Hər işğalçı qəsd dünyaya,Leş-leş oldu balan düşmən.06.12.2020Şirinxanım Kərimbəyli ŞADİMANZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.