Şəhidliyin ünvanı Əbədiyyətdir ŞƏHİDLƏRİMİZ, Qarabağ 17 декабря 2020 534 Filologiya elmləri doktoru,professor Mərziyyə Nəcəfova (Səlahəddin)Şəhidlər-qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdırlar. Zaman-zaman xalqımız müharibələr, ixtişaşlar, faciələr yaşayıb. Hər zaman da bu çətinliklərdən, faciələrdən bizi öz canı,qanı bahasına qurtaran , mərd igidlərimiz olub. Onlar qəhrəmanlıq rütbəsinə, ölməzlik zirvəsinə yüksəliblər. Qarabağ torpaqlarının illərlə düşmən tapdağında qalması bizim üçün çox utancverici idi. Qürurumuz qırılır, ruhumuz öləziyirdi. Bu gün canını Vətənin azadlığı və bütövlüyü uğrunda qurban verən Şəhidlərimiz al qanları ilə qəlbimizi fəxarət hissi ilə döyündürdülər. Bizim başımızı ucadan uca etdilər, keşkə qan tökülməsəydi, keşkə dünyada müharibə sözü lüğətlərdən silinsəydi, ifadəsin analarımız dillərindən düşürməsələrdə nə yazzıq ki, qansız, qurbansız Azdlıq olmur. ”Torpaq üzərində ölən varsa Vətəndir” Torpaqlarımızın azdlığı, bütövlüyü uğrunda canından keçən şəhidləimizdən biri də Beyləqan rayonu, ikinci Şahsevən kəndində dünyaya göz açan, 21 yaşlı şəhidimiz Teymurov Mansur Elnur oğludur. Mansur haqqında yazmaq, onun igidliyindən bəhs etmək mənim üçün şərəfdi. Amma, necə məlumat əldə edim- deyə düşündüm. Telefon etməyə ürəyim gəlmirdi. Birdən telefona atası çıxar- Şəhid atası. Şəhid atası ilə oğlu haqqında danışmaq məni yandırıb, yaxar. Yaralı yerimdi. Şəhid atası ifadəsini belə işlədəndə gözlərimin yaşı içimə ələnir. Hər dəfə bu ifadədən qəlbim parça-parça olur. Ağlıma gələn oldu, şəhid Mansurun atası Elnur telefona cavab verdi. Güclə başsağlığı verdim, qəhərdən səsim qırıldı. Xəttin o tərəfində həm oğlu ilə qürur duyan, həm də Mansur deyəndə qəddi ikiqat olub, ürəyi cadar verən bir ata vardı. Mən onu görür, mən onu duyurdum və mən onunla 21 yaşlı şəhid Mansur haqqında heç nə soruşacaq gücündə deyildim. İstəyimlə o ailənin elə qardaşı qədər-cəsur, məğrur qızı, özü demiş. ”Şəhid Mansurun bacısı” ilə telefonla danışdım. Qəhər dolu səsi məni də kövrəltdi. Bu qəhər, qüssə dolu səsdə bir qürur, fəxarət da var idi.“Teymurov Mansur Elnur oğlu 1999-cu il iyun tarixində Beyləqan rayonunun 2 Şahseən kəndində dünyaya göz açıb. Mansur kəndlərində qəhrəman Dayandur Əliyevin adını daşıyan orta məktəbdə təhsil alıb. Ailədə böyük oğlan olub, baxmayaraq bacısı ondan böyük olsa da, evdə onun sözü keçib, bir oğul övladı kimi atasının arxası, dayağı olub. Kəntdə hər kəs onun həm evdə, həm də dost-yoldaş arasında hörmət, sevgi qazanmasından ağız dolusu danışır. Müəllimləri Mansuru ən numunəvi və, tərbiyyəli şagird kimi sevir, qiymətləndirirdilər. Orta məktəb illərindən sonra Mansur 18 yaşında Vətənə borcunu vermək üçün ordu sıralarına yollanır. Azərbaycanın gözəl şəhərlərindən birinə - Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini hünərlə yerinə yetirən igid oğlumuz Mansur Günnüt əməliyyatında iştirak edib və Müdafiə naziri tərəfindən şəxsən mükafatlandırılıb. Mansur Elnur oğlunun Vətən sevgisi onu hər zaman hərbi hissələrə, cəbhə bölğələrinə çəkirdi. O, 2019-cu ildə doğma rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində müddətdən artıq xidmət edən Hərbi Qulluqçu kimi işə başlamışdı. Vətənimizin igid oğlu Mansur hər zaman işqal altında olan torpaqlarımızın azad olması arzusu ilə yaşayırdı. Sentyabrın 27-dən etibarən 2-ci Qarabağ müharibəsində hünərlə iştirak edən Mansur hərbi tibbi yardım maşını ilə ən ağır nöqtələrdən yaralı əsgər və zabitlərimizi xəstəxanalara çatdırırdı. Eyni zamanda yaralı əsgərlərimizi döyüş meydanından bəzən döyüşərək çıxarmağa nail olurdu. Döyüşdə olduğu üçün valideyinləri Mansurdan narahat olurdular, lakin Mansur ailəsi ilə telefonda danışdığı zaman yüksək əhval-ruhiyyə ilə söhbət edər , hətta zarafatından belə qalmazdı. Yeri gəlmişkən Mansur, çox şən, mehriban, gülərüz və zarafatcıl biri idi. Bütün kənd onun mehribançılığından danışardı. Mansurun da bütün qəhrəman dostları kimi böyük arzu və istəkləri vardı. Ən əvvəl torpaqlarımızı azad etmək və... Mansurun sonrakı arzusu sevdiyi qızla qurduğu xəyalların həyata keçməsi idi. Lakin şəhidimiz digər gənc dostları kimi bu arzusunu həyata keçirə bilmədi. Anasına, bacısına verdiyi sirri Mansurumuz özü ilə cənnətə apardı. Çiçək açmayan sevgisi ana-bacı ürəyində bir ağrıya döndü. Mansur 18 oktyabr Xocavənd rayonunda gedən ağır döyüşlərdə sinəsindən aldığı güllə yarası ilə ən müqəddəs zirvə olan Şəhidlik zirvəsinə ucaldı. Şəhid Mansur minlərcə Azərbaycanın qəhrəman oğlu kimi onu sevənlərin gözlərin yaşlı qoydu. Bəlkə də sevdiyi qıza belə sevgi etirafı edə bilmədi. Amma, sevginin ən alisini, ən müqədəsini səsi gəldikcə, gücü yetdikcə Vətəninə etiraf etdi. Sevdiyi gözəl qoy Mansuruna qırılmasın, qoy ondan inciməsin, belə bir igid oğlanın ürəyində yuva salmış sevgisi ilə fəxr etsin, qürur duysun. Qəhrəman Mansurun dəfn günü bütün Şahsevən kəndi onun ziyarətinə yığışmışdı. Hər kəs Mansurun ölümünə üzülsə də bir tərəfdən də gözləri önündə böyümüş bu igidlə fəxr edirdilər. Onun mehribançılığından danışır, göz yaşlarını tut bilmirdilər. Dəfndə iştirak edən cəbhə dostları Mansurun qorxmazlığından, hünərindən ağız dolusu danışırdılar. Hamıyla ünsiyyət qura bilən, səmimimiyyəti ilə yadda qalan, qohum-qardaş ürəyində taxt quran Mansur ölümü ilə hər kəsə ağır zərbə vurdu. Anasına hədsiz bağlı olan bu yaraşıqlı oğul ananın toy edib, bir gün evinə gəlin gətirəcəyi arzusunu gözündə qoydu. Nə etməli, görünür yüzlərcə şəhidlərimiz kimi Mənsur da Anamız Vətəni azad etmək arzusun Yeganə ananın arzusundan daha üstün tutu. Mansurdan ata-anasına dəcəl nəvələr deyil, qəhrəmanın nəşin bəzəyən, şəhidlərimizin al qanından yaranan Azərbaycan bayrağı qaldı. Və birdə Mansurdan yadigar qalan onun gözlər önündən getməyən gülər üzü və səmimi zarafatları oldu. Mansurun ailəsi onunla fəxr edir, bu acının nə qədər dözülməz olduğuna baxmayaraq oğullarının qəhrəmancasına vətən torpaqları naminə şəhid olduğu ilə qürur duyurlar.Uğrunda şəhid olduğu torpaqlar artıq düşmən tapdağı altında deyil, Mansurun və minlərcə şəhidlərimizin ruhu şaddır. Şəhidlərimiz gözəl bilirdilər ki, onlar öz qanları ilə tarix yazırlar, əsirlər ötəcək, gələcək nəsillər Mansurlarımızın qəhramanlığını unutmayacaq, şəhidlərimizin qəlbimizdə kök saldıqları sevgini –Vətən sevgisini qoruyub gələcəyimizə ərmağan edəcəklər. Biz tarixə yazılan günləri şəhidlərimizin sayəsində əldə etdik.2020 –ci il tariximizin qanla yazılıb zəfərlə yaddaşlara köçdüyü il, 30 –illik həsrətin vüsal ili və bu iftixar, qürur ilimizi bizə yaşadan şəhidlərimiz, Ali Baş komandanımız və döyüşçü zabit heyyəti oldu. Və bu qürurverici tariximizə minlərcə şəhid imzasın ataraq əbədiyyətə qovuşdu. Və əbədiyyətə qovuşan imzalar içərisində bizim elin -Şahsevən elinin qəhrəman balası Mansur Elnur oğlunun da imzası yaşayacaq, unudulmayacaq, tarixin şanlı səhifələrində qırmızı xəttlə qalacaq. Əbədiyyətə qovuşan ömür hər kəsə nəsib olmur, ancaq bu şərəf Mansura qismət oldu, o əbədiyyətə qovuşdu. Mənsur kimi minlərcə oğul yetişdirib Vətənimizə qurban verən analara, o anaların simasında Mansur kimi qeyrətli, cəsur, mərd bir oğul yetişdirən Yeğanə anaya əsgərlərimizin dilindən yazdığım misraları bölüşmək istəyirəm.Bu zəfər günlərində,Qara yaylıq bağlama.Ana, qurbanın olum,Oğul deyib ağlama.Şəhidlərin qanını,Biz hünərlə alırıq.Bu gün zəfər günüdü,Biz qələbə çalırıq.Bu gün ayağa qalxıb,Şanlı-şərəfli ordum,İgidlərin gücüylə,Azad olubdur yurdum.Azad olan hər qarış torpaqlarımızdan minlərcə Şəhid ürəyinin sevgi döyününtüləri duyulur. Ruhu azad olmuş torpaqlarımızda yaşayan Şəhidliyimiz ölməzdir!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.