Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz"

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz" Mərkəzi Neftçilər
Xəstəxanasının
Ürək-damar cərrahiyyəsi
şöbəsinin müdiri,
ürək-damar cərrahı,
millət vəkili
Rəşad Mahmudov
barəsində yazılan
ittihamlara
münasibət bildirib.


Həkim report-a açıqlamasında qeyd edib ki, bu, bir jurnalistin, sadəcə, öz təxəyyülündə yaratdığı ssenaridir.

"Ən azından həmin şəxs məsələni dəqiqləşdirmək üçün mənimlə əlaqə yarada bilərdi. Kaş ki, uşağa kömək etməyin yolları olardı. Bunu həmin uşağın ailəsinə də tibbi şəkildə izah etmişəm", - deyə cərrah bildirib.

Onun sözlərinə görə, yazılan məlumat yalnız bir hissəyə qədər doğrudur:

"Xəstənin əməliyyat olunması üçün uzun müddət mübarizə aparırdıq. Normalda uşağın ürəyində 14-ə yaxın fərqli qüsur var. Qüsurlarla əlaqədar konsiliumlar keçirilib. Əməliyyata çox yüksək risk və kiçik ümidlə hazırlaşmışdıq. Ancaq müayinələr zamanı daha bir xəstəlik ortaya çıxdı. Bunun nəticəsində xəstənin gələcək həyatı üçün 1 faiz də olsa belə, ümidin olmadığını gördüm. Bu da ailəyə ətraflı şəkildə izah olunub. Hətta ailənin xoş olmayan istəkləri də olub. Belə ki, ailə mənə uşağın əziyyət çəkməməsi üçün iynənin vurulmasını təklif edib. Mən isə onlara bunun həm Azərbaycan qanunvericiliyinə, həm də mənim öz etik qayda-qanunlarıma zidd olduğunu dedim. Buna heç mənim vicdanım yol verməz".

Həkim uşağın uzun müddət yaşaya biləcəyini də ehtimal edir:

"Uşağın səhhəti ilə bağlı ailəyə təklif etmişəm ki, o, evdə bəlkə oksigen qoşularaq uzun müddət yaşaya bilər. Yəni, uşağı bu gün əməliyyata salmaq, onun həyatını tamamilə itirməsi deməkdir. Çünki mən inanmadığım yola girə bilmərəm. Xəstə gələcəkdə bizim ürək əməliyyatları olunmadığı zaman pediatriya institutlarının birinə köçürülmə ilə və yaxud evdə oksigen müalicəsi alaraq uzun müddət yaşaya bilər", - deyə həkim əlavə edib.

Uşağın hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunduğunu deyən R.Mahmudov qeyd edib ki, bu gün uşağın müalicəsi üçün heç bir ümid yoxdur, yəni reallıq budur.
Həkim bildirib ki, uşağın müayinəsinin nəticələrini hətta dünyanın tanınmış xəstəxanalarının ekspertlərinə göndərərək onların da bu barədə rəylərini öyrənib.

"Əvvəl uşaqda 12 qüsur görmüşdük, ancaq ikisi də əlavə çıxdı. Ona görə də xəstənin əməliyyatdan sağ çıxması, demək olar ki, mümkünsüzdür. Hətta çox kiçik şans olsa belə, bir sonrakı əməliyyatlar üçün yolları bağlıdır. Çünki biz əvvəlcə mərhələli əməliyyatlar planlaşdırmışdıq. Uşaq hələ xəstəxanadadır. Uşağın yatdığı şöbə Cərrahiyyə şöbəsi olduğundan belə xəstələri uzun zaman saxlamaq imkanımız da olmur. Yəni, onun Kardiologiya şöbəsinə keçməsi lazımdır", - deyə cərrah qeyd edib.

Həkim hesabına müəyyən məbləğdə pul köçürülməsi məsələsinə də aydınlıq gətirib:

"Mərkəzi Neftçilər Xəstəxanası Nazirlər Kabineti tərəfindən qəbul olunan pul ödəmə üzərinə qurulmuş xəstəxanadır. Bunu da hər kəs bilir. İstənilən əməliyyat dövlət hesabına olunduğu zaman, əməliyyatdan bəlli müddət keçdikdən və xəstənin epikrizini həmin qurumlara göndərdikdən sonra ödəmələr olur. Yəni, yazıda reallığa uyğun olmayan söhbətlər yer alıb.

Sonda onu da qeyd edim ki, bir jurnalistin bir şeyi araşdırmadan bu barədə nəsə yazması düzgün deyil. Hələ də ki, həmin ailə jurnalistin qohumudursa, həmin şəxsin mənlə üz-üzə görüşmək şansı daha çox olardı. Ən azından üzümə baxaraq dediklərimdən sonra mənə desin ki, həqiqətən də, dünyanın ən mənfi xarakterli insanını tapmışam və bunu ictimailəşdirim".


Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz" Xatırladaq ki, daha öncə jurnalist Aytən İmanova yaxın qohumu İmanov Renat Mahir oğlunun ürək qüsuru ilə doğulduğunu və əməliyyata ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, uşağın müalicə olunması üçün 9 min manat həkimin hesabına yatırılsa da, Rəşad Mahmudov əməliyyatı etməkdən imtina edib.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Burun əməliyyatı haqqında hər şey

Burun əməliyyatı haqqında hər şey

Səhiyyə
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
Təbrik edirik, Rəşad həkim!..

Təbrik edirik, Rəşad həkim!..

Səhiyyə, Təbriklər
İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

Naxçıvan, Sağlamlıq, Səhiyyə, Avropa, Diaspora
Məhəbbətin və şəfqətin fövqündə

Məhəbbətin və şəfqətin fövqündə

Səhiyyə, Borçalı
ƏHMƏD HƏKİM

ƏHMƏD HƏKİM

Regionlar
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah

Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah

Naxçıvan, Səhiyyə, Dünya, Asiya, Diaspora
LEYLA  DOKTOR

LEYLA DOKTOR

Səhiyyə, "Şərqin səsi", Müsabiqə
Xeyirxah işin və şəfalı əllərin sahibi

Xeyirxah işin və şəfalı əllərin sahibi

Səhiyyə, "Şərqin səsi", Qarayazı
Rəşad QUVALOV:

Rəşad QUVALOV: "Əsil həkimlik Allah vergisidir..."

Səhiyyə, "Şərqin səsi", Bolus
ƏMİR BAYRAMOV (1937-2012)

ƏMİR BAYRAMOV (1937-2012)

Səhiyyə, Sağlamlıq, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
ELDƏNİZ YUSUBOV (1991)

ELDƏNİZ YUSUBOV (1991)

Səhiyyə, Sağlamlıq, Rusiya, Başkeçid
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Regionlar, Səhiyyə
Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Səhiyyə, "Şərqin səsi"
Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

YAP, Səhiyyə, Qərbi Azərbaycan
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

Səhiyyə, "Elm və Təhsil"
Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

AzTU
Rəy yazın: