SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..

SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..
KAMAL İSMAYIL OĞLU
ABDULLAYEV
"UROLOJİ MƏRKƏZ – KAMAL ABDULLAYEV KLİNİKASI" MMC-nin DİREKTORU,  TİBB ELMLƏRİ  DOKTORU,  PROFESSOR,  RESPUBLİKANIN “ƏMƏKDAR HƏKİMİ”, TRANSPLANTOLOQLAR ASSOSİASİYASININ SƏDRİ VƏ UROLOQLAR ASSOSİASİYASININ SƏDR MÜAVİNİ, AVROPA UROLOQLAR ASSOSİASİYASININ ÜZVÜ.  


Öz şəfalı əlləri ilə minlərlə ailələrə sevinc gətirmiş, Vətən və el üçün xeyirxah işlər görmüş Görkəmli uroloq- alim, tibb elmləri doktoru, professor, Respublikanın əməkdar həkimi, respublika Transpantoloqlar Assosiasiyasının sədri , Uroloqlar Cəmiyyətinin sədr müavini, Kamal İsmayıl oğlu Abdullayev hal-hazırda, ilk dəfə respublikada təşkil etdiyi “Uroloji Mərkəz Kamal Abdullayevin klinikası“ MMC-nin direktoru vəzifəsində çalışır.

  Abdullayev Kamal  İsmayıl oğlu - 1940-cı il oktyabr ayının 2-də Cəlilabad rayonunda qulluqçu ailəsində anadan olub. Nizami adına orta məktəbi bitirdikdən sonra 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu və 1964-cü ildə Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Cəlilabad rayonu Sabirabad kənd xəstəxanasında baş həkim vəzifəsindən başlamış, 1965-1972-ci ilə kimi cərrah vəzifəsində işləmişdir.
 1972-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Urologiya və operativ nefrologiya” kafedrasına aspiranturaya daxil olmuşdur. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu keçmiş sovetlər ittifaqında həkimlərin təkmilləşdirilməsi sahəsində öz xüsusi çəkisi olan bir elm ocağı idi. Urologiya kafedrası həmin institutun ən aparıcı kafedrasından idi.  Kamal müəllim, 1972-1989-cu illər ərzində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda assisent, dassent,professor vəzifələrində işləmişdir. Gənc alimin, bacarıqlı cərrah, pedaqoq və təşkilatçı kimi fəaliyyətləri olmuşdur. Onun apardığı təkmilləşmə kursalarında keçmiş ittifaqın çox şəhərlərindən gələn həkimlər öz bilik səviyyələrini artırmaqla yanaşı, bəziləri Kamal müəllimin pedaqoji fəaliyyətinin təsiri altında elmi iş götrmüş və nəticədə öz həyatlarını elmə bağlamış, urologiya elminin müxtəlif istiqamətləri üzrə müdafiə edərək alim adı almışlar.
 1973-cü ildə Respublikada ilk dəfə olaraq Respublika Klinik Uroloji Xəstəxananın nəznində uşaq uronefroloji şöbəsi yaradılmış və bu şöbəyə rəhbərlik K.Abdullayevə həvalə edilmişdir.
 1975-ci ildə “Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.
 O, uşaq uronefrologiyasının respublikada ilk yaradıcısı və təşkilatçısıdır. Respublikada ilk dəfə olaraq K. Abdullayevin  rəhbərliyi ilə  “Uşaq uroloji xəstəxanası” təşkil edilmiş və bu günə kimi bu işin inkişaf etdirilməsi üçün çox iş görülmüşdür.
  Kamal müəllim, “İki tərəfli meqaureterin cərrahiyyəsi” və “Hipospadiyanın cərrahiyyəsi” adlı iki elmi-tədris filminə rəhbərlik etmişdir. “İki tərəfli meqaureterin cərrahiyyəsi” filmi Moskvada XTNS-nin qızıl medalına layiq görülmüşdür.
  K.Abdullayev 1978-ci ildə Moskvada namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, hələ sovetlər ittifaqı vaxtı dəfələrlə Çexoslovakiyada, Yuqoslaviyada, Rusiyyanın mərkəzi şəhərlərində, Türkiyə, Macarıstan, Bolqarıstan və İran İslam Respublikasında konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
1989-cu ilin dekabr ayında K.Abullayev Bakı Baş Səhiyyə İdarəsinin müdürü vəzifəsinə seçilmişdir.
Professor Kamal Abdullayev 1990-cı ildə Azəraycanda ilk dəfə olaraq Respublika Uşaq Uroloji xəstəxanasının əsasını qoymuşdur. Sonralar klinika böyük inkişaf yolu keçərək, uroloji mərkəzə çevrilmişdir və təkcə uşaqlara yox, yaş həddindən asılı olmayaraq daha çox pasientə xidmət göstərməyə başlamışdır. İlk dəfə olaraq suveren respublikamızda, Kamal Abdullayevin başçılıq etdiyi bu klinikada 23 böyrək köçürmə əməliyyatı aparmışdır.
  Professor Kamal Abdullayev dəyərli ziyalı, vətənpərvər, ictimai xadim, ən başlıcası isə daxili dünyası mərhəmət duyğuları ilə zəngin olan nəcib bir insandır. Yeni Azərbaycan Partiyasının üzvü, Cəlilabad Xeyriyyə Cəmiyyətinin sədri olaraq müxtəlif ictimai tədbirlərdə fəal iştirak etməyi özünə mənəvi borc bilir. Kamal müəllim ictimaiyyətçidir.  O, 1993-cü ildə Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə bu klinikada ilk partiya təkilatını yaratmışdır.
Uzun müddət respublikanın baş uşaq uroloqu, 2004-2005-ci illərdə isə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur.
Professor Kamal Abdullayev, Respublika Transpantoloqlar Assosiyasının sədri, Respublika Uroloqlar Cəmiyyətinin sədr müavinidir, Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 2000-ci ildə  Kamal Abdullayevə Azərbaycan Respublikası prezidenti tərəfindən “Əməkdar Həkim” adı verilmişdir. Görkəmli alim indiyə kimi məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair  4 monoqrafiyanın və  200 dən çox elmi məqalənin, 14 səmərələşdirici təklifin müəllifi olmuşdur.

  SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..  Bacarıqlı təşkilatçı kimi tanınan K.Abdullayev nəinki vətəndə, eyni zamanda respublikamızdan çox-çox uzaqlarda da tanınır.

  Kamal Abdullayev, həkimlik təcrübəsində keçdiyi mürəkkəb, zəngin həyat yolu və tibb sahəsindəki görkəmli xidmətləri ilə seçilən bir şəxsiyyətdir.


Kamal həkimin şəfalı əllərinin bəhrəsini bizdə gördük. Ona görədə Kamal Həkim başda olmaqla aşağıdakı adları çəkilən həkimlərə, Səbinə Abdullayevaya, Aynur Abdullayevaya, Yusif Allahverdiyevə. Ruslan Hacıyeva, Nasir Mikayılova, Teymur Əkbərova, və Kamalə Tağıyevaya öz təşəkkürümü bildirərək,onlara uzun ömür,möhkəm can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirəm!!!.....
SAQ OLUN, VAR OLUN HƏKİMLƏR!!!...



ƏLLƏZ VƏLİYEV (ORMEŞƏNLİ)
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Şərqin səsi“ qəzetinin şöbə müdiri.


Şəkillərdə: AYB-nin üzvü Əlləz Vəliyev (Ormeşənli) Kamal Həkimlə birlikdə


SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..







Kamal həkim
həmkarları ilə birlikdə.
Şəkildə: Soldan -
Zaur Əhmədov,
Teymur Əkbərov,
Ruslan Hacıyev və
Yusif Allahverdiyev.





SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..








Həmin Uroloji mərkəzin həkimi Nasir Mikayılov.





ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kamal Abdulla  “Şöhrət” ordeni ilə  təltif edilmişdir

Kamal Abdulla “Şöhrət” ordeni ilə təltif edilmişdir

Rəsmi Xəbərlər, BSU, "Zirvə"
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

Nekroloqlar
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

Səhiyyə, Təbriklər
Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

"Zirvə", Təbriklər
Darvazlı FAZİL KAMAL oğlu MUSAYEV

Darvazlı FAZİL KAMAL oğlu MUSAYEV "TƏRƏQQİ" medalı ilə təltif olunub

Rəsmi Xəbərlər, Darvaz, Təbriklər
BSU-da Azərbaycan multikulturalizmini tədris və tədqiq edənlərlə görüş

BSU-da Azərbaycan multikulturalizmini tədris və tədqiq edənlərlə görüş

BSU
Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Səhiyyə, "Şərqin səsi"
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ

SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏM ...

Səhiyyə, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Rusiya
BƏHRUZ HÜSEYNOV (1953)

BƏHRUZ HÜSEYNOV (1953)

Borçalı, Təbriklər
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

"Zirvə"
Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, ...

Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, ...

Nekroloqlar
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
Tibb elmləri namizədi NAMAZ MUSAYEV  (1958-2017)

Tibb elmləri namizədi NAMAZ MUSAYEV (1958-2017)

Səhiyyə, Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: