Xeyirxah işin və şəfalı əllərin sahibi

"İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək böyük və xeyirxah işdir."

Heydər ƏLİYEV.



Xeyirxah işin və şəfalı əllərin sahibi Həkim!.. Bu müqəddəs peşə sahibləri xeyirxahlıq üçün yaranır, öz xoşbəxtliklərini də xeyirxah əməllərinə görə tapırlar. Həkim el arasında yüksək keyfiyyətlərinə görə tez tanınır, sevilir, seçilir. Ancaq onu fərqləndirən əsas keyfiyyət zəngin mənəviyyatdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş anestezioloq-reanimatoloqu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya-reanimasiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar həkimbi Aydın Vəli oğlu Qədirov həyatda millətini sağlam görmək istəyi ilə yaşayır və əhalinin sağlam gələcəyi naminə böyük səylə çalışır.

Aydın Qədirov - 1954-cü il yanvar ayının 1-də qədim Qarayazıda - indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı Kosalı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Doğma kəndində orta məktəbi qızıl medalla bitirib. Ömür-gün yoldaşı Vəli müəllimlə Kosalı kənd orta məktəbində çiyin-çiyinə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan Gülsənəm ana böyütdüyü 5 övladın arasında Aydını həkim kimi görmək istəyib. Əziz anasını diləyinə çatdırmaq şərəfinə nail olmaq məqsədilə 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə sənədlərini verib. Qəbul imtahanlarından üzüağ çıxaraq müalicə-profilaktika fakültəsinə qəbul olunub. Tələbəlik illərindən təbabət aləminin sirlərini dərindən öyrənməyə çalışan əlaçı tələbə təşkilatçılıq bacarığına görə fərqləndiyi üçün təlim-təhsil komissiyasının sədri seçilib. III kursda Zaqafqaziya Komsomol Məktəbini bitirib. Komsomol xətti ilə xarici ölkələrdə olub. Ali məktəbdə M.Topçubaşov, B.Ağayev və b. akademiklərdən, K.Balakişiyev, G.Hacıyev, N. Şəmsəddinskaya, A.Axundbəyli və b. kimi professorlardan dərs alaraq tibb elminin incəliklərini öyrənib. 1978-ci ildə 5 saylı Kliniki Xəstəxananın cərrahiyyə şöbəsində internatura keçib. Azərbaycan Dövlət Tibb Universitetinin Tələbə Elmi cəmiyyətində elmi çıxışları yüksək dəyərləndirilib və onun nəzəri kafedrada saxlanılması təklifi irəli sürülüb. Lakin[A.Qədirov xəstələrə birbaşa xidmət etmək arzusuna görə təklifdən imtina edib. 1979-cu ildə Bakı şəhəri 6 saylı Doğum Evində anestezioloq-reanimatoloq işləyib. Qısa müddət ərzində dərin savadı ilə böyük nüfuz qazanıb. 1980-ci ildə təşkilatçılıq bacarığı nəzərə alınaraq Doğum Evinin Həmkarlar İttifaqı Komitəsinin sədri, 1982-1983-cü illərdə Oktyabr rayon Plenumunun üzvü seçilib. Ürək cərrahiyyəsi ilə maraqlanan Aydın həkim professor Zərgərlinin məsləhəti ilə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Elmi cərrahiyyə Mərkəzində Kliniki ordinaturada təhsilini davam etdirib. SSRİ Baş anestezioloqunun yanında çalışmaqla tibb sahəsində biliyini, təcrübəsini artırıb, tibb elminin yeniliklərini öyrənib. 1986-cı ildə savadlı həkim Elmi cərrahiyyə Mərkəzində aspiranturanın qiyabi şöbəsinə təklif alıb, lakin o, bu təklifdən imtina edərək Vətənə qayıdıb. 1986-cı ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında anestezioloq-reanimatoloq kimi çalışır. 1989-1994-cü illər ərzində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə könüllü həkim kimi iştirak etməsi, mənfur düşmənlərimizin gülləsindən yaralanan yüzlərlə əsgərimizin ağır, çətin dəqiqələrdə həyatını xilas etməsi vətənpərvərliyini, qorxmazlığını, Vətən qarşısında övladlıq borcunu yerinə yetirməyə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda ölümə hazır olduğundan bir daha xəbər verir. Minlərlə insanın həyatını xilas edən peşəkar anestezioloq-reanimatoloq Tibbi Sanitar Aviasiyasının xətti ilə rayonlarımızda ağır xəstələrə tibbi yardımlar göstərib. Ulu öndər Heydər Əliyevin səyi ilə Atəşkəsə nail olunduqdan sonra Aydın Qədirov savadı və bacarığı, elmi tərəqqidəki fədakar fəaliyyəti nəzərə alınaraq 1994-cü ildə Respublika Klinik Xəstəxanasının anesteziologiya-reanimasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1997-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun anesteziologiya reanimasiya kafedrasında işə dəvət olunub. 1997-ci ildə elmi işini ugurla müdafiə edərək alimlik dərəcəsi adını alıb. Hazırda həmin kafedranın dosentidir, tibb elmləri üzrə fəlsəfə doktorudur. 60 elmi məqalənin, 2 elmi ixtiranın, 3 səmərələşdirici təklifin müəllifidir. Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin Baş anestezioloq-reanimatoloqu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının, Sertifikasiya Komissiyasının üzvüdür. Səhiyyə üzrə dövlət proqramlarının layihələrinin hazırlanması və həyata keçirilməsində böyük əməyi var. 35 ilə yaxındır ki, insanların sağlamlığı keşiyində gecə-gündüz yorulmadn ayıq-sayıq dayanır. Aydın Qədirov 2011-ci ildə Tibb İşçiləri Günü münasibəti ilə Azərbaycan Respublikası Səhiyyəsinin inkişafındakı roluna görə "Əməkdar həkim" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Səhiyyə Nazirinin, Bakı Səhiyyə İdarəsinin Fəxri Fərmanı ilə təltif edilib. İndiyədək layiq görüldüyü yüksək adlar, saysız-hesabsız təltiflər xəstələrə yeni sağlam ömür bəxş edən Aydın həkimin səhiyyə sistemindəki əvəzsiz zəhmətinin bəhrəsidir.

Tibb elmləri üzrə fəlsəfə doktoru Aydın Qədirov bildirir ki, hər bir insan öz sağlamlığının qayğısına qalmalı, normal həyat tərzi yaşamalı, düzgün qidalanmalıdır. Əhalinin tibbi savadı mütləqdir. Çünki bəzi xəstələr həkimə müraciət etdikdə şikayəti barədə düzgün açıqlama verə bilmir və ya xəstəliyin ağır, gecikmiş formasında xəstəxanaya daxil olurlar. Məhz, xəstənin səhlənkarlığı ucbatından aparılan cərrahiyyə əməliyyatları, müalicələr uğursuz ola bilər. Bu, əhalinin tibbi sahədə maarifləndirilməsinin vacibliyini göstərir.

O xəstələrə tövsiyə edir ki, həkimlərə inamla yanaşsınlar. Çünki insanlar Allah-Təaladan itirilmiş sağlamlıqlarını bərpa etmək üçün həkimlərə etibar edirlər. İnsan həyatını hər şeydən üstün tutan, dəyərləndirən həkimin xəstəyə diqqətlə yanaşması, xoş rəftarı xəstə ilə münasibətinin səmimiliyini bildirir.
A.Qədirov xəstələr arasında anaların və hamilə qadınların sağlamlığını xüsusi olaraq diqqət mərkəzində saxlayır. "Sağlam qadın və normal hamiləlik xoşbəxt ailənin, sağlam nəslin və güclü dövlətin əsasıdır" devizi Aydın həkimin həyat prinsipinə çevrilib. Onun ən böyük mükafatı ağır cərrahiyyə əməliyyatı zamanı hər bir ananı ölüm pəncəsindən qurtara bilməsidir. Uğurla nəticələnən əməliyyatlar ilk növbədə həkimə böyük sevinc gətirir. Bəzi hallarda ailə münasibətlərindən cərrahiyyə əməliyyatı stoluna bir addım qalır, söyləyən həkim, öz anasının simasında bütün anaların müqəddəsliyini əziz tutur və onların fiziki və mənəvi sağlamlığının gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edir. Ailə münasibətlərindən doğan münaqişələr, zorakılıq ana olmağa hazırlaşan hər bir qadının hamiləliyinə mənfi təsir göstərir və bu ağır nəticələr verə bilər. Belə geniş mövzu üzərində işləyən zəngin təcrübəyə malik Aydın həkim tibbi kitablarını çapa hazırlayır.

Tibb elminin tərəqqisində xidmətləri ilə töhfələrini verən A.Qədirov bildirir ki, son zamanlar müxtəlif səbəblərdən yaranan xəstəliklərlə bağlı tibb aləmində araşdırmalar aparılır, yeni müalicə üsulları təyin edilir. Lakin gündəmdə duran problemlər də var. İlk növbədə həkimlərin peşə hazırlığı dünya səviyyəsində aparılmalıdır. Ölkəmizdə səhiyyə sistemi üzrə kadr potensialı reallaşmalıdır. Dinamika inkişaf etdikcə həkimlərimiz təbabət aləminin dərinliklərini öyrənməli, tibbi biliklərini artırmalı, təkmilləşdirmə kursları keçməlidirlər.
Aydın həkim yüksək tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraitin yaradıldığını alqışlayır. Son illər şəhər və rayonlarımızda dünya standartlarına uyğun, maddi-texniki bazası müasir tələblərə cavab verən yeni xəstəxanaların, klinikaların tikilməsini, son nəsil tibbi avadanlıqlarla təchizatını möhtərəm Prezident İlham Əliyevin və Səhiyyə Naziri hörmətli Oqtay Şirəliyein xalqımızın sağlam gələcəyi naminə səhiyyə sahəsinə yönəltdiyi böyük diqqət və qayğısından irəli gəldiyini qeyd edir.
Aydın Qədirovun respublikamızda anesteziologiya-reanimasiya sahəsinin yenidən qurulması və təşkilində, kadr potensialının inkişafında və peşəkarlığın artırılmasında Baş mütəxəssis kimi xidmətləri böyükdür. Onun yetirşdirdiyi tələbələr respublikamızın müxtəlif xəstəxanalarında aparıcı mütəxəssis və şöbə müdirləridirlər.
Səhiyyə Nazirliyinin Baş anestezioloq-reanimatoloqu, Əməkdar həkim Aydın Qədirov qazanılan hər bir uğurdan xəstəxananın həkimlərinin və tibb işçilərinin də payına düşdüyünü vurğulayır. Səhiyyə sistemində əməyini yüksək dəyərləndirən insanların hər birinə dərin təşəkkürünü bildirir.
İşinə məsuliyyətlə yanaşan Aydın həkimin saçları arasındakı ağ dənlər onun cərrahiyyə əməliyyatları və ağır xəstələrin müalicəsi zamanı keçirdiyi həyəcanlı dəqiqələrinin nişanəsidir. Xəstələrin ağrısını, acısını özününkü bilib əlindən gələni əsirgəməyən təcrübəli həkim Vətəninə, torpağına qəlbən bağlı insandır.
Gözəl ailə başçısı Aydın həkimin ömür-gün yoldaşı Zita xanım Səhiyyə Nazirliyinin 1 ?-li Körpələr Evinin həkim-pediatrıdır. cəmiyyətə bəxş etdikləri 3 qız övladı aldıqları təhsillə Vətənə layiq olmağa, xidmət etməyə çalışır. Vəfa Azərbaycan Dillər İnstitutunun bakalavr və magistr pilləsini qırmızı diplomla bitirib, Aynur Tibb Universitetini qırmızı diplomla bitirərək Gəncədəki 1 N-li uşaq xəstəxanasında cərrah işləyir. Aytən Azərbaycan Universitetinin IV kurs tələbəsidir.
Aydın həkim xəstələrinin, həmçinin onların yaxınlarının təşəkkürünü, rəğbətini özünə uzun illərin, mənalı ömrünün ən böyük sərvəti sayır.

Elmi axtarışlarını mütəmadi davam etdirən, mənəvi borcunu layiqincə yerinə yetirən, xeyirxah işin və şəfalı əllərin sahibi, Əməkdar həkim Aydın Qədirova uğurlar arzulayırıq.

Yusif SƏFƏROV,
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının
anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin müdiri;


Müşfiq BORÇALI, Rəna İMANOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvləri.

"Şərqin səsi" qəzeti, Oktyabr, 2011.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Səhiyyə, "Şərqin səsi"
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
Təşəkkür və minnətdarlıq

Təşəkkür və minnətdarlıq

Səhiyyə
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ

Sağlamlıq, Səhiyyə
=  = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın  baş həkimi İsa İslam oğlu Məm ...

= = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın baş həkimi İsa İslam oğlu Məm ...

Səhiyyə
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..

SAĞ OL! VAR OL! KAMAL HƏKİM !..

Səhiyyə
ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

Səhiyyə, Təbriklər
Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Səhiyyə, Zalqa, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

Səhiyyə, Bolus, Darvaz, Təbriklər
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
* * * HÖRMƏTLİ EDİLYA XANIM,

* * * HÖRMƏTLİ EDİLYA XANIM, "ƏMƏKDAR HƏKİM" FƏXRİ ADINIZ MÜBARƏK!.. * * ...

Səhiyyə, Təbriklər
GÖZLƏRƏ NUR VERƏN HƏKİM

GÖZLƏRƏ NUR VERƏN HƏKİM

Regionlar, Səhiyyə
UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

Səhiyyə, Darvaz
SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ

SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏM ...

Səhiyyə, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Rusiya
Rəy yazın: