SAHİBƏ YUSİF (1986) "NUR OCAĞI", Sumqayıt, Poeziya 23 марта 2024 2226 80 1 2 3 4 5 Sahibə Yusif (Mürsəliyeva Sahibə Fikrət qızı) - 1986-cı il oktyabrın 18-də Şabran rayonunda sadə və zəhmətkeş bir ailədə anadan olub. Orta təhsilini Şabranda alıb, ömrünün uşaqlıq və gənclik illərini bu doğma diyarda keçirib.İlk şeirini 13 yaşında ikən dünyadan vaxtsız köçmüş bacısına həsr edib. Bu vaxtsız ayrılıq onun ürəyində dərin iz buraxıb. Bundan sonra duyğularını davamlı olaraq misralara köçürüb. Bacısının ölümündən təsirlənərək yazdığı həmin ilk şeiri Şabranda çap olunan rayon qəzetində işıqüzü görüb. Sonradan onun şeirləri bir çox qəzet və jurnallarda, almanaxlarda və ədəbi məcmuələrdə, o cümlədən, "Nur ocağı" antologiya kitabının 1-ci və 2-ci cildlərində, “Şah dağı” ədəbi məcmuəsində, "Bütöv Azərbaycan" qəzetində, "Turkay" aylıq ədəbiyyat dərgisində dərc olunub.Sahibə xanım gənc olmasına baxmayaraq, duyğu və düşüncələrini çox dolğun ifadə edən, özünəməxsus yaradıcı fikirlərə malik istedadlı xanımdır. “Nur ocağı” ədəbi-bədii məclisinin üzvüdür. Hazırda Sumqayıt şəhərində yaşayır. Ailəlidir, üç övladı var.Biz də Sahibə xanıma yaradıcılığında bol-bol uğurlar arzulayır, aşağıda onun misralara hopmuş duyğu dünyasının müəyyən məqamlarını əks etdirən bir neçə şeirini geniş oxucu kütləsinə təqdim edirik.Ramilə ƏLİYEVA,ZiM.Az FİLMİMİN QƏHRƏMANIMəhəbbətin qəlbimdən budaq-budaq söz dərir,Bir qığılcım gülüşə ümidlərim közərir.Sevincin muncuq olub, yanağımdan süzülür,Kəpənək xəyallarım fəzalara düzülür.Kədərin nəhəngliyi yox olur gözlərində,Min təsəlli tapıram bəzəkli sözlərində.Məzaradək yolumdur sənin ayaq izlərin,Ovucumda dualar, ürəyimdə hislərim.Mən sahilsiz bir ümman, sən eşqi dərin dərya,Sənə çata bilməkçün baş vururam yüz yola.Göz yummağa qoymursan, asılıb kipriyimdən,Əl çəkmirsən o yazıq, o məsum təkliyimdən.Yuxusuz gecələrin daimi sakinisən,Təkcə sənsən ruhuma həzin rüzgar tək əsən.Sən görünməz ağ duman, sən üfüqdə nur seli,Gecə gələn xəyalın, sabahıma təsəlli.Ürəyimin ən kövrək, ən incə sarı simi,Ona toxunan zaman sındırırsan tilsimi.Bilirəm asan deyil, mənə görə dəyişmək,Röyalara yox deyib, həqiqətdə görüşmək.Ən odlu hisslər belə, nə vaxtsa sönə bilər,Ayrılıqlar yaşayan, adamlar ölə bilər.Bəzən də, nağıllara inanmaq yaşamaqdır.Film kimi düşünüb, içində daşımaqdır.Elə yuxular var ki, gerçək olur əzizim,Sevgi məzarlar üstə çiçək olur əzizim.Nə olsa bir xeyir var, olan, keçən hər işdə,İşıq dolu sabahda, ümid adlı vərdişdə.İnsan iradəsiylə, həsrətə dözməlidir,Qarşılıqlıqsız sevgidən əlini üzməlidir.Daha əvvəlki kimi gözləmirəm o anı,Sən ,ey xəyal qurduğum, filmimin qəhrəmanı.KÜSMƏ QADASIGəl, götür qığılcım, od, ürəyimdən,Alış alovumdan, od ürəyimdənRazıyam, dadırsan dad, ürəyimdən,Ancaq salamını kəsmə, qadası,Küsmə, qurban olum, küsmə, qadası.Mən yazıq nə bilim məhəbbət budur,Gözümdən tökdüyüm müqəddəs sudur.Gəl elçi daşımın üstündə otur,Amma yollarımda əsmə, qadası,Küsmə, qurban olum, küsmə, qadasıHəsrətin saçıma bəyazlar əkir,Hicranın köksümə qanlı yaş tökür,Xəyalım hər gecə şəklini çəkir,Dikilib qalmışam rəsmə, qadası.Küsmə, qurban olum, küsmə, qadası. DÜŞMÜSƏN ÖLÜMÜN MƏNGƏNƏSİNƏÖzgə qapılardan baxıb dünyama,Yorğun baxışlarla gülümsünürəm.Bu qərib şəhərdə keçən hər ana,Neçə kaşkilərlə köks ötürürəm.Əlimdə illərin kiri, torpağı..Ömrüm ətəyimlə yerlə sürünür.Anamdan qeyrisi,ondan savayı,Ən yaxın olan da uzaq görünür.Sən demə insanın özündən öncəHəyata, marağı, eşqi ölürmüş.Çıxıb yaddaşlardan o incə-incə,Heykələ dönürmüş, daşa dönürmüş.Zaman qum saatı durmaz bircə an,Baxıb mat qalırsan təntənəsinə.Özündə bilmirsən harda, nə zaman,Düşmüsən ölümün məngənəsinə.GƏL SUSAQXatirələr dünənlərə yol olar,Ümidlərim bu yollarda yorular,Sağalmayır ürəkdəki yaralar,Nə vaxtadək xoşbəxtliyi biz pusaq,Nə sən soruş, nə mən deyim, gəl susaq!Kök salmasa qəlbdə ümid ağacı,Arzuların puç olması çox acı,Kimə deyək, kim eyləyər əlacı?Yaxşısı bu səbrimizdən daş asaq,Nə sən soruş, nə mən deyim, gəl susaq!Ümid məndən bir içimlik su dilər,Sözüm bitib, nə güc qalıb, nə hünər,Hara getdi, necə keçdi bu illər,Kimə lazım bu qalmaqal, bu yasaq?Nə sən soruş, nə mən deyim, gəl susaq!Xəyal qurub çox yoruldum açığı,Xoşbəxtliyin gəldi məndən acığı,Bəxtimizdən bu ləkəni, palçığı,Yox olarmı gözyaşında biz yusaq?Nə sən soruş, nə mən deyim, gəl susaq!TƏŞƏKKÜR EDİRƏM, ÖMÜR YOLDAŞIMÖmrünün yazını bəxş edib mənə,Ömrünün qışından uzaq saxladın.Ürəyim düşəndə qüssəyə-qəmə,Dərdə sinə gərdin,dərdi tapdadın.Qabarlı əllərin saçımda gəzdi,Hicran daşımadım, qəm daşımadımBəlkə də yorğunluq ruhunu əzdi,Mənə yaşatmadın,mən yaşamadım.Cənnəti gətirdin hər gün evinə,Cəhənnəm oduna sən sipər çəkdin.İstədin hər zaman qəlbim sevinə,Könlundən, könlümə çiçəklər əkdin.Sən məndən sevgini əsirgəmədin,Qoymadın həsədi tapım,dostlaşım.Gözümdən gözünü əskik etmədin,Təşəkkür edirəm, ömür yoldaşım.BİLİRSƏNMİ, ƏSİL MƏHƏBBƏT NƏDİR?Bilirsənmi, əsil məhəbbət nədir?Heç israr etmədən geri çəkilmək.Bəzən uzaqlardan dayanıb baxmaq,Bəzənsə önünə keçib dikilmək.Bilirsənmi, əsil məhəbbət nədir?Bir dərviş misalı çöllərə düşmək.Cənnətdən könüllü imtina edib,Cəhənnəm odunda eşq ilə bişmək.Bilirsənmi,əsil məhəbbət nədir?Onu bir ömürlük daşıya bilmək.Milyon sevgiləri görməzdən gəlib,Keşiş yanlızlığı yaşaya bilmək.Nə yazıq təslimmiş insan nəfsinə,Məğlubmuş yasağa göz yummağına.Güclü görünsə də aciz qalırmış,Özünün özünə uduzmağına. DÜŞÜNCƏLƏRİMBir acı həqiqətin,Alovunda yanıram.Bu dünyanı TanrınınCəhənnəmi sanıram.Ömür qurtarır ...amma,Bitmir yerin naləsi.Zaman qəh-qəhə çəkir,Əlində piyaləsi.Uçmaq istəyənlərin,Qanadı tez qırılır.Tanrının oyunundan,Yavaş-yavaş yorulur.Yeri, göyü, səmanıÖzün yaratmadın ki?Qəflətdə yatanları,Niyə oyatmadın ki...Sən iblislə, insanıTəkbaşına buraxdın.Belə edəcəkdinsə,Bizi niyə yaratdın?Hardadır bu zamanın,Xilaskarı hardadır?Necə-neçə məzlumunGözü hələ yoldadır...Bəlkə, deyirsən dünyaSınaqdı... sınayıram.Məzəmmət eləyirəmSonra da qınayıram.Nə deyim hikmətinə,Hər şey öz hökmündədir.Amma bir gün en yerəGör dünya nə gündədir.Bu əgər üsyandırsa,Qaldır üstümə daş at.Belə ömrü neynirəmYa öldür, ya da yaşat!..BU DÜNYANIN HARASINDA?İki kəlmə söz olaydım,Dodağının arasında.Ulduz kimi parlayaydım,Gözlərinin qarasında.Düşüb izə izləyəydin;Yolum üstə gözləyəydin,Həsrətimi gizləyəydin,Ürəyinin yarasında.Niyə gəlmir səsin ünün,Sinəm də qalanıb külün.De, hardasan məndə bilim,Bu dunyanın harasında?..KÖLGƏYİK, KÖLGƏ...Yalançı eşqinlə girib min dona,Dayandın qarşımda sınağım kimi.Açıb qollarımı sarıb boynuna,Səni qarşıladım qonağım kimi.Qaya ürəyimdə çiçəklər açdı,Söykədim ruhumu dağ vuqarına.Sənin məhəbbətin başıma tacdı,De, niyə caladın qəm ünvanına.Çinar ağacıydım, qırıldı qolum,Böyüdü, yekəldi sinəmdəki dağ.Gül açdı yan-yörəm, bütün sağ-solum,Ehh... mənim bəxtimə düşənə bir bax!Taleyin tərsliyi, qismətin rəngi,Qaradan kənara çıxa bilmədim.Kədərin notundan düşən ahəngi,Nə qədər etdimsə yıxa bilmədim.İçimi yalanın elə sardı ki,Güvənim sarsıldı, biləsən, ey yar.Sənə deyəcəyim nəyim qaldı ki?..Səni göndərənə şikayətim var.Həsrət xəbər tutdu hər izimizdən,Hicran da rast oldu bizə hər döngə.Daha xəbərsizik bir-birimizdən,İndi ikimiz də kölgəyik, kölgə.SƏN DƏ İÇINDƏKİ İŞIĞI YANDIRBilirsən, həsrətə nöqtə qoyulmur,Son nəfəs boğazdan çıxana qədər.Özünü Allaha təslim edirsən,Çiynin hicran yüklü, ruhunda kədər.Başından yeltəki əsir o sevda,Gözündən filmtək keçir illərin.Çətinlik çəkirsən nəfəs almağa,Nəfəsi kəsilsin xatirələrin....Susursan, içində təlatüm, təlaş,Fırtınalar qopur, səssiz sinəndə.Heç kimsə duymasın deyə səsini,Deyirsən astaca:- Məğlubam mən də.Boynuna alırsan təslimiyyəti,Ey könül! ağ bayraq yellə göylərə.Sənə kim dedi ki, qazanacaqsan,Bu qədər özünə güvən, öy deyə?Qürurun bir damla göz yaşı deyil,Boğma içindəki o yorğun səsi.Niyə yaşamağa nifrət edirsən,Nədir içindəki ölmək həvəsi....İçində arzu tut, dindir, danışsın,Ruhunda bir çılğın ümid oyandır.Axı hər gecənin bir sabahı var,Sən də içindəki işığı yandır...XƏZƏLLƏRUzanır həsrətin payız qolları,Qışqırır qəlbimdə sarı xəzəllər.Bağlayır bahara gedən yolları,Gələn mövsümlərin barı xəzəllər.Bu hicran o qədər tanışdır mənə,Bu ağrı,bu əzab təzədir demə.Könlümdə səssizcə oxunan nəğmə,Ayırır canımdan yarı, xəzəllər.Son bahar tələsik qaçır qışıma,Eləyir bəyaz məğrur başımı.Hələ çatmamışam ahıl yaşımaTəmizlə saçımdan qarı Xəzəllər.NAĞILTƏK DÜŞÜNƏK BU DÜNYANI BİZNağıltək düşünək bu dünyanı biz,Tez-tez əfsanələr gətirək dilə.Tutaq qəlbimizi təmizdən-təmiz,Verməyək ömürü tufana,yelə.Düşsün çiynimizdən bu ağrı,bu yük,Həsrətə yox deyib, vüsala doyaq.Ümidlər təkrarsız,ümidlər böyük,Açılan sabahla sevinci duyaq.Sığmasın arzular qoy ömrə, günə,Quraq xəyalları biz qucaq-qucaq.Bu şıltaq həyata gərdikcə sinə,Dünya qollarını geniş açacaq. SƏNƏ OLAN DUYĞULARMən sən gələn yollara qızılgüllər əkmişəm.O yoldan ürəyimə başqa bir yol çəkmişəm.Gəlirsən, gəl ,gözümün qarası ağ olmasın,Sənə olan məhəbbət boynubükük qalmasın.Düşundukcə vəslini surətin xəyal olurDuyğular dilə gəlir,ürək də bihal olur.Unutmaq üçün deyil,darıxmamaqdan ötrüGizləyirəm yadigar mənə qalan o şəkli.Söylə görüm, mən səni necə,harda gizləyim?Qəlbimdə tüğyan edən bu hissə de, neyləyim ?Səni mən yaratmışam,sən mənim öz kəşfimsən,Ən dəlisov ən çılğın,ən ərköyün eşqimsən.Ürəyimə ýığilan niskilimsən,ahımsan,Qəmdən qurtarmaq üçün qaçdığım pənahımsan.Hər kəsdən gizlədiyim gizli qalan məbədim,Deyə bilsəydim səni, dostlarıma nə dərdim...Nə qədər eyləsəm də özgə sevgiyə meyil,Toplasam sevgiləri yenə də bir "sən" deyil..!Günduz günəşin olub səmalardan baxaram,Gecələr ulduz kimi asimandan axaram.Sən bu eşqin varisi,sən bu qəlbin sələfi,Məhəbbət bucağının gizli qalan tərəfi.Sübhün gözündən düşən güllərdəki jaləmsən,Sən ayrı bir həyatsan,sən ayrı bir aləmsən.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.