ŞAHİN NƏSİB OĞLU QULİYEV (1958) "XXI əsrin Ziyalıları", Qarayazı 2 мая 2024 1996 0 1 2 3 4 5 ZİYALILARIMIZI TANIYAQ, TANIDAQ!..Şahin Nəsib Oğlu Quliyev - 1958-ci ilin İyul ayının 7-də Qardabani rayonu Candar kəndində Nəsib İsmayil oğlu Quliyevin ailəsində anadan olub. Atası-Nəsib İsmayil oğlu Quliyev 1932-ci ildə Candar kən-dində anadan olub. Böyük Vətən müharibəsindən sonra hərbi xidmətini başa vurub, kəndə qayıdıb. 1957-ci ildə ailə qurub. Eyni zamanda Candar kənd sovetinin sədri, Candar kənd sovxozunda həmkarlar təşkilatının sədri və başqa mə`sul vəzifələrdə çalışıb. 1990-cı ildə vəfat edib. Anası-Şahzadə Nəsib qızı evdar qadın olub. 2022-ci ildə vəfat edib.Şahin Quliyev - 1965-ci ildə Candar kənd orta məktəbinə daxil olub. Məktəbdə başqa-başqa fənn müəllimləri tərəfindən təhsil alıbdır. Sevimli müəllimlərimdən: Kərim Kərimov, Qulu Həsənov, Həmid Quluyev, Hürü Məmmədova, Solmaz Aslanova, Aydın Qasımov, Məmləkət Hüseyinova və başqalarını xüsusi məşğul olublar. 1975-ci ildə orta məktəb təhsilini bitirib, buraxılış imtahanlarını verib orta təhsil atestatını alıb. Sənədlərini o vaxt Bakı şəhərində fəaliyyət göstərən Çingiz İldırım adına Politexnik İnistitunun hidro-meliorasiya fakultəsinə verib. Həmin ilin avgust ayında qəbul imtahanlarını keçici balla verib inistitun hidro-meliorasiya fakultəsinin 1-ci kursuna daxil olub.1976-cı ildə Bakı şəhərində yeni yaradılmış Azərbaycan inşaat-mühəndisləri inistutuna keçib, təhsilimi orada davam etdirib. Burada o zamanın tələbələrinə uyğun olan savadlı elm adamlarından - professor və müəllim heyyətindən müxtəlif fənnlər üzrə dərs alıb: Rəhim Qazıyev-ali riyaziyyat, Şəmistan Bağırov - meliorasiya, Hamlet Aslanov - hidrometriya, Bayram Əliyev-materiallar müqaviməti və başqaları.1980-ci ildə dövlət imtahanı verərək inistutu bitirib, mühəndis hidrotexnik ixtisasına yiyələnib, inistitu qurtarıb.Eyni zamanda o zamanın qayda-qanunlarına əsasən xüsusi təyinatla Azərbaycan Respubilkasının o zamanki Şamxor indiki Şəmkir rayonunun Suvarma sistemləri idarəsində mühəndis hidrometr vəzifəsinə təyin edilmişdir.1981-ci ildə Sovetlər birliyinin qanunlarına əsasən hərbi xidmətə çağrılaraq hərbiyə gedib.Orada bir il altı ay xidmət edib, Leytenant rütbəsində vətənə qayıdır.1982-ci ildə Candar kənd sovxozunda mühəndis meliorator vəzifəsində çalışmağa başlayır.Şahin sovxozun təsarufatlar arası suvarma suyunun düzgün bölünməsi və torpaqların kənd təsərrüfatı bitkilərinin aqrotexniki suvarma rejiminə nəzarət edib.1983-cu ildə, Qardabani rayon suvarma sistemləri idarəsində mühəndis hidrometr vəzifəsinə təyin olunur. Burada rayon su təsərrüfatı sistemlərində su ölçmə kanalların su götürmə qabiliyyətinin təyin edilməsi ilə məşğul olur. Burada işləyərkən o zamanın qanunlarına uyğun olaraq hərbi yığıncağa çağırılaraq və bir ay yarım orada xidmət edib, baş leytenant rütbəsində yenidən öz vəzifəsinə qayıtdıb və öz işini davam etdirir.1989-cu ildə idarə rəhbərliyi tərəfindən idarənin hidromelarasiya işlərində apardığım işləri qiymətləndirərək yüksək vəzifəyə sahə rəyisi vəzifəsinə təyin edirlər. Bu sahə mexaniki sahə olaraq 5000 hektar əkin sahəsində 16 suvarma və su ötürücü kanallardan onlar üzərində qurulmuş müxtəlif növ hidrotexniki qurğulardan ibarət idi. Şahinin əsas vəzifəsi bu qurğuları işlək vəziyyətdə saxlamaq, təmir işləri aparmaq, əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarət idi. Şahin cavan kadr olaraq vəzifəsini laiqincə yerinə yetirirdi.1993-cü ildə Şahinin apardığı işlər qiymətləndirərək mərkəzi baş idarəsi tərəfindən Qardabani rayon suvarma sistemləri idarəsində rəyis müavini vəzifəsinə təyin edilir.Bu yeni vəzifədə daha çox məsuliyyət tələb edirdi. Bu vəzifədə Şahin su idarəsinin rayon üzrə su təsarrüfatı planlarını tərtib edib onların icrasını həyata keçirirdi. Eyni zamanda Azərbaycan Respubilkasının su təsarüfatı idarəsinin 8000 hektar torpaq sahəsini Candar su hövzəsi vasitəsi ilə təmin edilməsini yerinə yetirirdi. Azərbaycan Respublikasının Aksdafa rayonun su təsərüffatının əkin sahələrini suvarma suyu ilə təmin edirdi.1995-ci ildə yenidən mərkəzi baş idarə rəhbərliyi tərəfindən rayon rəhbərliyi ilə məsləhətləşmədən sonra Şahini Qardaban rayon suvarma sistemləri idarəsində baş mühəndis vəzifəsinə təyin edirlər. Bu vəzifədə Şahini idarənin texniki istismar işləri ilə bərabər suvarma sularının düzgün şəkildə qəbul olunub sudan istifadə edənlər arasında planlı şəkildə paylaşmağı və sair işlərlə məşğul həvalə etmişlər.2004-cü ildə Gürcüstanda siyasi vəziyətin dəyişirilməsi ilə əlaqədar olaraq Şahini Qardaban rayon icra hakimiyyətində rayon üzrə yaradılmış və fəaliyyət göstərən melorasiya birliklərinin işlərini kordinasiya etmək üçün yeni vəzifəyə təyin edirlər.Burada Şahinin əsasən bu birliklərin işlərində onlara yardım etmək, işlərini planlaşdırıb suvarma suyuna təmin edilmiş, dövlət tarifinin düzgün işləməsini təmin etməkdən ibarət idi.2006-cı ildə Şahinə yeni vəzifə təklif olunur. Gürcüstanda kənd təsərrüffatı Nazirliyində fəaliyyət göstərən dünya bankının melorasiya sahəsində relpbilitasiya işlərinin kordinatoru vəzifəsinə təyin edilir. Nazirliyin bu işlər üzrə rəhbərliyi Şahini yenidən Qardabani suvarma işləri idarəsinə baş mühəndis vəzifəsinə təyin edilməsinə gətirib çıxarır. Təyin edilməsi haqqında qərar verilir.2006-2008-ci ilə qədər Qardabani rayonu üzrə fəaliyyət göstərən ictimai “Ədalət” cəmiyyətin sədrlik vəzifəsini icra edib.2007-ci ildə Qardabani rayon hərbi komisarlığı tərəfindən kapitan rütbəsi ilə təltif olunub.2008-ci ilin mart ayından Şahin öz iş fəaliyyətini bu günə qədər davam etdirir. Bunlarla yanaşı Dövlətin Şahinə verdiyi bu vəzifələrlə yanaşı rayon səviyyəsində ictimai işlərlə də məşğul olur.1991-2003-cü illərdə Qardabani şəhər idarəçiliyində deputat olaraq fəaliyyət göstəribdir.2003-cü illərdə Gürcüstan hakim partiyası tərəfindən medal ilə təltif olunmuşdu.2018-ci ildə Qardabani Rayonun fəxri vətəndaşı adına layiq görülub.2019-cu ildə Gürcüstan Azərbaycanlıların ağsaqallar Qurultayının Qardabani rayon şurasının katibi seçilib.Şahin Quliyev - 1980-ci ildən evlidir.Həyat yoldaşı Rahilə Sadiq qızı ilə ailə qurub: 2 oğul və 1 qız övladı var. Eyni zamanda babadır, 6 oğlan 4 qız nəvəsi var. Bakı şəhəri – 1979-cu ilTələbəlik illəri:- Şahin Nəsib oğu Quliyev- Rahilə Sadiq qızı Cəfərova. 1975-1980-ci illərin tələbə dostları - Sabirabad rayon suvarma sistemləri idarəsinin baş mütəxəsisi Əlihüseyn Rəhimovla. Qardabani rayonu “Ədalət” ictimai cəmiyyəti üzvləri ilə görüş. 2005-ci il.Soldan-sağa: 1.İsmail Kərimov – cəmiyyətin üzvü2.Saxəli Vəliyev - cəmiyyətin üzvü 3.Firdofsi İsgəndərov – cəmiyyətin sədr müavini4.İslam Əliyev – “Gürcüstan” qəzetinin müxbiri5.Rəsul Salahzadə - cəmiyyətin ağsaqqallar heyyətinin üzvü6.Şahin Quliyev – cəmiyyətin sədri7.Avtandil Əliyev – cəmiyyətin üzvü8.Məcid Məmmədov – cəmiyyətin ağsaqqallar heyyətinin üzvü 9.Əli Sadiqov – cəmiyyətin üzvü10.Məhərrəm Əliyev – cəmiyyətinin ağsaqqallar heyyətinin üzvü 11.Rövşən Usubov – cəmiyyətin üzvü Qardabani rayonun ziyallıları, 2005-ci il. Soldan-sağa – 1-ci cərgə1.Şahin Quliyev - 2.Qurban Mailov - 3.Firdofsi İsgəndərov - 4.Məcid Məmmədov - 5.Kazım Bədəlov - 6.Məhərrəm Əliyev - 7.Ziyatxan Məmmədov - Babeyev –Soldan-sağa – 2-ci cərgə1.Musa Əsgərov2.Hidayət Yusifov3.Mamed Şəkər oğlu4.Ayat Mehrabov5.Zahid Kalməmməd oğlu6.Bəhram Sadiqov Qardabani rayonu Kosalı kənd sakinləri ilə görüş.soldan – sağa:1.Şahin Quliyev, 2.Dünyamalı Tomayev, 3.Zahid Kazımov, 4.Maşallah Kazımov, 5.Valeh Bayramov, 6.Qulu Quluyev. Qardabani rayonu Vaxtanqisi kənd ağsaqqallar cəmiyyətinin üzvləri ilə görüş 2021 – ci il. sağdan – sola:1.Avtandil Manzulaşvili, 2.Xələddin Hacıvəliyev, 3.İsmail Nağıyev, 4.Şahin Quliyev, 5.Hətəm Ömərov, 6.Lətif Əhmədov, 7.Sabir Məmmədov.ƏLƏDDİN QARABAĞLI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.