Dəmirli ŞAKİR YUSUBOV (1959) "XXI əsrin Ziyalıları", Bolus, Darvaz 8 января 2019 Şakir Yusubov - 1959-cu il avqustun 14-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Dəmirli kəndində anadan olub.1966-1974-cü illərdə Dəmirli kənd 8 illik orta məktəbində,1974-1976-cı illərdə Darbaz kənd orta məktəbində oxuyub.1976-1981-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.1982-1984-cü illərdə Azərbaycan EA-nın Kibernetika İnstitutunda mühəndis işləyib.1984-1987-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində aspirant olub. 1988-ci ildən BDU-da çalışır.1988-1995-ci illərdə Fizika fakültəsində laboratoriya müdiri işləyib.1992-ci ildə «Hiperbolik tənliklərlə təsvir olunan sistemlər üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri haqqında» dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.1995-2001-ci illərdə BDU-nun Riyaziyyat kafedrasında baş müəllim, 2001-2006-cı illərdə həmin kafedrada dosent vəzifəsində çalışıb. 2006-cı ildən "Mexanika-riyaziyyat fakültəsinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları" kafedrasının dosentidir."Diferensial və inteqral tənliklər", "Optimal idarəetmənin müasir problemləri", "Xüsusi törəməli tənliklərlə təsvir olunan proseslərdə optimal idarə məsələsi" fənnlərini tədris edir.2008-ci ildə Bakıda keçirilən "Sənaye tətibqli İdarə və Optimallaşdırma" üzrə II beynəlxalq konfransda məruzə edib.2017-ci il 27 oktyabrda “Differensial tənliklər” və “ Dinamik sistemlər və optimal idarəetmə” ixtisasları üzrə “Kəsilən əmsallı sistemlərin tədqiqi və onların optimal idarəetmə məsələlərinə tətbiqləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.35 elmi məqalənin, 2 tədris proqramının, "İkitərtibli xətti adi diferensial tənliklər" (Bakı, 2005, 135 səh.), "Variasiya hesabı və otimallaşdırma üsullarının əsasları" (Ali məktəblər üçün dərs vəsaiti., Çaşıoğlu, Bakı 2010.,228 səh.) və "Optimallaşdırma üsulları" (Ali məktəblər üçün dərslik. Bakı Universiteti nəşriyyatı, 2017, 560 səh.) adlı 3 kitabın müəllifidir.Ailəlidir, iki övladı var.Şakir Yusubov hazırda "Adi və hiperbolik tip tənliklərin keyfiyyət nəzəriyyəsi və həmin tənliklərlə təsvir olunan proseslərdə optimal idarə məsələləri" sahəsində tədqiqatlarını davam etdirir.Biz də Şakir müəllimə elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.