Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı  olub Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinidən
Gülnar Səma ZiM.Az
-a
bildirib ki,
tədbiri giriş sözü ilə
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
açaraq diqqətə çatdırıb ki, bu gün Yunus Oğuzun növbəti əsərinin təqdimatına toplanmışıq. Ədəbiyyat İnstitutunda Yunus Oğuzun üçüncü əsərini müzakirə edirik. Onun romanlarının sayı ondan çoxdur. Bu gün “Səfəvi Şeyxi” romanı haqqında fikir mübadiləsi aparılacaq. Onun tarixi romanlarında Azərbaycan milli dövlətçilik təfəkkürü ön mövqedə dayanır. Tarixi romanlarında tarixlə bədii düşüncənin balansı doğru tapılıb. O, tarixi reallığı, obyektivliyi qorumaq şərti ilə bədii yanaşmada doğru yol seçir. Yunus Oğuzun romanları özünün dinamikasına görə film üçün daha yaralıdır. O, əsərlərinin ekran həyatı barədə düşünə bilər.

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı  olub Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı  olub Sonra Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,
AMEA-nın müxbir üzvü
Tehran Əlişanoğlu
“Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya”
mövzusunda məruzə edib.
Məruzədə qeyd edilib ki, Yunus Oğuzun bir müəllif kimi Ədəbiyyat İnstitutunda yeri tam başqadır.
“Səfəvi Şeyxi” də aktual mövzudadır, o, oxucunu
tarixlə yükləmək istəmir.
Nadir şah, Təhmasib şah, Əmir Teymur, Sultan Alp Arslan, Atabəy Eldəniz kimi obrazlar yaratmış yazıçı bu əsərinin də texnologiyasını da rahat qurub.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Yunus Oğuzun romanının akademiyada müzakirə olunmasını yüksək dəyərləndirib.
Natiq müəllifin jurnalist kimi də sözünü dediyini və hazırda “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru olduğunu xüsusilə qeyd edib.

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı  olub İ.Nəsimi adına
Dilçilik İnstitutunun direktoru, akademik
Möhsün Nağısoylu
ilk milli təriqət yaratmış Şeyx Cüneyd Ərdəbili haqqında belə bir əsər yazılmasını təqdirəlayiq hal sayıb.
Akademik həmçinin əsəri bir dilçi olaraq da bəyəndiyini vurğulayıb.

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı  olub Kitabın ön sözünün müəllifi, akademik Nizami Cəfərov çıxışı zamanı bildirib ki, bu romanın əvvəlkilərdən bir üstün cəhəti var ki, tarixi hadisələrin təfsilatına o qədər də yer verilməyib.
Akademik əsərdə cərəyan edən Üç kilsə hadisələrinə xüsusilə diqqəti yönəldib. Erməni ideoloqlarının erməni dövləti yarada bilməsələr də öz ideologiyalarını yaratmaq istəklərinə münasibət bildirib.

Millət vəkili Elman Nəsirov da Yunus Oğuzun Azərbaycan tarixi üçün çox böyük işlər gördüyünü bildirib. İlham Nəsirov onun kitablarının Azərbaycan tarixinin öyrənilməsi üçün bir töhfə olduğunu nəzərə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
də bu cür tədbirləri İsa müəllimin zəhmətinin bəhrəsi kimi səciyyələndirərək yüksək qiymətləndirib. Rəşad Məcid qeyd edib ki, Yunus Oğuzun 22 ölkədə 47 kitabı yayımlanıb. Onun əsərlərində tarixə yeni və fərqli baxış olmasını təqdir edib. Həmçinin etiraf edib ki, anası da onun əsərlərini oxuyub münasibətini bildirir.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova
müzakirə olunan romanı orijinal təhlil edib. Tədqiqatçı xatırladıb ki, əsərdə hadisələr XV əsrdə baş verir və əsas qəhrəman Şeyx Cüneyddir. Əsərdə əsas olan Şeyx Cüneydin ideyalarıdır, bu ideyalar yayılır. O həm də mənəvi dəyərlərə sahib çıxan bir sərkərdə kimi təqdim olunur. Lalə Həsənova onu da əlavə edib ki, romanda folklor elementləri, bayatılar, əfsanələr geniş yer alıb. Eyni zamanda dini kitablardan sitatlara və dastanlarda olduğu kimi ilahi eşqə də yer ayrılıb. Şeyxin xarakterinin açılması üçün dialoqlara və yuxulara geniş yer verdiyini diqqətə çatdırıb.

Ədəbi cərəyanlar şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova da kitab haqqında təhlil xarakterli çıxış edib. O bildirib ki, bu dəfəki əsərin qəhrəmanı ideoloqdur. Romanın əsas strukturunda tarixi faktların ustalıqla seçilməsi dayanır, lakin tarixilik oxucunu yormur. Eyni zamanda qeyd edib ki, bu romanda da hipermətnlik əlamətləri var. Şeyx Cüneyd şeyx, sərkərdə və insan kimi verilib. Əsərdə numeralogiyadan da istifadə edildiyini 3, 7, 40 rəqəmlərinin bütün əsər boyu davam etdiyini diqqətə çatdırıb.

Kitabın bədii redaktoru, yazıçı Elçin Hüseynbəyli əsərin ilk oxucularından olduğunu bildirib. Yazıçı qeyd edib ki, müstəqilliyimizin ən böyük nemətlərindən biri tariximizə yenidən nəzər salmaqdır. Yunus Oğuzun da bu işin öhtəsindən məharətlə gəldiyini deyib.

Cəvarirləl Nehru adına Hindistan Dövlət Universititetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Oğuz Xan hindli olmasına baxmayaraq tədbirdə türkcə çıxış edib. O Azərbaycan və Elmlər Akademiyası, xüsusilə Ədəbiyyat İnstitutu haqqında xoş təəssüratarını bölüşüb.

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı  olub Tədbirdə müəllifin qələm dostlarından və digər ziyalılardan Faiq Ələkbərov, Kənan Hacı, İlqar İlkin, Vahid Aslan da iştirak ediblər.

Sonda müəllif Yunus Oğuz çıxış edərək tədbirin təşkili üçün əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib. Film və serial çəkilməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. Artıq həmin sahədə işlər görüldüyünü qeyd edib.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Humanitar elmlər, Turan
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

MEDİA, Turan
Yunus Əmrə İnstitutunun direktoru “Gənc İstedadlar” liseyində

Yunus Əmrə İnstitutunun direktoru “Gənc İstedadlar” liseyində

BDU, Turan
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

YAP, Humanitar elmlər
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

Humanitar elmlər
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
Rəy yazın: