Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib
2018-ci il Fevraln 7-də
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Elektron akt zalında
həmin institutun təsis etdiyi
“Azərbaycan mühacirət ədədbiyyatı kitabxanası” seriyasından çap olunmuş növbəti kitabın -
görkəmli yazıçı-publisist, tərcüməçi,
naşir və ictimai xadim
Ceyhun Hacıbəylinin
“Seçilmiş əsərləri”-nin
təqdimat mərasimi
keçirilib.

ZiM.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ceyhun Hacıbəy­linin
125 illik yubileyinin keçirilməsi haqqında”

2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq
nəşr olunan kitabın təqdimat mərasimini
giriş sözü ilə AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, Millət vəkili, akademik
İsa Həbibbəyli
açıb.

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib O, bildirilib ki, “Azərbaycan
mühacirət ədəbiyyatı kitabxanası”
zəngin mühacirət irsimizin təqdimi və təbliği baxımından Ədəbiyyat İnstitutunun atdığı mühüm addımlardan biridir. Bu istiqamətdə işlər davam etdirilir.

İnstitutun direktoru dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sərəncamları əsasında
AMEA-da görülmüş işlərdən danışaraq qeyd edib ki, C.Hacıbəylinin “Seçilmiş əsərləri” də bunlardan biridir.
Akademik İ.Həbibbəyli C.Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edib, onun milli ədəbi-ictimai fikir tarixinə böyük töhfələr verdiyini vurğulayıb. Bildirilib ki, yeni nəşr C.Hacıbəylinin irsinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Kitabın “Ön söz” və qeydlərin müəllifi filologiya üzrə elmlər doktoru Abid Tahirli
“Ceyhun Hacıbəylinin əsərlərinin nəşri tarixindən”
mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, C.Hacıbəylinin fransız dilli ədəbi-elmi irsinin tərcüməçisi Mirzəbala Əmrahov, kitabın məsul redaktoru Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, professor Telman Ağdamski, tarix üzrə elmlər doktoru Solmaz Tohidi, gənc tədqiqatçı Dilqəm Əhməd və başqaları təqdim olunan kitabın məziyyətindən danışıblar.

Sonda Mirzəbala Əmrahov ədibin nəvəsi Kleman Hacıbəylinin tədbir iştirakçılarına ünvanladığı məktubu səsləndirib.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatında nəşr edilən və Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan seriyanın ikinci kitabında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.

Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, kitabın tərtibçisi,
“Ön söz” və qeydlərin müəllifi filologiya üzrə elmlər doktoru Abid Tahirli
dir.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Rəy yazın: