AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika konfransı keçirilib

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika konfransı keçirilibAMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika konfransı keçirilib AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika konfransı keçirilib 2018-ci il Yanvarın 5-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan "Mənəvi sərvətlərimizin sorağında..." adlı respublika elmi konfransı keçirilib.

Əvvəlcə iştirakçılar görkəmli alimin fəaliyyətini əks etdirən nəşrlərlə tanış olublar.

ZiM.Az xəbər verir ki,
konfransı giriş sözü ilə
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açıb. O, çıxış edərək Ə.Səfərlinin orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçılarından biri olduğunu söyləyib. Qeyd edib ki, alim ilk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi Bürhanəddinin "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini, Məsihinin "Vərqa və Gülşa" poemasını, "Şəhriyar" dastanını və başqalarının əsərlərini aşkarlayaraq tərtib və nəşr etdirib.

Ədəbiyyatşünas alimin elmi pedaqoji mühitdə özünəməxsus yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti onun həmmüəllifi olduğu "Azərbaycan ədəbiyyatı tarixi (Qədim və Orta əsrlər)" dərsliyinin monoqrafiya səviyyəsində yazıldığını və hazırda ali məktəblərdə geniş istifadə edildiyini vurğulayıb.

Akademik İ.Həbibbəyli Ə.Səfərlinin diplomatik fəaliyyətlə də məşğul olduğunu və 1994-1998-ci illərdə Azərbaycanın İrandakı səfiri vəzifəsində çalışdığını diqqətə çatdırıb. O, alimin Azərbaycanla İran arasında elmi, mədəni və iqtisadi əlaqələrin qurulmasında önəmli rol oynadığını bildirib.

Sonra Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev çıxış edərək Ə.Səfərlinin orta əsrlər Azərbaycan ədəbiyyatında üzə çıxardığı tarixi faktları öz şərhləri ilə zənginləşdirdiyini deyib.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu
isə çıxışında alimlə bağlı xatirələrini bölüşüb, birgə Əfqanıstanda tərcüməçi işlədiklərini xatırladıb. Alimin əsl vətənpərvər ziyalı olduğunu deyən M.Nağısoylu qeyd edib ki, Ə.Səfərlinin orta əsrlərə dair tədqiqat əsərləri və dərslikləri bu gün də cəmiyyətimizin, xüsusilə gənc nəslin maarifləndirilməsində önəmli rol oynayır.

Tədbirdə, həmçinin millət vəkili Adil Əliyev, professorlar - Məmməd Əliyev, Xəlil Yusifli, dosent Zəkulla Bayramlıalimin qızı - filologiya üzrə fəlsəfə doktoru Günal Səfərli çıxış edərək alimin ədəbiyyatşünaslıq və mətnşünaslıq sahəsindəki xidmətlərindən danışıblar.

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin və Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filolologiya üzrə elmlər doktoru Fəridə Əzizovanın məruzələri dinlənilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

"Zirvə", Nekroloqlar
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi  ...

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi ...

"Zirvə"
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdı ...

Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdı ...

Yeni nəşrlər, Humanitar elmlər
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: