Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirildi

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirildi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2015-ci ilin yekunlarına həsr olunan “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirildi.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-cı ildən 1984-cü ilədək ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söylədi.

Prezident İlham Əliyevin humanitar və ictimai elm qarşısında qoyduğu ən mühüm məsələlərdən biri də Azərbaycanda müstəqillik dövrünün öyrənilməsi olduğunu söyləyən akademik İ.Həbibbəyli bu təklifin diqqətimizi müstəqillik dövrünün problemlərinə, onların öyrənilməsinə yönəldən əhəmiyyətli bir çağırış olduğunu vurğuladı.

“Ədəbi proses–2015”in Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunan yaradıcılıq müşavirəsi kimi mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran akademik bu müşavirənin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil etdiyini bildirdi.

AMEA-nın vitse-prezidenti tədbirin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında gedən proseslərin, meydana çıxan şəxsiyyətlərin və yaranan janrların təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsinə həsr olunduğunu bildirdi. Alimin sözlərinə görə, bu müşavirənin digərlərindən əsas fərqi məruzəçilərin əksəriyyətinin gənclərdən ibarət olmasıdır.

Bildirildi ki, tədbirdə 14 məruzəçi ədəbi prosesin bütün sahələrini əhatə edən müxtəlif mövzularda çıxış edəcəklər: “Müstəqillik dövrünün yetirməsi olan yeni təfəkkürə malik gənc elmi nəsil müstəqillik dövrünün ədəbi prosesləri haqqında öz baxışlarını meydana qoyur. Bu, ölkədə aparılan gənclər siyasətinin inkişaf etdirilməsi baxımından da əhəmiyyətli addımdır”.

Akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutunda Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin, Tarix İnstitutunda isə Müasir Azərbaycan tarixi şöbəsində Müstəqillik dövrü Azərbaycan tarixi sektorunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Həmçinin Ədəbiyyat İnstitutunda “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının nəşrə hazırlandığını bildirdi.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, yazıçı-publisist Azər Turan çıxış edərək son illər Azərbaycan ədəbiyyatında xeyli irəliləyişlərin müşahidə olunduğunu, bu inkişafın təmini istiqamətində Ədəbiyyat İnstitutunda mühüm işlərin görüldüyünü vurğuladılar.

Tədbirdə “2015-ci ilin şeiri”, “Poemalar”, “Bölgələrdə ədəbi həyat”, “Hekayələr”, “Müasir romanlar”, “Bədii tərcümə”, “Ədəbi gəncliyin axtarışları”, “Ədəbiyyatşünaslıq (nəzəri problemlər)”, “Uşaq ədəbiyyatı (nəsr və dramaturgiya)”, “Satirik janrlar”, “Cənubda ədəbi proses” və s. mövzularda məruzələr dinlənildi, çıxışlar ətrafında fikir mübadiləsi aparıldı.

18 aprel, 2016-cı il


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

"Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

"Zirvə"
ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

Yeni nəşrlər, Milli Məclis, Humanitar elmlər
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

"Zirvə"
Rəy yazın: