Söhbəddin İlyas oğlu Məmmədov:

Söhbəddin İlyas oğlu Məmmədov: Söhbəddin İlyas oğlu Məmmədov
1958-ci ildə Bolnisi rayonunun
Faxralı kəndində anadan olub.
1976-cı ildə Faxralı orta məktəbini,
1981-ci ildə ADU-nun mexanika-riyaziyyat
fakültəsini bitirib.
2005-ci ildən 2012-ci ilədək 2 saylı Faxralı
orta məktəbində direktor vəzifəsində çalışıb.
Dövrü mətbuatda şeir və elmi yazıları
dərc olunub.
Ailəlidir. Bir oğlu, üç qızı var.




AYAQ SAXLA


Etibarsız heç olmadın,
Getmə, dayan, ayaq saxla.
Kimsəni darda qoymadın,
Getmə, dayan, ayaq saxla.

Coşqun çayım, Kür, Arazım,
Nəğməm, sazım, xoş avazım.
Qoyma gözümdə murazım,
Getmə, dayan, ayaq saxla.

Süfrə salıb, məclis quran,
Dost-qohuma arxa duran.
Gədiklərdə köhlən yoran,
Getmə, dayan, ayaq saxla.

Hanı Arif, Xan Sultanım?
Yıxılıbdı xanimanım.
Ər Aydınım, ər Aslanım,
Getmə, dayan, ayaq saxla.

Söhbəddini darda qoyma,
Çovğun, boran, qarda qoyma.
Ərzurumda, darda qoyma,
Getmə, dayan, ayaq saxla.


MƏNİM

Tale məndəm üz döndərib,
Heç sarımır bəxtim mənim.
Dərdi-qəmi yüz göndərib,
Yıxılıbdı taxtım mənim.

Mizrab vurdum telli saza,
Nəğmə qoşdum bahar, yaza.
Bürünmüşəm qar-ayaza,
Dağılıb imarətim mənim.

Sinəm yara dilim-dilim,
Zəhər dadır ağzım, dilim.
Qardaş dərdi qırdı belim,
Qalmadı taqətim mənim.

Söhbəddinəm, yandı canım,
Talandı dağım, aranım.
Kor eylədi qəm karvanım,
Əyildi qamətim mənim.


NEYNİM

Sənsiz yurda, a qardaşım,
Ayaqlarım getmir, neynim.
Selə dönüb gözdə yaşəm,
Ər igidim səkmir, neynim.

Səyyad idin adlı-sanlı,
Hər dəfə də ovun qanlı.
Qohum canlı, istiqanlı,
Səğalımı çəkmir, neynim.

Sinəm dolu, kitab tutmaz,
Nağıla, dastana səğmaz.
Ötən günlər yaddan çıxmaz,
Xatirələr bitmir, neynim.

“Narın qala”m sökülübdü,
Yuxum ərşə çəkilibdi.
Gözüm yola tikilibdi,
Dərdli ürək yatmır, neynim.

Söhbəddin də yaralandı,
Sinəsindən paralandı.
Canı candan aralandı,
Qırıq könül bitmir, neynim.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: