İmdad Tağıyev: "QARAYAZINAMƏ" -2 "Təhsil" EİM, Poeziya, Qarayazı 13 ноября 2018 İmdad Tağıyev "Qarayazınamə"Bakı - 1994Naşiri, ön sözün müəllifi və redaktoru:Müşfiq BORÇALI.QARAYAZINAMƏ - 2(Əvvəli "QARAYAZINAMƏ - 1" -də)Yadımdadı məhələlərin öyləri,Cavanarın, gül qızdarın toyları,Şüşəbəntdən sağdış atan payları,Göydə qapan cocuxları, görmüşəm!Sünətdikdə kirvə çayı verlərdi,Altı-üstü irənkbərənk olardı,Kirvələrmiz cannan artıx saylardı,Kirvəliyə gedənnəri, görmüşəm!İstəsənki yaddaşlarda qalasan,Şahsvar oğlu Məhəmməd tək yaşa sən,Kasıfların tərəfini saxla sən,Varlılara qahmarrarı, görmüşəm!Unudlumaz günnərimiz olufdu,Ayax izmiz Qarakolda qalıfdı,Haram olsun hər kim bunu danıfdı,Çoxlarında çarıxları, görmüşəm!Gejə-gündüz ağır zəhmət çəkənnər,Bağ bejərif əkin-tikin əkənnər,Gün altında alın təri tökənnər,Neçə-neçə cəfakarı, görmüşəm!Heyif, bəziləri bunnarı dandılar,İşdən qaçıf qumara qurşandılar,Pulu tərdən üstününə sandılar,Başımızda bəlaları, görmüşəm!Zaman keşdi, getdi bağlar qorası,Köçən köşdü, qaldı üzdər qarası,Abbasıydı18 yaxşıların yaxşısı,İrəhmətdiyi çox savrrı, görmüşəm!Bilən desin vağzalı kim tikifdi?Kimlər gedif, kimlər ordan gəlifdi?Paşa tatdan nə nişanə qalıfdı?O vağzalda hər tarmarı, görmüşəm!Qoyun quznu xalxallara salardıx,Boz inəyin bulamasın yalardıx,Şahbazgildən qoyun pendri alardıx, Təzə pendir tutannarı, görmüşəm!Haravada Qara düzə gedərdik,Pay-piyada Arxaşannan gələrdik,Salam verif, yorulmuyun,- deyərdik,Tarlada çay içənnəri, görmüşəm!Köyşənnikdən yoncalığa keçərdik,Əyilərdik, doyunca su içərdik,Sonra qalxıf atdara ot biçərdik,Beldə yonca daşyannarı, görmüşəm!Talalarda əkin-tikin əkərdik,Gejə-gündüz zəhmətini çəkərdik,Əməyimizin bəhrəsini istərdik,Havayı da yaşyannarı, görmüşəm!Qarpızdarı tezdən dərif tığlardıx,Üstünə də otdan-motdan yığardıx,Miri əmoğlun lafetnnən daşıyardıx,Yolda batan daçkaları, görmüşəm!Mən görmüşəm yaxşı, pisin dadını,Çox eşitdim zatı qırğın andını,Sən nə gördün, söylə görək adını,Haqqa nahaq çıxannarı, görmüşəm!Öz gözündə tir-şalbanı görmüyən,Özgə gözdə saman çöpnü tez görən,Qıraxda gəzif ortalıxda çox yeyən,Min bijdik də bilənnəri, görmüşəm!.Bicolarnan xəngəl yeyən, dost olan,Dığalarnan arax içən, məst olan,Özgə felnən özümüzə qəsd olan,Bir neçə də alçaxları, görmüşəm!Bu dünyanı iki əlli tutannar,Ömrü boyu haram malı qatannar,Səysən, doxsan, bir gün yoxsan olannar,Çox pullu da can azarrı, görmüşəm!Gözəl sözdü atalarmız deyiflər,“Çirkli - suyu içməy olmaz”, -deyiflər,El gözündən düşmək olmaz, deyiflərEl-obada urzuları, görmüşəm!Toylarımız masabəysiz keçməzdi,Aşıq Şəmdin hər aşığı sevməzdi,Böyük danışanda kiçik dinməzdi,Belə qızıl qaydaları görmüşəm!Ələk, xəlvir, təndirimiz varıydı,Ürəyimiz geniş, öylərmiz varıydı,Həmdəmimiz yaxşı qonşularıydı,Qonşuluxda sirdaşları, görmüşəm!Qvar Xudayev Ələsgərmiz olufdu,Sinədəfdər söz bilinməz olufdu,Təhlədən də Novruzumuz olufdu,Aləmə səs salannarı, görmüşəm!Kosalda da zor kişlər varıydı,İsaxannar, Sirəcgillər varıydı,Ulkişidə Göycə, Ömər varıydı,Candarda da ahılları görmüşəm!Toylarmızda kəhər atdar çapardıx,Bəy-gəlinə sağdış-solduş tapardıx, Qarannıxda gözəl şax aparardıx,Toyda papax qaçrannarı, görmüşəm!Hay-haraylı köhnə yurtdar, məhlələr,Bir-birinə göndərərdi töhvələr,Həyətlərdə keçif getdi ömürlər,Toya-yasa yığşannarı, görmüşəm!Cannan şirin doğma, əziz kəndimiz,Səndə keşdi ömrümüz və günümüz,Keşdi getdi sevincimiz, qəmimiz,Nə günnəri, nə çağları, görmüşəm!Kəhər atda sədr Əbzəri kim görüf?Çərəhlərdə, Ələhvəri kim görüf?Dəli qannı Cəhəngiri kim görüf?Dönə-dönə mən oları, görmüşəm!El yolunda yorulmuyan, yatmıyan,Nahaxlara alov kimi partdıyan,Mənniyini dünya malna satmıyan,Papax altda oğulları, görmüşəm!Toxumçu Qara zəhmətnə qıymazdı,Qəhrəman heç minisdiri saymazdı,Altı aylıx Nədir dediyinnən dönməzdi,Sözə hökkə olannarı, görmüşəm!Qəsəb Usif qara qoşdar kəsərdi,Şaqqalıyıf qarmaxlardan asardı,Quyruğunu torvasına basardı,Bizə verən öfkələri, görmüşəm!Əhmədalı furqonunda gətrərdi,Əlipaşa qara somu satardı,Yumşağını daldalığa atardı,Qarbuşkuya durannarı, görmüşəm!Ağac üstə bir sağsağan qonan tək, Deyərdik ki, qonağımız gələjək,Görən onun xavarnı kim deyəjək,Muştuluğa qaçannarı, görmüşəm!Cabreyili, Qüddəsəri tanıyan,Bilerdilər olar gəlif Ucardan.Qaraçöpdən, Sadıxlıdan, Besardan,Bu diyara gələnnəri görmüşəm!Bahar vaxtı kəndirvazdar gələrdi,Raymağın dalında oyun göstərərdi,Keçəbörklər ağac altda gəzərdi,Əldə nəmər uzun Nədri, görmüşəm!Mən oxyanda çox şeylərim yoxuydu,Elmə həvəs, arzum kamım çoxuydu,Aj qarna da üzüm-gözüm toxuydu,Özmə həmdəm kitafları, görmüşəm!Bu günnəri görə-görə böyüdüm,Lap uşaxkən əziyyətə öyrəndim,Heç özümü sındırmadım, əymədim,Çox da məğrur uşaqları, görmüşəm.Vədə çatdı, baxtım məni qopardı,Bu yerlərdən Piterədək apardı,Özüm getdim, ürəyim burda qaldı,Bu yoldan da dönənnəri, görmüşəm!Hara getdim məllimlərimi19 yad etdim,Öyüd-nəsyətlərinə əməl etdim,Yalnız olar gösdərən yolla getdim,Bu yoldan da dönənnəri, görmüşəm!Unutmaram anam çəkən əzyəti,Çoxdu mənə qardaşdarmın zəhməti,Boynumdadır Güllü bajmın minnəti, Torvasında çox payları, görmüşəm!Dəfələrlə yeznəmgildə qaldım mən,Onun halal çörəyinnən daddım mən,Nazik20 kənddə nəsillərni tapdım mən,Məktuflarda göz yaşları, görmüşəm!Yolladığım namələrim yetişdi,Nazik kənddə əllərdən ələ düşdü,Oxudular, qohum-qardaş görüşdü,Xoş xavara yığşannarı, görmüşəm!Yazmışdım ki, Sultanəldən salam var,Əlli ildir qəfəsdədir uçammır,Anam, - deyə gejə-gündüz çırpınır,Qürvətdikdə solannarı görmüşəm!Gözdüyürdük Hajı Qurvan21 yetişsin,Gözü yaşlı qardaşına qovuşsun,Üzdər gülsün, qada bizdən sovuşsun,Könlü qubar edənnəri, görmüşəm!Şükür Allaha, Nazik kənddən gəldilər”Sultanəlni sağ-salamat gördülər,Həsrətdilər qovuşdular, güldülər,Həsrətinə çatannarı, görmüşəm!Sovqatdarı bircə-bircə ayırdıq,Şəhri baba22 ellərinə yolladıq,Leylanın da gəlməyin ismarladıq,Gözü yolda qalannarı, görmüşəm!Gün o gün ola, gün doğa üzmüzə,Yol açıla Qarayazıdan Təbrizə,Biz də gedax, qonax olax əmqıza,Bu arzuda çox oları, görmüşəm!Şəhri baba, bənövşə bəndə düşə,Bizdən Sizə, sizdən bizə kim düşə,Gəlin köçrək, kəhər atdar ötüşə,Yuxuda da hey buları, görmüşəm!Dərdimi də izah etdim Sizdərə,Cavab yazın, yel gətirsin bizdərə,Bir soruşun kim qarğıyıf bizdərə,Yağış kimi gözyaşdarı, görmüşəm!Şeytan bizə yenə bəla gətirmiş,Görəcəkli günnərimiz varıymış,Şəhri baba, yurddarımız verilmiş,Xalxa divan tutannarı, görmüşəm!Yaxşı bizi yanman günə salıflar,Qomarrıyıf torpağımızı alıflar,Alçaxların arxasında duruflar,Bizə yağı kəsənnəri, görmüşəm!O ballı qayalar gör kimə qaldı,Quş keçməz olaylar gör kimə qaldı.Şır-şır axan çaylar gör kimə qaldı,Yolda qalan çox gözdəri, görmüşəm!Şəhri baba ayna sular qan oluf,Gül yaylaqlar növraqsızdı, çən oluf,Gözəllərin çohrəsi xəzan oluf,Viran halda xeymələri, görmüşəm!Mışıl-mışıl gözdər qalıf niskilli,Yaralar qaysaxlı, könlümüz qəmli,Bir zamannar çal-çağırlı, gəlimli,Neçə yurda son bahanrı, görmüşəm!Ağır oturuf batman gələn ellər yox,Alov saçan, hatay salan dillər yox,Namərd başını vuruf salan əllər yox,Qandal altda çox qolları, görmüşəm! Min arzuyla dəli Kür tək çağladım,Qarayazıyı mən Təbrizə bağladım,Ürək nisgil, dözəmmədim, ağladım,Çin-çin olan ümidləri görmüşəm!Usda Ubadın gül bağı viran qalıf,Qara kola gedən yollar bağlanıf,Oylağımızda gəlmələr də “kök” salıf,Bizə bağlı qapıları, görmüşəm!Görünmüyür el-obanın arxası,Nənələrin sap əyirən çöhrəsi,Gül qızdarın parldayan çöhrəsi,Saçı uzun hörməzdəri, görmüşəm!Hanı mənim mərd gördüyüm insannar,Tikəsini qonşusuynan bölənnər,El yolunda ölümünə gedənnər,Yağya qənim olannarı, görmüşəm!:Uzaxlarda olsam da, mən bu eldən,Soruşuram həmşə gəlif gedənnən,Təzə xavar nə var, nə yox görəsən,Bu diyarda can qaları, görmüşəm!Hey deyirik flankəsdər kalandı,Heç demirik torpağımız talandı,Dərddərimiz bir-bir üstə qalandı,Dərdə naçar ağlarları, görmüşəm!Çox eşitdim millətimiz yetimdir,Soruşdular, başçıları bə kimdi,Satqın üçün torpax nədi, el nədi,Sapı bizdən baltaları, görmüşəm!Mən gördüyüm gölməçələr quruyuf,Su işdiyim bez dolçalar çürüyüf,Elimizi gəlif kimlər bürüyüf,Vəzifədə nadannarı, görmüşəm!Boz atdarı fiatdara dəyişdik,Pul yığmaxla, lovğalıxla ötüşdük,Ona görə bu günnərə biz düşdük,Özümüzdə günahları, görmüşəm!Kaş, xoş günü bir də dönüf görəydik,Tezdən qalxıf tut yığmağa gedəydik,Bosdannardan şamamalar dərəydik,Ura yerinə qaçannarı, görmüşəm!Bir də gəzəydik yurdumuzun düzünü,Axtaraydıx, mərddərmizin izini,Dinnəyəydik, söhbətdərni sözünü,Gedər gəlməz xoş günnəri, görmüşəm!Mən müəlliməm, uşaxları öyrətdim,Əzəl-əzəl elmin sirin öyrətdim,Öyrətdim ki, el-obanın qədrin bil,El qədrinə yanannarı, görmüşəm!Bu tablonu yaratdım ki, öyrənək,Keçmişmizə bir də baxaq, boylanaq,Çörəymizi kimlər yeyif bir görək,Torpağmıza soxlannarı, görmüşəm!Abı-hava indi tamam dəyişif,Mən gördüyüm gül üzdərə xal düşüf,Dal görəndə qara başdar töküşüf,Ordu içə batannarı, görmüşəm!Eşidilmir boz atdarın nərəsi,Yoxa çıxıf yataxların sürüsü,Xarav oluf qarpızdarın xunusu,Yoxa çıxan xeyri-varı görmüşəm!Davadan qurtardıx sürgünə düşdük,Sürgünnən qurtardıx pis günə düşdük,Özümüz öz elmizdən köşgünə düşdük, Eldən elə qaçannarı, görmüşəm!Biclər əyyamıdı, qəribə qurluş,Hamı bir qaydaya məcbur olunmuş,Pulun varsa kiriş, pulun yox sürüş,Pula sinoy gedənnəri, görmüşəm!Gidi dünya, çarxın yenə sazdanır,Keçəl Həmzə Koroğluya qazdanır.Görün kimlər zər içində nazdanır,Uryan halda Eyvazdarı, görmüşəm!Nə olsun ki, mən aliməm vətəndə,Ömrüm getdi görün kimlər küncündə,Pulagirlər, alverçilər içində,Məni başa düşməzdəri, görmüşəm!Demirəm ki, mal-mülkümüz olmasın,Olur-olsun, haramıncan olmasın,Halallıq zəhmətdədir danılmasın,Buna əməl etməzdəri, görmüşəm!Alver tutuf hər tərəfi ay haray,Bircə nəfər işdiyən yox, vay haray,Aşkar-aşkar xalx qırlır, hay haray,Buna bais iblisləri, görmüşəm!Əzəl-axrı köçəsiyəm dünyadan,Vəsiyətdi eyləyirəm indidən,Məzarımı anamın salın yanından, Məni yada salannarı, görmüşəm!Türkün igid gənclərinə sözüm var,Atalardan amanatdır bu diyar,Bilirəm ki, işarədən duyan var,Bu torpağı qoryannarı, görmüşəm!Kişisənsə, yaxşıları unutma,Qohumları, qardaşları unutma,Ata yurtda qalannarı, unutma,Ata-yurtda xeyri-varı, görmüşəm!İmdad yazdı, bircə-bircə yad olsun,Köçənnərin uruhları şad olsun,Qalannara unutmamaq ad olsun,Yaxşılıqda nişannarı, görmüşəm!Qarayazı-Bakı,1958-1988,QEYDLƏR1. Ədil Qurbanov - prokuror və bir sıra məsul vəzifələrdə işləmişdir.2. Kəpənəkçi kəndi ilə Qarayazının mərkəzi arasında yer adıdır. Rəvayətəgörə bura cinlər məskəniymiş.3. Tanınmış şairimiz İsa İsmayılzadə.4. Əs - böyük qardaşım Əsgərin qısaldılmış adıdır.5. Əli Şıxıyev (1919-1993) - bir sıra məsul vəzifələrdə işləyib, camaatarasında böyük nüfuz sahibi olub.6. Həsən Qurbanov - Qarayazı rayon icraiyyə komitəsinin sədri, elağsaqqalı.7. Abbas Hüseynov - kənd sovetinin sədri, el ağsaqqalı.8. Vəli Tomayev - el şairi.9. Həsənqalalı deməkdir. Cənubi Azərbaycanda yer adıdır.10. El ağsaqqalı Məmməd Mustafayev.11. İslam Yusifov nəzərdə tutulur.12. Nalbəndlik sənətinin mahir bilicisi, alicənab el ağsaqqalı Məcid kişinəzərdə tutulur.13. Hacı Daşdəmirov - məşhur el ağsaqqalı.14. Böyük qardaşım Muxtar nəzərdə tutulur.15. Nəriman Hüseynov - gözəl şahmat oynayırdı. Hazırda Ali Məhkəmədə məsul vəzifədə çalışır.16. Yaqub Əliyev nəzərdə tutulur.17. Qorxmaz Baxışov çox qabiliyyətli şagird idi. O, şaşki üzrəGürcüstan Respublikasının çempionu adına layiq görülmüş, şahmat üzrə ikinciyeri tutmuşdur. Hazırda Kiyev şəhərində yaşayır, biologiya elmləri doktoru,professordur.18. Abbas Kəlbiyev.19. On bir il istiqucağında ömrüm-günüm keçən doğma və əziz məktəbimiz.Çox gözəl təlim-tərbiyə ocağıydı. Burada Nəsrəddin İgidov, Musa İgidov,Məhəmməd Nemətov, Mürsəl Əfəndiyev, Məsim Şərifov, Qulam Məmmədov,Abdulla Mustafayev, Müseyib Məmmədov, Zahid Əliyev, Ədil Rəhimov,Məmməd Qurbanov, Sirac İsgəndərov, Sahad Sadıqova, Həmid Əfəndiyev,Rəşid Məmmədov, Sədrəddin Hüseynov, Sədrəddin Dəmirçiyev, SədrəddinMuradov, Məmməd Musayev, Həmid Musayev, Həmid Eyyubov, MariyaEyyubova, Səmayə Bəxtiyarlı, Kazım Bədəlov, Ruqiyyə Musayeva, NərimanSadıqov, Cəlil Məmmədov, Qulu Hüseynov, Laləzar Sadıqova, HüseynSadıqov, Camal Mustafayev, Tanrıverdi Sadıqov, Qəndab Sadiqova, ZahidəŞəmmədova, Tamilla Baxışova, Cavid Bağırov, Nəzirə Bağırova, Dilarə,Hümmət, Pirməmməd, Hüseyn, İsmayıl, Cahan, Ziyad və b. kimi mehriban vəqayğıkeş müəllimlər dərs deyiblər. Onların yetirmələrindən İmdad Əhmədov,Ələddin Hüseynov, Ələddin Mahmudov, İsa İsmayılzadə, Sabir Daşdəmirov,Cabbar Məmmədov, Nəriman Hüseynov, Yaqub Əliyev və b. özmüəllimlərinin etimadlarını doğrultdular.20. Cənubi Azərbaycanda kənd.21. Yeznəm Sultanəlinin Nazik kənddə yaşayan kiçik qardaşı Qurban nəzərdətutulur.22. Böyük şairimiz Seyid Məhəmməd Şəhriyar nəzərdə tutulur.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.