"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb MEDİA » "Şərqin səsi" 24 января 2016 Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi son il yarımda bir çox uğurlu layihələrə imza atıb. Bu yaxınlarda Birliyin Yasamal rayon şöbəsi fəaliyyətə başladı. Şöbənin sədri Xocavənd rayonundan məcburi köçkün, fəal ictimaiyyətçi Afiqə xanım Hüseynovadır. öbə Yasamal rayon İcra Hakimiyyətində qeydiyyata alınıb. Dünən "Yeni Yurd"ictimai birliyin sədri Mahirə Əsədova və bu Təşkilatın fəalları Yasamal rayon şöbəsinə baş çəkdilər. Mahirə xanım, yeni qurulan şöbəyə fəaliyyətində uğurlar arzuladı."Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri Şamil Sabiroğlu, "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin sədr müavini Natiq Qasımov və başqaları da Birliyin Yasamal rayon şöbəsinin fəallarına gələcək işlərində uğur arzuladılar.Şamilə Şamilqızı, "Ana harayı"qəzetinin ştatdankənar müxbiri.Bakı, 24.01.2016.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.