Xırdalanda Heydər Əliyevin anım mərasimi keçirildi MEDİA » "Şərqin səsi" 10 декабря 2015 Bakının Xırdalan şəhərindəki H.Əliyev Mərkəzində Abşeron rayon İcra hakimiyyətinin və “Yeni Yurd” Sosial inkişaf ictimai birliyinin birgə təşkilatçılığı, Abşeron rayon Mədəniyyət və Turizm İdarəsinin birgə iştirakı ilə Dünya şöhrətli siyasətçi Heydər Əliyevin dünyasını dəyişməsinin 12-ci ildönümünə həsr edilən anım mərasimi keçirildi. Mərasim iştirakçıları öncə Ümummilli lider H.Əliyevin adını daşıyan Mərkəzdəki abidəsi önünə əklil və gül dəstələri qoydular. Daha sonra tədbir iştirakçıları bu parlaq şəxsiyyətin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. “Heydər Əliyev ucalığı” adlı tədbiri “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova açdı. O, Heydər Əliyev şəxsiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, Abşeron rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri İlham Manafov Azərbaycana ikinci dəfə qayıdışından sonra Heydər Əliyevin həyata keçirdiyi uğurlu layihələrdən danışdılar.“Yeni Yurd” ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın maliyyə dəstəyilə hazırlanan “Mən, Azərbaycanlıyam!” sənədli filmi nümayiş olundu. Abşeron rayon Mədəniyyət və Turizm İdarəsinin kollektivi “Heydər Əliyev ucalığı” adlı kompozisiya ilə çıxış etdi.Şamil Sabiroğlu.Fotolar: İlkin Məmmədzadəyə məxsusdur.Bakı, 09.XII.2015.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.