AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR "Şərqin səsi", Köşə yazılar 28 марта 2017 Müasir dövrdə Azərbaycanın dinamik inkişafını xarakterizə edən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə insanların rifah halının yaxşılaşması, onların sosial ehtiyaclarının daha dolğun şəkildə ödənilməsi Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində dayanır. Ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətin konkret nəticələri işsizliklə bağlı problemlərin öz həllini tapmasıdır. Burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi və biznes mühitinin yaxşılaşdırılması faktorları rol oynayır. Onu da qeyd etmək lazımdır ki, son illərdə respublikamızda yeni iş yerləri əsasən qeyri-neft sektorunda yaradılıb. Bu da ölkəmizdə qeyri-neft sektorunun inkişafının təmin edilməsi ilə bağlıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları respublikamızda qeyri-neft sektorunun inkişafının işsizliyin azalmasına göstərdiyi təsiri xüsusi vurğulayıb: "Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması, əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir". Ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətin məntiqi nəticəsi olaraq əməkhaqları və təqaüdlər artır. İnflyasiyanın aşağı səviyyədə saxlanılmasının müqabilində insanların pul gəlirlərinin artması ölkədə həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Məlumdur ki, hazırda paralel olaraq, həm regionların, həm də Bakı şəhərinin və ətraf qəsəbələrin sosial- iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Sözügedən proqramlarda yerlərdə sosial təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsi, sosial obyektlərin inşası və yaxud əsaslı şəkildə yenidən qurulması prioritet istiqamət təşkil edir.Möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları bunu ayrıca vurğulayaraq deyib: "Sosial layihələr icra edilir - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları - bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür". Son illərdə infrastruktur layihələr içərisində yeni məktəb binalarının, xxəstəxsnaları, olimpiya komplekslərinin, mədəniyyət ocaqlarının inşa edilməsi, qəzalıbvə yararsız vəziyyətə düşmüş məktəblərin, bağçaların əsaslı şəkildə təmir edilməsini xüsusi vurğulamaq gərəkdir. Yola saldığımız ilin ən əlamətdar hadisəsi "Formula - 1" yarışması oldu. Bakıda təşkil olunmuş bu yarış yüksək səviyyədə təşkil olundu.Ölkəmiz bu ildə formula yarışmasına və Müsəlman Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Beləliklə, ölkəmiz bütün dünyaya sübut edir ki, Azərbaycan istənilən yarış və tədbirlərin keçirilməsi üçün ən etibarlı məkandır. Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının apardığı məqsədyönlü siyasətin nəticəsində böyük quruculuq və abadlıq işləri görülür, sosial-iqtisadi islahatlar həyata keçirilir, sosial problemlər uğurla həll edilir.Yunis QARAXANOV,"Şərqin səsi" qəzetinin xüsusi müxbiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.